Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Fev

    56566565532jpg555555555jpgElbrus Sadıqov                                                                        Mahmud Mehdiyev          Məlumdur ki, rayonumuz düşənlə 48 kilometrlik təmas xəttində yerləşir. İllərdir insanlarımız mənfur düşmənin hiyləsindən əziyyət çəkir. Böyüklərimiz əkin-biçin aparanda, uşaqlarımız çöl-bayırda oynayarkən dördgöz olurlar. Sanki hansısa bir tərəfdən güllə atılacağını, ya da qəfləti mərmi qəlpəsinin qurbanına çevriləcəklərini düşünürlər. 1988-ci ildən yönü bəri mərd oğullarımız torpaqlarımızın toxunulmazlığı uğrunda ölüm-dirim savaşına qalxaraq bir qarışını belə erməniyə verməyiblər. Şəhid veriblər, sağalmaz yaralar alıblar, amma candan əziz sevdikləri Tərtər torpağını qoruyublar. Bu gün yüzlərlə qazilərimiz var ki, bədənlərində savaşlar zamanı aldıqları yaraların izlərini daşıyırlar. Keçdikləri döyüş yollarının xatirələrini unuda bilmirlər. Hər an torpaqlarımızın azad olunması üçün hazır olduqlarından ürəklə söz açırlar. Onlar Qarabağ Müharibəsi əlili və ya veteranıdırlar. Elbrus Sadıqov və Mahmud Mehdiyev də Qarabağ Müharibəsi veteranlarıdır. Ürəkləri ağrılı-acılı xatirələrlə doludur.
    Elbrus Sadıqovun dediklərindən:
    – Mən Vətənimizin üzərini qara buludlar alanda könüllü olaraq özünümüdafiə batalyonuna yazıldım. Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edirdim. O zamanlar özünümüdafiə dəstələrində qorxmaz, mərd oğullarımız çox idi. Mən həmkəndlilərim Maarif Abbasov, Altay Quliyev, Təzəkənddən qrup komandiri Vüsal Ələsgərov və başqaları ilə birlikdə keçirilən əməliyyatlarda iştirak etmişik. Hətta elə anlar olub ki, biz erməniləri mühasirəyə alaraq arxa tərəfə keçib verilmiş tapşırığın yerinə yetilməsinə nail olmuşuq. Bəzən günlərlə ermənilərdən arxa tərəfdə iş apardığımızdan xəbərləri olmayıb. Doğrudur, yoldaşlarımızdan şəhid də vermişik. Mən özüm döyüş əməliyyatları zamanı 2 dəfə yaralanmışam. 3-cü sovxozda aparılan əməliyyat axırıncı döyüşüm oldu. Həmin vaxt ikitərəfli əməliyyat aparılırdı. Mən o zaman güclü kontuziya aldım…
    Gərgin günlərimiz arxada qalıb. Lakin əsir torpaqlarımız geri qaytarılmayana qədər rahatlıq tapa bilmərik. Doğrudur, güclü ordumuza arxalanırıq. Həmişə də onlara kömək etməyə hazırıq. Bildirim ki, mənim döyüş yolum “Vətən naminə”, “Fədai” və “Vətənpərvərlik işlərində xidmətlərinə” görə medalları ilə qiymətləndirilib. Buna görə ölkə başçısına öz minnətdarlığımı bildirirəm ki, bizləri heç zaman yaddan çıxarmır.
    Mahmud Mehdiyevin dediklərindən
    Mən Qərbi Azərbaycanın Masis rayonunun Dəmirçilər kəndində doğulmuşam. Lakin 1948-ci ildə ailəmizlə birlikdə Bərdə rayonunun Kə-təlparaq kəndinə gəlmişik. Orta məktəbi Divanlı kəndində bitirdikdən sonra Gəncə şəhərində tibb texnikumunda təhsil almışam. Məlum Qarabağ hadisələri başlayanda Bərdə rayonunun Gigiyena və epidemiologiya mərkəzində sanitar-həkim köməkçisi işləyirdim. 1992-ci ildə Ağdərə rayonunda 2 nömrəli hərbi səhra qospitalında terapiya şöbəsində baş tibb işçisi kimi fəaliyyət göstərdim. Savaş zamanı neçə-neçə igid oğlanları-mızın şəhid olduğunun şahidi olmuşam, yüzlərlə yaralılarımızın həyata qaytarılmasında öz köməkliyimi əsirgəməmişəm. Hətta elə yaralımız olub ki, onun hərbi qospitala çatdırılmasına qədər qan lazım olub, öz qanımdan ona qan vermişəm. Müharibə dəhşətdir. Yaralı və can verənləri görüb onların həyata qaytarılmasına gücün çatmaması ikiqat dəhşətdir. Həmişə çalış-mışam ki, hər bir yaralıya öz qayğımı əsirgəməyim.
    Hazırda təqaüddəyəm. 1998-ci ildən Tərtər şəhərində yaşayıram. Qarabağ müharibəsi veteranıyam. “Vətən naminə” medalı ilə təltif olunmuşam. Onu da bildirim ki, qızım Ülviyyə tibb bacısı kimi, kürəkənim Maxsud Məmmədov da Qarabağ müharibəsi veteranlarıdır. Döyüşlər zamanı o, dəfn komissiyasının üzvü idi.
    Bütün həmvətənlərimiz kimi mən də itirilmiş torpaqlarımızın həsrətini çəkirəm. Bizim dövlətimiz öz vətəndaşının qayğısına qalmağı daim diqqətdə saxlayır. Bu qayğıya görə dövlət rəhbərinə minnətdarlığımı bildirirəm.
    Qarabağ savaşında iştirak edən hər kəsin qəlbi döyüş günlərinin xatirələri ilə doludur. Bu xatirələr hər zaman vərəqlənəcək, təki torpaqlarımızı geri qaytara bilək.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 11:29

    Teqlər:

İsmarıclar bağlıdır.