Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Yan

    Изображение 006Изображение 025Bu günlərdə Sarov kənd İƏD üzrə nümayəndəlikdə 2015-ci ildə görülən işlər barədə hesabat məruzəsi dinlənildi. Tədbirə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə müəssisələrin rəhbərləri və nümayəndəliyi əhatə edən Sarov, Rəcəbli, Kovdadıq, Umudlu, Bildirçinli kəndlərinin sakinləri iştirak edirdilər. İcra nümayəndəsi Ramin Quliyev məruzə edərək bildirdi ki, bu kəndlər 527 təsərrüfatdan ibarətdir. Ərazi dairəsinin sahəsi 1411 hektar, əhalisinin sayı 2088 nəfərdir. Ərazidə 99 nəfəri birləşdirən 32 qaçqın və məcburi köçkün ailəsi məskunlaşıb. Onların hər bir müraciətinə qayğı ilə yanaşılır.
    Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Ərazidə 15 artezian quyusunun gücündən istifadə edilir. Ötən il daha 1 ədəd subartezian quyusu qazılmışdır ki, həmin quyu da bu gün-lərdə istifadəyə veriləcəkdir. Malqaranın baş sayı 984, xırdabuynuzluların sayı isə 3305 başdır. Hər iki göstərici əvvəlki illə müqayisədə xeyli çoxdur.
    İcra nümayəndəsi məruzəsində göstərdi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin 2015- ci ili “Kənd təsərrüfatı ili” elan etməsi bütün ölkəmizdə olduğu kimi rayonumuzda, həmçinin nümayən-diliyimizi əhatə edən kəndlərdə də xoş xatirələrlə yadda qaldı. 528 hektar sahədə əkilən buğda, arpa, yazlıqlar və yonca sahələrindən nəzər-də tutulandan çox məhsul götürüldü.
    Əkin sahələrini suvarmaq üçün Sarov kəndində 4 min metr sahədə kəndarası yol-larda təmir-bərpa işləri görülüb. Qəbristanlığın ətrafı hasarlanmış, beş kəndin ərazisində elektrik dirəkləri yenisi ilə əvəz edilmişdir.
    Məruzəçi görülən işlərlə yanaşı ərazidəki kəndlərdə olan problemlərdən də danışdı. Qeyd etdi ki, Rəcəbli, Kovdadıq, Bildirçinli və Umudlu kəndlərinin qazlaş-dırılmasına, kənd əhalisinin içməli suya olan tələbatının ödənilməsinə, kəndlərə gələn elektrik naqillərinin yenilənməsinə, Sarov kənd klubunun əsaslı təmirinə, Bildirçinli kəndində feldşer-mama məntəqəsinin tikintisinə, məktəbəqədər müəssisələrin yaradılmasına ehtiyac var. Sarov kəndindən keçən İncəçayında bəndbərkitmə işlərinin görülməsi vacibdir.
    Sarov Bələdiyyəsinin sədri Nüsrət Paşayev, Sarov kənd tam orta məktəbinin direktoru Zərifə Şirinova, Rəcəbli kənd məktəbinin direktor müavini Yaqut Niftalıyeva və başqa-ları yığıncaqda çıxış et-dilər.
    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov nümayəndəlikdə görülən işlərə münasibətini bildirdi.
    Əvəz Nəsirov

    Müəllif: Redaktor, 10:15

    Teqlər:

İsmarıclar bağlıdır.