“Azərbaycanın İntellektual Birincisi” layihəsi üçüncü mövsümdür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür.
Turnirin açılışında Tərtər rayon İcra Hakimiyyəti İctimai-Siyasi və Humanitar Məsələlər üzrə şöbə müdirinin müavini Elvin Umudov, “İrəli” İctimai Birliyinin Baş Katibi Şahin Rəhmanlı çıxış edib və layihə iştirakçılarına uğur arzulayıblar. Rəsmi hissə bitdikdən sonra Ağdam və Tərtər rayonlarının gənc intellektuallarının iştirakı ilə Yuxarı Qarabağ iqtisadi rayonu üzrə zona turniri keçirilib.
4 intellektual oyunu (“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar-tap”, “Vətəni Tanı”) ikisində Ağdam, iki-sində isə Tərtər rayonunun gənc intellektualları qalib olublar. Daha ətraflı »
-
21NoyXəbərlər İNTELLEKTUAL YARIŞLARIN RAYON TURNİRİ üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
08NoyXəbərlər TƏHSİL NAZİRİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

Təhsil naziri Ceyhun Bayramov Tərtər şəhərindəki Gənclər Mərkəzində Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərini qəbul edib.
Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Daha ətraflı »Teqlər: Xəbərlər
-
08NoyXəbərlər UŞAQ HÜQUQLARI AYLIĞI üçün şərhlər bağlıdır
Rayonumuzdakı Heydər Əliyev Mərkəzində 20 oktyabrdan 20 noyabradək keçirilən “Uşaq hüquqları aylığı” ilə əlaqədar şəhər 1 saylı tam orta məktəbin, 2 saylı məktəb-liseyin şagirdlərinin iştirakı ilə “Dəyirmi masa” keçirildi. Tədbirdə rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun əməkdaşları, “Təmas Regional İnkişaf” İctimai Birliyinin fəalları iştirak etdilər. Tədbirdə uşaq hüquqlarının təbliği , qorunması, müdafiəsi önə çəkildi. Qeyd edildi ki, Ümummilli Lider Heydər Əliyevin “ Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm” ideyası ölkəmizdə dövlət uşaq siyasətinə yeni forma və məzmun qazandırıb.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
29OktXəbərlər TƏRTƏR RAYONUNUN BÜTÜN YAŞAYIŞ MƏNTƏ-QƏLƏRİNİN QAZLAŞDIRILMASI BAŞA ÇATDI üçün şərhlər bağlıdır
Tərtər rayonunun Rəcəbli, Kovdadıq, Bildirçinli və Umudlu kəndlərinə təbii qaz verilib. Bununla da rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılıb.
Təbii qazın verilməsi münasibətilə Kovdadıq kəndində keçirilən tədbirdə Tərtər Ra-yon İcra Hakimiyyətinin baş-çısı Müstəqim Məmmədov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, “Azəriqaz” İstehsalat Birliyi-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yaşayış məntəqələrinə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik edib. Dövlət başçısının ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqətdə saxladığını bildirib. Daha ətraflı »Teqlər: Xəbərlər
-
29OktXəbərlər ZONA TOPLANTISI üçün şərhlər bağlıdır
Tərtər rayonunda keçirilən zona toplantısında gənclər və idman nazirinin müavini İntiqam Babayev, müxtəlif dövlət qurumlarının nümayəndələri, rayon rəhbərliyi, bu zonaya daxil olan Naftalan, Goranboy, Ağcabədi, Ağdam, Bərdə, Xocalı və Laçın rayonlarından 300 nəfər fəal gənc iştirak ediblər.
Toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Sonra tədbir iştirakçıları rayon məktəblilərinin hazırladığı əl işlərindən ibarət sərgi ilə tanış olublar və “N” saylı hərbi hissənin əsgərlərinin hazırladığı nümunəvi çıxışlara baxıblar.
Tədbir rayon mədəniyyət mərkəzinin zalında davam etdirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, Azərbaycan gənclərinin VIII Forumu çərçivəsində reallaşan zona toplantısının əlamətdar bir zamanda–Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin böyük təntənə ilə qeyd edildiyi bir dövrdə keçirilməsini əlamətdar hadisə adlandırıb. Daha ətraflı »Teqlər: Xəbərlər
-
29OktXəbərlər TƏRTƏR RAYONUNA SƏFƏR üçün şərhlər bağlıdır
Ölkəmizdə səfərdə olan Almaniyanın “Nitro” jurnalının muxbirləri Bernd Lammel, Bettina Lammel və Alman-Azərbaycan Gənclər Assosiasiya-sının sədri Raksana Civişova Tərtər rayonuna səfər ediblər.
Səfər çərçivəsində qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. İcra başçısı qonaqlara rayon haqqında ətraflı məlumat verib.
Qonaqlar səmimi qəbula və ətraflı məlumata görə rayon rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Sonra nümayəndələr Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar. Sonra ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa–150” abidəsinin qalıqlarına baxıblar.
Daha sonra ərazidə məskunlaşmış məcburi köçkünlərlə görüşüblər.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
19OktXəbərlər TÜRKİYƏNİN BAŞ KONSULU TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

Türkiyə Respublikasının Gəncə şəhərindəki Konsulluğuna yeni təyin olunmuş Baş Konsul Zeki Öztürk tanışlıq məqsədilə Tərtər rayonuna səfər edib.
Səfər çərçivəsində qonaq Tərtər Rayon İcra Hakimiy-yətinin başçısı Müstəqim Məmmədovla görüşüb.
Rayon rəhbəri bildirib ki, düşmənlə 48 km təmas xətti olan Tərtər günü-gündən böyüyür, gözəlləşir. Rayonda geniş tikinti-abadlıq işləri aparılır, yeni binalar, sosial obyektlər tikilir, yaşıllıq zolaqları salınır, yollar çəkilir. Cəbhə bölgəsində yerləşən rayonumuza daim dövlət tərəfindən diqqət və qayğı göstərilir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
19OktXəbərlər ŞƏHİD BARELYEFİNİN AÇILIŞI üçün şərhlər bağlıdır

Tərtər şəhərində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, “Azərbaycan bayrağı” ordenli Ədalət Paşayevin adı verilən küçədə əsaslı təmirdən sonra barelyefinin açılışı olub.
Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, hərbçilər iştirak ediblər. Əvvəlcə torpaqlarımız uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Ədalət Paşayevin qəhrəmanlığının gənclərimiz üçün örnək olduğunu diqqətə çatdırıb. Sonra Azərbaycan Ordusunun qüdrətindən, 2016-cı il Aprel döyüşlərindən, Şərur rayonunun Günnüt kəndi istiqamətində aparılan uğurlu hərbi əməliyyatlardan danışıb. Daha ətraflı »Teqlər: Xəbərlər
-
19OktXəbərlər NƏRD YARIŞI üçün şərhlər bağlıdır
“Beynəlxalq Ahıllar Günü” münasibətilə Gənclər Mərkəzində ahıllar arasında nərd üzrə rayon birinciliyi keçirilib.
Yarışdan əvvəl Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək iştirakçıları və onların timsalında rayonumuzun bütün ahıl sakinlərini bayram günü münasibətilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizdə bu təbəqədən olan insanlara göstərdikləri qayğıdan danışıb. Daha ətraflı »Teqlər: Xəbərlər
-
19OktXəbərlər ASFALT SALINIR üçün şərhlər bağlıdır
Tərtər şəhərinin Nizami küçəsindəki çoxmənzilli yaşayış binalarının həyətlərinə asfalt salınır. Bu işi rayonun 42 saylı Yol İstismarı İdarəsinin kollektivi görür. İdarənin rəhbəri Ramil Bayramov işlərin keyfiyyətlə aparılmasına xüsusi nəzarət edir.“Yeni Tərtər”
Teqlər: Xəbərlər


Yeni ismarıclar