Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrinin icrası uğurla və sürətlə davam edir.
Bu istiqamətdə işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrin-dən biri sayılan Tərtər-Ağdərə avtomobil yolunun inşasına start verilib.
Layihə üzrə sözügedən avtomobil yolunun uzunluğu 24,2 km, torpaq yatağının eni 15 metr olacaq. Tərtər-Ağdərə avtomobil yolu II texniki dərəcəyə uyğun 2 hərəkət zolaqlı olmaqla inşa edilir.
Hazırda avtomobil yolu boyunca deformasiyaya uğramış örtüyün və yol əsasının, bəzi hissələrdə yararsız qruntun çıxarılması, yol yatağının genişləndirilməsi, torpaq yatağının, hamarlayıcı qatın və əsasın alt qatının tikintisi işləri aparılır.
Bundan başqa, inşa edilən yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə layihədə nəzərdə tutulan müxtəlif diametrlərə malik suötürücü boru və düzbucaqlı su keçidlərinin inşası da aparılır.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun həyata keçirilir. İşlərin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Yolun inşası rahat gediş-gəlişi təmin etməklə yanaşı, yolboyu sosial-iqtisadi inkişafa da müsbət təsir göstərəcək.
Lazım QULİYEV,
“Azərbaycan”


COP29 zamanı qarşıya qoyulan mühüm məqsədlərdən biri də əhalinin ekoloji savadlılığının artırılması olub. Hər bir fərd, hər bir vətəndaş təbiətə vurduğumuz ziyanın zərərini anlamayınca, iqlim dəyişikliyinin qarşısını almaq çətin olacaq. Ona görə də tədbirdə qeyd edildiyi kimi, bir problemi hamılıqla həll etmək lazımdır.
Ata-babalardan “su həyatdır” kəlməsi bizə yadigar qalıb. Su olmadan heç nə etmək mümkün deyil. Ona görə də su ehtiyatlarından səmərəli, itkisiz istifadə olunması günümüzün ən aktual problemlərindən biridir.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, şəhid ailələri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Noyabr ayında xalqımız şanlı Zəfərimizin 4-cü ildönümünü qeyd etdi. Hamımız üçün əziz olan həmin günlərdə şəhid ailələri, qazilərimiz unudulmadı. Onu da qeyd etmək lazımdır ki, bu təbəqədən olan insanlar yalnız əlamətdar tarixlərdə deyil, hər zaman anılır, onların qayğı və ehtiyacları diqqət mərkəzində saxlanılır.
İnsan həyatında yolun rolu böyükdür. Evindən çıxıb rahat küçə ilə istənilən ünvana gedirsənsə, əhval-ruhiyyən də buna uyğun olacaq. Yox, əgər yol narahat, palçıqlıdırsa, istər-istəməz əhvalın pozulur.

Sentyabrın 20-də xalqımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş Azərbaycanın Suverenliyi Gününü qeyd etdi. İndi isə Zəfər tariximizi bayram edirik.
Tərtər-Hindarx avtomobil yolunun 5-ci kilometrində, Ələsgərli və Düyərli kəndlərinin yolayrıcında işıqfor olmadığına görə, vətəndaşlar piyada zolağı ilə yolu təhlükəsiz keçə bilmir və burada tez-tez avtomobil qəzaları baş verirdi.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bərdə-Ağdam avtomobil yolunun Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bərdə-Ağdam avtomobil yolunun Poladlı kəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.
Yeni ismarıclar