Bu günlərdə redaksiyamıza orta yaşlı bir kişi gəldi. Bildirdi ki, qardaşı Qarabağ savaşında şəhid olub. Şəhidlər bizim qürur yerimizdir. Bu mövzuda yazmaq çətin olsa da, onu şərəf işi bilib, şəhiddən yazmağı müqəddəs vəzifə hesab edirəm.
Danışdıqca onun həsrətdən dil-dodağı əsirdi. Dedi ki, Vasifin 18 yaşı varıydı şəhid olanda. Məndən kiçik idi. Cəmi 9 ay hərbi xidmət çəkdi.
18 yaş nədir ki, müharibənin od-alovuna tab gətirsin, qan-içən, yağı düşmənin hücumunu qarşılayıb, dəf etsin. Axı, biz, hətta o yaşdakı cavanlarımız müharibəni kinolarda görmüşdük, kitablarda oxumuşduq. Özü də müharibəyə nə özümüz, nə də düşüncəmiz hazır deyildi. Heç kəsin–kiçiyin də, böyüyün də müharibəni və onun gətirdiyi fəlakətləri görmədiyi halda o dəhşətləri yaşamalı olmuşduq. Ta yaranışımızdan Vətən, Torpaq bizim üçün əziz olduğundan, onu qorumağı şərəf işi bilib düşmən qarşısına çıxan oğullarımız geri çəkilmədən ölümün gözünə dik baxaraq, canlarından, qanlarından keçdilər, Vasif Abdullayev kimi.
Qardaşı Məhəmmədin dediklərindən:
–1993-cü ildə hərbi xidmətə çağrılanda çəkinmədən, könüllü getdi. Ürəkli oğlanıydı. Evə gələndə qalmaq istəmirdi, əynini dəyişən kimi döyüşə qayıdırdı. Axırıncı dəfə evdən çıxanda bildirdi ki, bir müddət gələ bilməyəcəm. Hətta şəhid olarkən xəbər tutmadıq. Qonşu kəndlərdən olan döyüş yoldaşları Azər, Şəmsi və Səlim şəhidliyi haqqında xəbər gətirdilər…
Vasif Abdullayevin döyüş yolu Ağdərəətrafı kəndlərdən keçmişdi. “Faqot” adlı silahı ilə birgə düşmənə qarşı cəsarətlə döyüşürdü. 26 iyun 1994-cü il bu ürəkli vətən oğlumuzun son savaşı oldu. Çardaxlı kəndində qanlı döyüş gedirdi. Düşməni diri tutmaq məqsədi ilə onların “BMP”-nin üstünə çıxdığı zaman içəridən atılan gülləyə tuş gəlir. Düşündüyü planını həyata keçirə bilmədi. Cəsədi döyüş bölgəsində qaldı. Daha ətraflı »
-
28İynDigər İTKİN SAYILAN ŞƏHİD üçün şərhlər bağlıdır
-
20İynDigər ŞƏHİD NİCAT İSGƏNDƏROV ADINA KÜÇƏ üçün şərhlər bağlıdır
Rayon rəhbərliyinin təşəbbüsü ilə son zamanlar şəhərimizin küçələrinə Qarabağ müharibəsində şəhid olmuş igidlərimizin adları verilir, baralyefləri vurulur və beləliklə onların xatirələri əbədiləşdirilir. Bu küçələr əvvəlcədən abadlaşdırılır, səliqə-sahmana salınır, müasir işıqlandırma sistemi ilə təmin olunur, asfaltlanır və təmir edilir.
Belə küçələrdən biri də ötən il çox gözəl abadlaşdırılmış və şəhid Nicat İsgəndərovun adı verilmiş küçədir. Bu küçə əvvəllər bərbad vəziyyətdə idi. İndi isə yaraşıqlı və rahat gediş-gəliş yerinə çevrilib. Axşamlar sakinlər burada müasir küçə işıqlarının altında gəzintiyə çıxır, təmiz havada rahat dincələ bilirlər.
Küçənin giriş hissəsinə şəhidin baralyefi vurulmuş, asfaltlanmış, divarlar tam təmir olunmuş, kommunikasiya xətləri nizama salınmışdır.
Görülən işlər sakinlərin ürəyincədir.Nübar XANLARQIZI
-
20İynDigər AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ üçün şərhlər bağlıdır
Möhtərəm cənab Prezident!
Zati-Alilərinizə müraciət etməkdə məqsədim mənim bir şair, qələm adamı kimi yaradıcılığıma yüksək dəyər verərək Azərbaycanın Xalq şairi adına layiq gördüyünüzə görə Sizə öz dərin minnətdarlığımı bildirməkdir.
Əzəli və əbədi torpaqlarımız olan Dərələyəz mahalında təvəllüd tapdığıma görə, bəri başdan qeyd edim ki, mən Azərbaycanın Xalq şari fəxri adına layiq görülmüş ilk Qərbi Azərbaycanlıyam. Ona görə də bu ada layiq görülməyimdən xüsusi qürur duyuram. Qeyd etməyi özümə borc bilirəm ki, Zati-Alilərinizin məni belə yüksək məqama yüksəltməsi həmyerlilərim tərəfindən böyük bir rəğbətlə qarşılandı. Təmasda olduğum çoxsaylı insanlar mənə göstərilmiş bu diqqət və qayğını, eyni zamanda, onların hər birinə göstərilən sayğı kimi dəyərləndirirlər. Həm də Sizin diqqətinizə çatdırmağı dönə-dönə rica etdilər ki, zaman-zaman öz yuvalarından didərgin düşmüş insanlar ümummilli liderimiz Heydər Əliyevin müqəddəs ruhuna, onun siyasi və ən yüksək insani keyfiyyətlərinin daşıyıcısı olan cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə daim sadiq olacaqlar və onları bu yoldan heç bir siyasi qüvvə, kiminsə yersiz ambisiyaları döndərə bilməyəcəkdir. Daha ətraflı » -
10İynDigər Tərtər rayon qəzeti–85 üçün şərhlər bağlıdır
TƏRTƏRİN SALNAMƏSİNİ YAZAN QƏZET
Əziz qardaşımız “Yeni Tərtər”, ilk cümləmizdə 85 illik yubileyinizi təbrik edirik! Hər nömrənizi səbirsizliklə gözləyirik, hər yazınızı diqqətlə oxuyub, şəkillərinizin məqsədinə diqqət yetiririk və görürük ki, cəbhə bölgəsində olsa da Tərtər şəhəri, rayonun kəndləri ilbəil gözəlləşir, donunu dəyişir, qurub–yaradan insanları qoruduqları torpağı əkib-becərir, tarlalarda bol məhsul yetişdirirlər. Qəzet rayondakı hadisələrdən, quruculuq işlərindən müntəzəm yazır, təhsildən, səhiyyənin, mədəniyyətin, idmanın, mənəvi və dini dəyərlərimizin işıqlandırılmasında sözünü deyir. Bir sözlə, Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi”nin etibarlı, cəsur sələfi kimi missiyanı layiqincə yerinə yetirirsən. Yarandığın gündən bəri adın dəfələrlə dəyişsə də məqsədindən, məramından dönməmisən.
Əziz həmkarlarımız, hər nömrənizi oxuyanda sanki, gözəl Tərtərdə–Sizin yanınızdayıq. Onun düşmənlə üz-üzə qalıb şücaət, mətanət, dəyanət, hünər göstərən oğulları ilə həmsöhbətik. Bu gün cəbhəyanı rayonlarımızda insanların yaşam tərzi bunu tələb edir. Sizdən məsafəcə uzaq olsaq da, bütün acılı-şirinli anları biz də yaşayırıq. Ancaq atalar: “çətin günün ömrü az olar”–deyiblər. Daha ətraflı » -
10İynDigər EKOLOJİ TARAZLIĞIN MÜHAFİZƏ OLUNMASI üçün şərhlər bağlıdır
Ətraf mühitin mühafizəsi, təbiətin qorunması, ekoloji problemlərin aradan qaldırılması aktual məsələlərdəndir. Bu məqsədlə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli qərarına əsasən iyun ayının 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü elan edilmişdir.
Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz ekoloji problemlərin həlli barədə demişdir: “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genefondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyinin birinci dövründə bu istiqamətdə kompleks tədbirlər həyata keçirilmiş, respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır. Müstəqillik illərində də ümummilli liderimizin təşəbbüsü ilə ekoloji siyasət uğurla davam etdirilmiş, yüz min hektarlarla yeni yaşıllıq zolaqları salınmışdır. Daha ətraflı » -
10İynDigər Tarixi günlər üçün şərhlər bağlıdır
UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ
BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir.
Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
Son illər uşaqların valideynləri tərəfindən zorakılığa məruz qalması, erkən yaşda əməyə cəlb olunması ilə bağlı halların artması da həyəcan yaradan hallardandır.
Rayonumuzda uşaq hüquqlarının müdafiəsi ilə əlaqədar olaraq bir sıra tədbirlər hazırlanıb həyata keçirilir. Uşaqların məcburi əməyə cəlb edilməsi, zorakılıq hallarına məruz qalması, erkən nikaha cəlb olunması və digər bu kimi hallara qarşı ciddi mübarizə aparılır, maarifləndirmə işi gücləndirilir.
Uşaq tərbiyə müəssisələrində, bağçalarda, ümumtəhsil məktəblərində hər cür şərait yaradılır, onların əyləncə və istirahətlərinin səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Daha ətraflı » -
10İynDigər BEYNƏLXALQ AİLƏ GÜNÜ üçün şərhlər bağlıdır

15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur. Azərbaycandaailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub.
Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs sayılıb. Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayan ulu öndər Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsi, qadın, ailə problemlərinin həlli istiqamətində də böyük işlər gördü. 1998-ci il yanvarın 14-də Azərbaycanda “Qadın Problemləri üzrə Dövlət Komitəsi”ni yaratdı. Bu məsələyə böyük həssaslıqla yanaşan Prezident İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Daha ətraflı » -
10İynDigər ÜMUMDÜNYA QAÇQINLAR GÜNÜ üçün şərhlər bağlıdır
20 iyun Ümumdünya Qaçqınlar Günüdür. 2000-ci ildə BMT-nin Baş Məclisi bu tarixi Ümumdünya Qaçqınlar Günü kimi müəyyənləşdirən xüsusi qətnamə qəbul edib.
Heydər Əliyevin 1998-ci ildə qəbul etdiyi “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” uzunmüddətli Dövlət Proqramına əsasən, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı geniş tədbirlərə start verildi, onların həyat şəraitinin yaxşılaşdırılmasına başlanıldı, soydaşlarımız üçün yeni qəsəbələr salındı.
Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti seçiləndən sonra qaçqın və məcburi köçkünlərin problemlərinə həssas münasibətini ortaya qoydu. Yüksək dövlət postunda ilk müşavirəsini, məhz bu məsələyə həsr etdi. 2017-ci ilin martın 9-da onun sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirildi, ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məsələsi müzakirə olundu…
Abşeron rayonunun Masazır, Mehdiabad, Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərin ixtiyarına verildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən yaranan bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın sosial və məişət şəraitlərinin yaxşılaşdırılması məsələsini həmişə diqqət mərkəzində saxlayır. İndiyədək Azərbaycanda mənzil və evlərlə təmin olunan məcburi köçkünlərin sayı 300 minə çatdırılıb. Daha ətraflı » -
10İynDigər MİLLİ İNSAN HÜQUQLARI GÜNÜ üçün şərhlər bağlıdır
18 iyun Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə Azərbaycanda Milli İnsan Hüquqları günü təsis edilib.
Müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb.
İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən ulu öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması nəzərdə tutulub. 2001-ci il dekabrın 28-də isə Milli Məclis “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununu qəbul edib. -
31MayDigər Şəhidlərimiz və veteranlarımız üçün şərhlər bağlıdır
İKİ QARDAŞ–ZÜLFÜQAR VƏ ETİBAR QASIMOVLAR
Şəhidlərimizi unutmamaq, onları hər an yad etmək bizim vətəndaşlıq borcumuzdur. Çünki onlar Vətənimiz və onun vətəndaşları üçün canlarından keçiblər. Torpaqlarımızın toxunulmazlığı uğrunda erməni mənfurlarına qarşı mübarizədə canından-qanından keçən şəhid oğullarımızdan biri də Qasımov Zülfüqar Vahid oğludur.
Qarağacı İnzibati Ərazi Dairəsinin Qaradağlı kəndində yaşayan Vahid Qasımovun ailəsində 11 uşaq böyüyürdü. Zülfüqar oğlanların dördüncüsü idi. O, 1972-ci ilin oktyabr ayının 30-da doğulmuşdu. Uşaqlığı böyüyüb boya-başa çatdığı kənddə keçmişdi. Vətənə borcunu ödəmək üçün hərbi xidmətə çağrılmışdı. O zamankı Sovet Ordusu sıralarında, Leninqrad şəhərində əsgəri xidmət keçmişdi. O, orduya doğulduğu Qaradağlı kəndindən deyil, Şuşa şəhər hərbi komisarlığından çağrılmışdı. Çünki Zülfüqar həmin illərdə Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil alırdı. 1990-92-ci illər idi.
Məlumdur ki, 1990-cı illərin əvvəli ölkəmizi qanlı olaylar, iğtişaşlar, hərc-mərclik, çəkişmələr bürümüşdü. Hər şeydən öncə xain qonşularımızın torpaqlarımıza göz dikməsi və ərazilərimizi qırğınlar hesabına zəpt etməsi xalqın haqlı hiddətinə səbəb olmuşdu. Zülfüqar Qasımov 1993-cü il sentyabr ayının 15-dən Milli Ordu sıralarında Füzuli, Qubadlı və Beyləqan rayonları istiqamətində gedən döyüşlərdə mərdliklə mübarizə aparıb.
Onun kiçik qardaşı Natiq də eyni hərbi hissədə əsgəri xidmətdə idi.
1994-cü il martın 5-i Zülfüqarın son döyüş günü kimi doğmalarının, onu sevənlərin yaddaşında qalıb. Füzuli rayonunun Veysəlli kəndi uğrunda qanlı döyüşlər gedirdi. Xeyli itkilərimiz olmuşdu. Şəhidlərimizin meyitləri döyüş gedən ərazidə qalmışdı. Onları həmin ərazidən çıxarmaq üçün tapşırıq verilmişdi. Gənc leytenant Zülfüqar irəlidə gedirdi. O həmişə hərbiçi yoldaşlarına və valideynlərinə böyük inamla söyləyirdi: “Mən sağ qalacam, ölməyəcəm, narahat olmayın”. Lakin düşmən gülləsi bu cəsur döyüşçünün gənc ömrünü param-parça etdi. Verdiyi sözə əməl edə bilmədi. Bu qanlı savaşda şəhid oldu, əbədi olaraq Vətənin qəhrəman oğullarından birinə çevrildi. Doğulduğu torpaqda dəfn olundu.
Xeyli illər ötməsinə baxmayaraq, Zülfüqar unudulmur, yaddan çıxmır.
Zülfüqarın qardaşı Etibar Qasımovun şəxsi vəsaiti və rayon rəhbərliyinin köməkliyi ilə Qapanlı kəndində 12 nəfər şəhidin adı əbədiləşdirilərək abidə kompleksi yaradılıb. Şəhid Zülfüqar Qasımov yola saldığımız 2018-ci ildə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin İdarə Heyəti tərəfindən ölümündən sonra “Vətən naminə” və “Milli Ordu-100” medalları ilə təltif olunub.
Şəhid Zülfüqar Qasımov nəinki doğmalarının, həm də doğulub boya-başa çatdığı kəndin sakinlərinin qürur yeridir. Daha ətraflı »


Yeni ismarıclar