20Noy
BİZİM SEVİMLİ MƏHİYƏDDİN BABAMIZ
Biz babamızı çox sevirik. O, ailəmizin böyüyüdür. Babam bizi də, o biri nəvələrini də çox istəyir. Hər babamgilə gedəndə o bizə pay alır, bağlarından dadlı meyvələr yığıb verir. Ən əsası faydalı məsləhətlər verir. Məhiyyəddin babamızla fəxr edirik. Babam çox mehriban, gülərüz, gözəl xasiyyətli və qayğıkeşdir.
Nəvələrilə çox mehriban davranır. İstəyir ki, heç kimin xətrinə dəyməsin, hər şeyin sülh yolu ilə həll olmasına çalışır. Ailəmizdə də hər kəs babama böyük hörmət edir. Bacımla mən istəyirik ki, Məhiyyəddin babamız hər zaman yanımızda olsun. Babamgilə gedəndə babam tarixdən, riyaziyyatdan suallar verir, bilmədiklərimizi öyrədir, tapmacalar, atalar sözləri söyləyir. Və hər zaman, hər dəfə başa salır ki, insan namuslu və şərəfli olmalıdır, Məsələn, belə atalar sözü deyir: “Abır harda, çörək orda”.
Babam tez-tez milli-mənəvi dəyərlərimizdən söhbət açır. Məsələn, deyir ki, keçmişdə nənəmiz şirniyyatı, çörəyi təndirdə, kürədə bişirərdi, Qovurğanı sacda qovurardı. Bizim vaxtımızda başlarına örtmək üçün hər bir qadının kəlağayısı olurdu, O, Əfruz nənəmizin kəlağayısını da bizə dəfələrlə göstərib. Daha ətraflı »
Teqlər: Digər
20Noy
Azərbaycan Respublikası özünün ikinci müstəqilliyini bərpa etməsindən 25 il keçir. Bu illər ərzində ölkə başdan-başa dəyişib, tanınmaz olub. Ölkə vətəndaşları həm yeraltı, həm də yerüstü
sərvətlərinə sahib olublar. Torpaq islahatı keçirilib. Kənd əməkçiləri pay torpaqlarında istədiklərini əkib-becərirlər. Bu dediklərimi öz kəndimiz və eləcə də qonşu kəndlərin timsalında görmək olar.
Elə vaxtlar vardı ki, hər ailəyə 1 inək və 5 qoyun saxlamağa icazə verilirdi. Indi bizim Ağkənddə elə insanlar var ki, 100-150 baş qoyun-quzusu, 15-20 baş iribuynuzlu malı var.
Elə mən özüm xeyli sayda mal-qara bəsləyirəm.
Ailəmiz ötən əsrin 28-30-cu illərində bu kəndə Dərələyəz mahalından gəlib. Elə o zamandan bu kənddə yaşayırıq.
Kəndlərimizin yolu çox bərbad idi, rayon mərkəzinə gedib çıxana kimi saatlarla vaxt itirirdik. Amma 2013-cü ildə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 5 kəndi birləşdirən 13 km uzunluqda gözəl asfalt salınıb. Daha ətraflı »
Teqlər: Digər
20Noy
Vətən torpaq uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan yüzlərlə oğullarımızdan biri də Zeynalov Elşən Allahverən oğludur.
Elşən 1970-ci il sentyabr ayının 26-da Ağdam rayonunun Təzəkənd kəndində anadan olub. Uşaq yaşlarından anası rəhmətə gedəndən sonra Tərtərin Hüsənli kəndində yaşayan nənəsi Məleykənin himayəsində böyüyüb 1977-1987-ci illərdə Hüsənli kənd tam orta məktəbində təhsil alıb. Bir-birini əvəz edən illər Elşənin də həyatında silinməz izlər qoyub. O, orta təhsilini başa vurandan sonra, 1989-1991-ci illərdə keçmiş Sovet ordusu sıralarında hərbi xidmət keçib.
1992-ci ildə milli ordumuzun sıralarına yenidən hərbi xidmətə çağrılıb. Bu elə bir zaman idi ki, mənfur ermənilər. Azərbaycan torpaqlarıni işğal etməyə ciddi cəhd göstərirdilər. Elşən Drambon kəndi ətrafında gedən döyüşlərdə artilleriya mərmisinin qəlpəsindən ağır yaralanır. Daha ətraflı »
Teqlər: Digər
10Noy
Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır.
Heydər ƏLİYEV,
Ümummilli Lider
Yeni Azərbaycan Partiyasının yaradılması, eyni zamanda, müasir siyasi sistemin yaranması deməkdir. 2003-cü ildən sonra Azərbaycanın uğurlu inkişafı davam etmişdir. Bu inkişafın təmin edilməsində bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının çox böyük rolu vardır. Çünki 2003-cü il bir sınaq ili idi. Həm dövlətçiliyimizin əsaslarının nə qədər güclü olduğunu elə bil ki, tarix sınayırdı, eyni zamanda, Yeni Azərbaycan Partiyasının öz liderinə, dövlətçiliyə nə qədər sadiq olduğunu tarix sınaqdan keçirirdi. Bütün bu sınaqlardan bizim partiyamız üzüağ çıxdı.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Digər
10Noy
Ermənilərin Qarabağa köçürülməsini sübut edən tarixi mənbələrdən biri “Marağa–150” abidəsidir. Tərtər rayonunun Şıxarx qəsəbəsindəki “Marağa–150” abidəsi 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. XX əsrin sonlarında Ermənistanın torpaqlarımıza qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa–150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Çünki bu abidə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi.
Həmyerlimiz tarixçi Türkan Qasımova bildirib ki, ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərində, o cümlədən Qarabağda yerləşdirilməsi Rusiya-İran və Rusiya-Türkiyə müharibələri nəticəsində XIX əsrin 20-30-cu illərindən başlayıb. 1828-ci ilin fevralın 10-da Təbriz yaxınlığında yerləşən Türkmənçay kəndində Rusiya və İran arasında imzalanan müqavilədən sonra ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsinə başlandı. Daha ətraflı »
Teqlər: Digər
10Noy
Son illər rayonumuzda quruculuq, abadlıq, yaşıllaşdırma işləri mütəmadi şəkildə davam etdirilir. Elə bu səbəbdən də Tərtərimizin siması daim dəyişir, gözəlləşir.
Bunu həm yerli sakinlər, həm də rayonumuza gələn qonaqlar səmimiyyətlə dilə gətirirlər.
Ölkə Prezidenti İlham Əliyevin Tərtər haqqında söylədiyi fikirlər insanda böyük ruh yüksəkliyi yaradır: “Tərtər şəhəri abadlaşıb, gözəlləşib. Mən 10 il bundan əvvəl Prezident kimi birinci dəfə Tərtər rayonunda olmuşam, bu yerdə vətəndaşlarla görüşmüşəm. O vaxt Tərtərin siması tam başqa idi. Bu gün Tərtər müasir, abad şəhərdir. Rayon inkişaf edir, vətəndaşlar daha da yaxşı yaşayırlar”.
Bəli, Tərtəri gözəlləşdirən burada inşa olunan yeni binalarla yanaşı həm də salınan yaşıllıqlardır.
Tərtər Komunnal Təsərrüfatı İdarəsinin rəis əvəzi Saleh Qəhrəmanov və yaşıllaşdırma sahəsinin rəisi Raiz Səmədov bildirdilər ki, son illər rayonumuzda yaşıllaşdırma işlərini mütəmadi olaraq etdiririk. Daha ətraflı »
Teqlər: Digər
10Noy
Azərbaycanlı alim, suni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru. O, bu ali təhsil muəssisəsinin ömürlük professoru secilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən cox istinad edilmişdir. Kaliforniyanın Berkli şəhərində “İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu” yaradılmışdır.
Lutfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakıda, Rəhim Ələsgərzadə və Feyqa Moiseyevna Koremanın ailəsində dünyaya gəlib.
Lutfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köcüb. Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Lakin 1932- ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara gorə Ələsgərzadələr ailəsi İrana geri qayıtmaq qərarına gəlir. Daha ətraflı »
Teqlər: Digər
10Noy
XOŞBƏXT AİLƏ
–Bu gün sizi Bəyimsarov kəndinin ən sayılıb seçilən ahıllarından biri ilə tanış edəcəyəm.
Şərifov Xıdır Rza oğlu. 1934-cü ildə Qərbi Azərbaycanda–Göyçə mahalının Bala Məzrə kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra o zamankı Azərbaycan Kənd Təsərrüfatı institutunu bitirib. Aqronom ixtisası alıb. Göyçə mahalında sovxoz direktoru, partiya təşkilat katibi, baş aqronom və digər məsul vəzifələrdə işləyib.
Həyat yoldaşı Kəhriz Şərifova ilə 1954-ildə ailə həyatı qurublar. Özü də Kəhriz xanımla əmiqızı əmioğludurlar. 6 uşaqları olub. 4 qız, 2 oğlan. Onların 5-i ali təhsillidi, hamısı da ailə həyatı qurub.
Bu ahıl cütlük erməni-lərin növbəti təxribatları nəticəsində–1988-ci ildə Göyçədən Tərtərin Bəyimsarov kəndinə gəliblər. Kəhriz xala öz evdarlıq işləri ilə məşğul olub, həyat yoldaşı Xıdır isə yenə burada aqronom, sədr müavini vəzifələrində işləyib, ta torpaq islahatı keçirilənədək. 83-85 yaşlı bu ahıl baba-nənənin 18 nəvəsi, 12 nəticəsi var. Daha ətraflı »
Teqlər: Digər
10Noy
QƏZETÇİLƏR DƏ GÜLÜRLƏR
(Olmuş əhvalatlar)
Dadlı yemək
“Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif redaksiyanın əməkdaşları ilə birlikdə uzun sürən rayon tədbirindən günorta saat 3-də çıxıb işə gəlirlər.
–Baş redaktor kompüterçi Tamara Səfərovaya deyir ki, yaman acmışam.
Tamara gedir və bir azdan bir əlində üstünə yumurta vurulmuş qızardılmış kartof boşqabı, o biri əlində iki turşu xiyar və çörək gəlir. Bunları baş redaktorun qarşısına qoyub, deyir ki, ye.
Tofiq Yusif ac olduğundan bunları “bəh-bəhlə yeyir.
Bir azdan işçilərin yanında Tamaranı tərifləyir:
–Çox sağ olsun Tamaranı! İndiyədək belə iştahla bu dadda yemək yeməmişdim.
Bu sözləri eşidən əməkdaşlar qımışmağa başlayırlar…
Tamara özü bu qımışmaya aydınlıq gətirir: Daha ətraflı »
Teqlər: Digər
10Noy
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA GÜNÜ
Azərbaycan Respublikasının əsas qanununun–Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edildiyi gün. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.
Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da müəyyən özünəməxsusluğa malik idi.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar