
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Tərtər şəhərində Xidmətin yerli qurumlarının rayon bitki mühafizəsi mərkəzləri və bitkilərin karantini məntəqələrinin əməkdaşlarının, bələdiyyə təmsilçilərinin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin iştirakı ilə “Sərhədyanı ərazilərdə fitosanitar vəziyyət” mövzusunda regional müşavirə keçirilmişdir.
Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsi müdirinin müavini Xatirə Məmmədova açmışdır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dovlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev respublika Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda aqrar islahatların həyata keçirilməsinə və kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirildiyini qeyd etmişdir.. Daha ətraflı »
-
18FevXəbərlər Regional müşavirə üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
18FevXəbərlər Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovla Tərtər rayon ictimaiyyətinin görüşü üçün şərhlər bağlıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Tərtər rayonu ictimaiyyətinin nümayəndələri və sahibkarlarla görüşüb.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli İider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub. Sonra görüşdə qeyri-neft sektorunun inkişafında Tərtər rayonunun potensial imkanları müzakirə edilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov regionların sosial-iqtisadi inki-şafı Dövlət proqramları çərçivəsində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Daha ətraflı »Teqlər: Xəbərlər
-
18FevXəbərlər Səyyar görüş-qəbullar üçün şərhlər bağlıdır

Tərətr Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Seydimli kəndində keçirildi. Toplantıda rayon icra hakimiyyəti aparatının işçiləri, hüqüqmühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, kənd sakinləri iştirak edirdilər.
Tədbiri icra başçısı Müstəqim Məmmədov açdı.
Sonra Seydimli kənd İƏD üzrə nümayəndə Güloğlan Kərimov məlumat verdi. Bildirdi ki, burada 683 təsərrüfatda 2720 nəfər əhali yaşayır. Ərazidə tam orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, kitabxana, 3 məişət xidməti, 4 iaşə obyekti, poçtamt , 304 nömrəlik ATS və s. fəaliyyət göstərir. Həmçinin ərazidə 86 məcburi köçkün ailəsi məskunlaşıb. Onların sayı 311 nəfərdir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
18FevXəbərlər “Sərsəng harayı” AŞPA-da eşidildi üçün şərhlər bağlıdır
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yar-dım Assosiasiyası (AVCİYA) 25 may 2013-cü ildə “Sərsəng harayı” adlı genişmiqyaslı layihə həyata keçirməyə başlamışdı. Layihənin məqsədi Sərsəng Su Anbarının vəziyyəti, onun törədəcəyi humanitar fəlakət və ekoloji böhran vəziyyəti barədə Azərbaycan cəmiyyəti ilə yanaşı, dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq təşkilatlarda, əsasən də AŞPA-da müvafiq sənəd və qətnamələrin qəbul edilməsinə nail olmaq, mümkün humanitar fəlakətin və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketi hazırlamaq və s. məsələlər idi. Daha ətraflı »Teqlər: Xəbərlər
-
18FevXəbərlər Multikulturalizm Azərbaycan cəmiyyətində normal həyat tərzidir üçün şərhlər bağlıdır
2016-cı il “Multikulturalizm ili”dir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm” ili elan edilməsi ilə əlaqədar Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Mərkəzin direktoru Səlimə Yusibova mövzu ilə bağlı ətraflı məruzə edib. O bildirib ki, multikulturalizm termini düşüncəmizə yeni daxil olub. Azərbaycanda 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış və akademik Kamil Abdulla Mərkəzin rəhbəri təyin edilmişdir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
11FevXəbərlər 2 FEVRAL GƏNCLƏR GÜNÜDÜR: “ORDU GƏNCLƏRİ BÖYÜK QÜVVƏDİR” üçün şərhlər bağlıdır

Müdafiə Nazirliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər şəhərindəki Heydər Əliyev adına parkda 2 Fevral – Gənclər Günü münasibətilə “Ordu gəncləri böyük qüvvədir” adlı gənclik və vətənpərvərlik bayramı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika və silahlarla tanış olublar. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
30YanXəbərlər GÖRÜLƏN İŞLƏR TƏHLİL OLUNDU üçün şərhlər bağlıdır

Bu günlərdə Sarov kənd İƏD üzrə nümayəndəlikdə 2015-ci ildə görülən işlər barədə hesabat məruzəsi dinlənildi. Tədbirə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə müəssisələrin rəhbərləri və nümayəndəliyi əhatə edən Sarov, Rəcəbli, Kovdadıq, Umudlu, Bildirçinli kəndlərinin sakinləri iştirak edirdilər Daha ətraflı »Teqlər: Xəbərlər
-
30YanXəbərlər SƏMİMİ MİNNƏTDARLIQ üçün şərhlər bağlıdır

Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Sarov kəndində keçirilib. Nümayəndəliyi əhatə edən kəndlərin sakinləri icra başçısı ilə görüşə gəlmişdilər. Onlardan Elbrus Hüseynov, Əli Şirinov, Rəfayıl Səfərov, Şahlar Çuğuyev, İsa Əhmədov, Əkrəm Rzayev, Elman Kərimov və başqaları çıxış edərək kəndlərdə görülən işlərdən danışdılar. Daha ətraflı »Teqlər: Xəbərlər
-
30YanXəbərlər MÜSTƏQİLLİYİMİZ UĞRUNDA MÜBARİZƏ SALNAMƏSİ üçün şərhlər bağlıdır

Tərtər rayonunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündən başlandı. Tərtər Cümə məscidinin axundu Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxudu. Tərtərlilər abidənin önünə gül-çiçək dəstələri qoydular. Daha ətraflı »Teqlər: Xəbərlər
-
22YanXəbərlər İDEAL MMC-NİN TƏRTƏR FİLİALININ İKİNCİ BURAXILIŞI üçün şərhlər bağlıdır
“İDEAL” MMC-nin Tərtər filialında tələbələrin ikinci buraxılışına diplom və sertifikatların təqdim olunması münasibəti ilə tədbir keçirilib. Tədbiri cəmiyyətin Tərtər filialının rəhbəri Taleh Qurbanov acıb. O göstərib ki, “İDEAL” MMC 15 sentyabr 2003-cü il tarixdən Yevlaxda fəaliyyətə başlayıb. 2014-cü ilin dekabr ayının 5-də Tərtər filialı yaradılıb. Cəmiyyətin direktoru Anar Alıyevdir. Tərtər filialında birinci buraxılışda kursu 40 nəfər bitirib, 12 diplom, 28 sertifikat təqdim olunub. Daha ətraflı »Teqlər: Xəbərlər


Yeni ismarıclar