14 İLLİK DOSTLUQ
84 yaşlı babanın 14 yaşlı nəvəsidir “Yeni Tərtər”. 14 ildir ki, qolboyun yol gəlirik bu mehriban dostla. 14 ildir ki, hər cür çətinliyə, yuxusuz gecələrə, təntidiyimiz, tıncıxdığımız günlərə dözə-dözə, çiynimizdəki ağır yükü daşıya-daşıya gəlib bu günlərə çıxmışıq.
84 il əvvəl “Kolxozçuların varlanması uğrunda” olan babasının adını 1937-ci ildə dəyişib elədilər “Qızıl bayraq”. O vaxt bayrağımız qızıldan-zaddan deyildi, rəmzi məna daşıyırdı bu ad, qırmızı sovet bayrağına “Qızıl bayraq” deyirdilər.
1991-ci ilin yanvarında rayonun adını qoydular bu qəzetə–“Tərtər”. 1998-ci ilin oktyabr ayına qədər təkəm-seyrək də olsa işıq üzü gördü. Sonra isə nadanların və biganələrin laqeydliyi ucbatından yoluna sədd çəkildi, ağzına daş qapandı, zornan susduruldu, dar ağacından asıldı, cəllad balta-kötüyünün qurbanı oldu, qətlə yetirildi, qanına qəltan edildi. Beləcə düz 7 il susduruldu. Halbuki, keçdiyi ömür yolu onsuz da hamar olmamışdı, təlatümlü və keşməkeşli bir həyat yaşamışdı, rayonun tarixi salnaməsini yazırdı, müharibələrin gətirdiyi fəlakətlərdən söhbət açırdı, sadə zəhmət adamlarını tanıdırdı, dövlət siyasətini təbliğ edirdi… Daha ətraflı »
Yeni ismarıclar