Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,163
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Mar
    Digər DÜNYA TARİXİ ŞƏXSİYYƏTLƏRİNİN ERMƏNİLƏR HAQDA DEDİKLƏRİ üçün şərhlər bağlıdır

    “Erməni eybi: bədfel, kündəbədən, gözügötürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüş sevən, ürəyi xıltlı, ağasına düşmən..”
                                                                                                                                                          Qabusnamə
    * * *
    “Sən köləsən, sən qorxaqsan, sən ermənisən..”
                                                                                                                                                            A.Puşkin
    * * *
    “Ermənilər dost cildində düşməndir. Onun nəvazişindən, təbəssümündən qorxduğum qədər açıq düşməndən qorxmuram.
                                                                                                                                           İ.Çavçavadze, gürcü şairi
    * * *

    “Ermənilərlə heç cür yaxınlıq edə bilmirdim, çünki onların alçaqlığı və əclaflığı dözülməzdir”.
                                                                                                                                          Qraff de Şoll, fransız səyyahı,
    Daha ətraflı »

  • 29Mar
    Digər ÖMRÜ QISALDAN SƏBƏBLƏR üçün şərhlər bağlıdır

    Alkoqol insanın həyat müddətini 10-12 il azaldır. Demoqrafiyaya (təbii doğum, əhalinin artımı və inkişafı) mənfi təsir göstərən amillərin 90%-i alkoqol ilə əlaqələndirilir. Bəzi mütəxəssislərin fikrincə bu göstərici hətta 98-99%-ə çatır.
    * * *
    Alkoqolun bəşəriyyətə vurduğu ziyan aclıq, taun və mü-haribələrin vurduğu ümumi ziyandan daha böyükdür.
    * * *
    Mütəxəssislərin hesablamalarına görə dünyada filtirli siqaret çəkənlərin 47%-ni kişilər, 53%-ni qadınlar təşkil edir. Daha ətraflı »

  • 29Mar
    Digər BİLİRSİNİZMİ? üçün şərhlər bağlıdır

    Azərbaycanda mövcud olan ümumtəhsil məktəbləri 4505 sayda:
    Onlarda təhsil alan şagirdlərin sayı isə 1 milyon 289 min nəfərdir.
    * * *
    1893-cü ildə Paris şəhərində (Fransa) ilk sürücülük vəsiqəsi verilmişdir.
    1895-ci ildə Sankt–Peterburq şəhərinə (Rusiya) ilk dəfə avtomobil gətirilmişdir.
    * * *
    İşıqfor yol sistemində, qovşaqlarda, piyada keçidlərində və hərəkətin idarə edilməsi lazım olan digər yerlərdə olan tənzimləmə vasitəsidir. 5 avqust tarixi dünyada Beynəlxalq işıqfor günü hesab edilir. Daha ətraflı »

  • 29Mar
    Digər YÜK DAŞIYAN KEÇİLƏR üçün şərhlər bağlıdır

    Asiya qitəsində yerləşən ölkələrin bəzilərində keçilərdən yük heyvanı kimi istifadə edilir. Belə ki, yaşlı təkələr az miqdarda olan yükləri daşımaqla yanaşı, arabaya da qoşulur.
    Hindistan və Nepal sərhəddində yerləşən dağlıq ərazilərdə yaşayan əhali Ağ Himalay keçiləri və dağ keçilərindən taxıl daşınmasında istifadə edirlər. Bu keçilər yəhər bağlanmadan bellərinə qoyulmuş 5 kq-lıq taxıl çuvallarını çox asanlıqla daşıyırlar.
    Hindistanın Pəncab əyalətində geniş yayılmış Çenqdu keçilərindən isə duz daşınmasında istifadə olunur.
    Deməli, keçilər keyfiyyətli süd və pendir verməklə yanaşı, yük daşımaqla da sahiblərinə xeyir verirlər.

  • 19Mar

    Digər üçün şərhlər bağlıdır

    …Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Vətəndaşları narahat edən problemlərin həlli üçün lazımi addımlar atılacaq.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

  • 19Mar
    Digər ÖLKƏ PREZİDENTİNƏ MİNNƏTDARLIQ üçün şərhlər bağlıdır

    “Biz əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəltməliyik. Çünki bu, bizim üçün prioritet məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifəmizdir. Bu istiqamətdə artıq bir çox ciddi addımlar atılıb və atılacaq.
    Belə əhəmiyyətli tədbirlərdən biri minimum əmək haqqının 38 faiz artırılması, yəni 130 manatdan 180 manata çatdırılması oldu. Bu, 600 min nəfər insanı əhatə etdi. Minimum pensiyaların məbləği 116 manatdan 160 manata çatdırıldı. Bu da təxminən 38 faiz artım deməkdir. Lakin dövlət bunu son hədd hesab etmir. Əməkhaqqı və pensiyaların artırılması daim gündəmdə saxlanan məsələdir. Bu da göstərir ki, gələcəkdə minimum əməkhaqqı və pensiyalar ardıcıl olaraq artırılacaq”

    İlham ƏLİYEV
    Azərbaycan Respublikasının
    Prezidenti Daha ətraflı »

  • 19Mar
    Digər BEYNƏLXALQ GÖZDƏN ƏLİLLƏR GÜNÜ MÜNASİBƏTİ İLƏ üçün şərhlər bağlıdır

    DÜNYANI ÜRƏYİ İLƏ GÖRÜR

    Noyabrın 13-ü fransız pedaqoqu Valentin Qayuinin doğulduğu tarixdir. 1745-ci il noyabrın 13-də anadan olan Valentin Qayuin ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər yaradıb. 1784-cü ildə isə o, öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açıb və ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlim keçib. 30 mindən çox görmə qüsurlu şəxs olan Azərbaycanda isə 2002-ci ildən etibarən Gözdən Əlillər Cəmiyyəti fəaliyyət göstərir.

    Ufadakı gözdən əlillər üçün xəstəxananın otağı geniş və işıqlı olsa da, buradakılardan ötrü ətrafda zülmət qaranlıqdan başqa heç nə yox idi. Ümid yalnız Allaha və həkimin şəfalı əllərinəydi. Bəzən kiminsə gözündə bir işartı yaranır və bu zaman bütün xəstələr sevinclə onun ətrafına toplaşaraq, bu xoşbəxt anları birgə yaşayırdılar. Belə günlərin birində Müslümə də elə gəldi ki, müalicə bəhrəsini verir, artıq o, gözlərində müəyyən qədər dəyişiklik hiss edir. Daha ətraflı »

  • 19Mar
    Digər QARAAĞACI KƏNDİ QARABAĞ MÜHARİBƏSİ İLLƏRİNDƏ üçün şərhlər bağlıdır

    Qarabağ müharibəsinin ciddi zərbə vurduğu kəndlərdən biri də Tərtər rayonunun Qaraağacı kəndi olub.
    Qaraağacı kəndi ilə Ağdərə qəsəbəsi arasında bir dənə də olsun tikinti, obyekt yoxdur. Kənddən baxanda Ağdərəyədək bütün ərazi görünür. Dağıntıları qalan Seysulan kəndi ilə Qaraağacı kəndinin arası 3 km.dən də azdır. Düşmən qüvvələri ilə bu cür yaxın olması səbəbindən kəndimiz, demək olar ki, cəbhə xəttindədir. Hadisələr başlayan gündən kənd müharibə həyatı yaşayır. Daha ətraflı »

  • 07Mar

    Digər üçün şərhlər bağlıdır

    Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş. meyitlərin üzərində təhqiredici hərəkətlərə yol verilmişdir.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının
    Prezidenti

  • 07Mar
    Digər Erməni hiyləsinin fəsadları üçün şərhlər bağlıdır

    SUMQAYIT HADİSƏLƏRİ

    Keçmiş SSRİ dövlətinin başçısı Mixayıl Qorbaçovun məsləhətçisi akademik Abel Aqanbekyan 1987-ci ildə Fransada nəşr olunan “Humanite” jurnalındakı məlum çıxışı ilə dünyaya səpələnmiş bütün ermənilərə Qarabağın müstəqilliyi uğrunda mübarizəsinin başlandığını elan edəndən sonra ermənilər və onların havadarları hərəkətə gəldilər. Planın tərkib hissələrindən biri də Sumqayıtda ermənilərin qırğınını təşkil etmək idi.
    Məlumdur ki, sovet hökuməti özündən əvvəlki imperiyanın siyasətini davam və inkişaf etdirərək Qərbi Azərbaycan torpaqlarında paytaxtı bizim İrəvan şə-həri olan Ermənistan dövləti yaratdı. Ancaq ermənilər və ermənipərəst sovet hökuməti Azərbaycana qarşı torpaq iddialarından əl çəkmədilər. 1948-1953-cü illərdə Anastas Mikoyanın Stalinlə razılaşdırılmış planına əsasən azərbaycanlılar qədim ata-baba yurdlarından deportasiya edildilər. Daha ətraflı »