“Konstitusiya və Suverenlik İli” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının təşkilatçılığı ilə YAP-ın təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan dövlətinin əsas dayaqlarından biridir” başlığı altında tədbir keçirilib.
Tədbirdə rayon icra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur xanım Sofiyeva, Milli Məclisin Deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, YAP Mərkəzi Aparatının Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları üzrə kuratoru Elmar Məmmədov, Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, ərazi partiya təşkilat sədrləri, şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Daha ətraflı »





Zəfər Günü münasibətilə Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Tərtər rayonunun Səhləbad kəndində 500-dən artıq sakinə texniki su xətti çəkilib.
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərin 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və 8 Noyabr Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə Şıxarx qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə salınmış “Vətən bağında” ağacəkmə aksiyası keçirilib.
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Tərtər rayonunda vətəndaşları qəbul edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Tərtər şəhəri “Cümə” və Tərtər rayonu Əskipara kənd məscidlərini ziyarət edib. Məscidlərdə fəaliyyət göstərən din xadimləri ilə görüşdə Azərbaycan cəmiyyətində milli həmrəyliyin, dini dözümlülüyün və mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildiyi qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinə uyğun olaraq dini icmalara diqqət və qayğı ilə yanaşıldığı, dini etiqad azadlığının təmin olunması üçün ardıcıl tədbirlər görüldüyü vurğulanıb.
Kəndimizdəki uşaq bağçasının binası 1970-ci illərdə tikilib. Son zamanlara qədər istifadəyə yararsız idi.
Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhərin Mərkəzi meydanında abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib.
İtaliya Prezidenti Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq. Bizim görüşlərimiz tez-tez baş verir. Keçən il mən Prezident Mattarellanın qonağı idim və görüş zamanı onu Azərbaycana yenidən rəsmi səfərə dəvət etdim.
Yeni ismarıclar