Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) prezidentinin rəhbərlik etdiyi və Assosiasiyanın Baş katibi müşavirinin iştirakı ilə nümayəndə heyəti Tərtər rayonunda olub. Qonaqlar əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Nümayəndə heyəti Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə məruz qalan Tərtərdə faktaraşdırıcı missiya həyata keçirib.
Səfər zamanı Tərtərdə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmış yaşayış evinə və rayona atılmış qadağan edilmiş raketlərin qalıqlarına baxış keçirilib.
Nümayəndə heyəti sonra ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsi ilə tanış olublar. Bildirilib ki, ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə Daha ətraflı »
-
30SenXəbərlər FAKTARAŞDIRICI MİSSYA DAVAM EDİR üçün şərhlər bağlıdır
-
30SenXəbərlər ANIM GÜNÜ MÜNASİBƏTİ İLƏ ŞƏHİD MƏZARLARI ZİYARƏT OLUNDU üçün şərhlər bağlıdır
Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli “Anım gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il 27 sentyabrın anım günü kimi qeyd edilməsi qərara alınmışdır. Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər şəhərində və royonun kəndlərində şəhidlərimizin məzarlarını ziyarət etmiş, onların xatirəsini dərin hörmət və ehtiramla yad edərək, məzarları önünə gül dəstələri düzüb.
Sonra rayon rəhbəri şəhid ailələrində olub, onların problemləri, qayğıları ilə maraqlanıb.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. -
30SenXəbərlər “ŞƏHİDLƏR ABİDƏSİNİN” VƏ “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI üçün şərhlər bağlıdır
Anım günü ərəfəsində Soyulan kənd İƏD-nin Alışarlı kəndində “Şəhidlər abidəsi”nin, Hacallı kəndində isə “Şəhid bulağı”nın açılışı olub.
Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk olaraq vətənimizin bütövlüyü uğrunda canından keçən Daha ətraflı » -
30SenXəbərlər İCRA BAŞÇISI ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Yeni tədris ilinin başlanması münasibəti ilə Tərtər şəhərinin məktəblərində olub.
O, təhsil işçilərini və şagirdləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Gələcəyimiz olan uşaqların azad və firavan yaşaması üçün torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu yad edilib.
Sonra icra başçısı ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb.
Qeyd olunub ki, 2020-2021-ci tədris ilində ümum-təhsil məktəblərini 584 nəfər məzun bitirib. Məzunlardan 326 nəfəri ali məktəblərə sənəd verib. Ali məktəblərə sənəd verən məzunlardan ilkin olaraq 206 nəfəri müxtəlif ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 3 nəfər 600-dən, 26 nəfər isə 500-dən yuxarı bal toplayıb.
Sonra ibtidai sinif şagirdləri Vətənə, anaya, məktəbə aid şeirlər deyiblər. Çalınan zəng onları sinif otaqlarına səsləyib. -
30SenXəbərlər TƏRTƏR RAYONUNA SƏFƏR üçün şərhlər bağlıdır
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev və müavini Aris Məmmədov Anım günü ərəfəsində Tərtər rayonuna səfər ediblər. Səfərdə məqsəd I Qarabağ müharibəsi və Vətən müharibəsi qaziləri, veteranları, şəhid ailələri ilə görüşmək, şəhid məzarlarını, ailələrini ziyarət etmək, bu aillələrin problemləri və qayğıları ilə maraqlanmaqdır. Bu barədə səfər çərçivəsində sədr Mehdi Mehdiyev Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşərkən məlumat verib.
Səfər çərçivəsində İctimai Birliyin nümayəndələri Vətən müharibəsi zamanı Tərtər rayonunun infrastrukturuna dəymiş ziyanla və aparılan təmir-bərpa işləri ilə də tanış olublar. -
20SenXəbərlər DEPUTATLA GÖRÜŞ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Həlli mümkün məsələlər operativ sürətdə həll olunub, araşdırılması vaxt tələb edən məsələlər barədə aidiyyəti qurumlara tapşırıqlar verilib.
Qəbulda iştirak edən vətəndaşlar Milli Məclisin deputatı Sahib Alıyevlə fikir mübadiləsi aparıblar.
Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. -
20SenXəbərlər KOB DOSTU FƏALİYYƏTƏ BAŞLAYIB üçün şərhlər bağlıdır
Qarabağ iqtisadi rayonu üzrə sayca ikinci Kiçik və Orta Biznesin Dostu (KOB dostu) Tərtər rayonunda fəaliyyətə başlayıb. Tərtər Gənclər Mərkəzində fəaliyyət göstərəcək KOB dostu müvafiq rayonla yanaşı, ətraf şəhər və rayonların sahibkarlarına da biznes sahəsində dəstək və xidmətlər göstərəcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Tərtər Rayon İcra Hakimiyyətinin, sahibkarların və onlara xidmət göstərən müvafiq qurumların nümayəndələrinin iştirakı ilə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib, iştirakçılar KOB dostu ofisində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB dostu mexanizmi və Agentliyin digər dəstək və xidmətləri barədə sahibkarlara məlumat verib, onları KOB dostu ilə fəal əməkdaşlığa dəvət edib. Qeyd olunub ki, KOB dostu Tərtər rayonunda sahibkarlıq fəaliyyətinin inkişafı, yeni biznes subyektlərinin yaradılması, sahibkarların maraqlarının müdafiəsi və s. kimi istiqamətlərdə dəstək Daha ətraflı » -
20SenXəbərlər ŞƏHİDLƏRİN AD GÜNLƏRİ üçün şərhlər bağlıdır
Məmmədli Sənan Səlim oğlu
Tərtər rayonunun Qaradağlı kəndindən olan, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Məmmədli Sənan Səlim oğlunun ad günündə xatirəsinə inşa edilən bulağın açılışı olub.
Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Karantin qaydalarına uyğun təşkil olunan açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Sənan Məmmədlinin qısa, lakin şərəfli və örnək olan həyat yolundan danışıb. Sonra o, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gün ərzində başa çatan qələbənin tarixi əhəmiyyətini qeyd edib. Daha ətraflı » -
20SenXəbərlər üçün şərhlər bağlıdır
Qənbərli Qənbər Bəhruz oğlu
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər rayon təşkilatının, SHXÇDX-nin Tərtər rayon şöbəsinin nümayəndələri, və qazilər şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra nümayəndələr şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.
Qənbərli Qənbər Bəhruz oğlu 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Ailəliydi. Bir qız övladı yadigar qalıb.
Azərbaycan Ordusunun baş leytenantı olan Qənbər Qənbərli ermənilərin işğalı altındakı ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərdə sentyabrın 27-də şəhid olub. Murovdağ istiqamətində gedən gərgin döyüşlərdə şəhid olan Qənbər Qənbərlinin nəşi uzun müddət tapılmayıb. 22 may 2021-ci ildə nəşi tapılaraq Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
Döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu Daha ətraflı » -
20SenXəbərlər üçün şərhlər bağlıdır
Əzizov Ayşad Qaryağdı oğlu
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri və qazilər şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.
Əzizov Ayşad Qaryağdı oğlu 5 sentyabr 1990-cı ildə Tərtər rayonunun Əskipara kəndində anadan olub. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Ayşad 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Sentyabrın 27-də Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Yeni ismarıclar