Ana dilim! Doğma Azərbaycan dilim. Anamın mənə layla dediyi, ahıl nənəmin nağıl söylədiyi dil! Vətənim Azərbaycan, anam Azərbaycan, dilim Azərbaycan.
Haradır Azərbaycan?! Odlar ölkəsi Azərbaycan! Qoy bunu Səməd Vurğun desin:
Min Qazaxdan köhlən ata
Yalmanına yata-yata
At qan tərə bata-bata
Göy yaylaqlar belinə qalx
Kəpəz dağdan Göy gölə bax.
Ölkəni ölkə edən, yurdu yurd edən onun daxili zənginliyi, ən əsas isə onun dilidir. Dil fikrin, qəlbin ən incə, ən dərin hisslərini ifadə edir. Hər kəsin öz ölkəsinə olan məhəbbəti, öz doğma dilinə olan məhəbbətdən ayrılmazdır. Dilə ancaq onu dərindən öyrənməklə yiyələnmək olar. Buna görə də onu həyatımızın sonuna qədər fasiləsiz olaraq öyrənməliyik. İnsanın bütün həyatı dillə bağlıdır. Çünki dil insanın dünyaya gəldiyi ilk gündən insanın canına, qanına, beyninə və ürəyinə ana südü, ana laylası ilə daxil olur. Ona görə də təsadüfi deyil ki, uşaqların dil açarkən dediyi ilk söz “ana” sözüdür. Yer üzərində yaşayan hər bir insan ana ilə vətən sözlərini birgə işlədir.
Ana dili həm də vətən rəmzidir. Daha ətraflı »
-
09YanƏdəbiyyat BEYNƏLXALQ ANA DİLİ GÜNÜ üçün şərhlər bağlıdır
Teqlər: Ədəbiyyat
-
28NoyƏdəbiyyat Həsən bəy Zərdabinin anım günü üçün şərhlər bağlıdır
ONUN DƏYƏRLİ İRSİ ÖYRƏNİLİR
Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə hər il Həsən bəy Zərdabinin dünyadan köçdüyü 28 noyabr tarixinin böyük şəxsiyyətin anım günü kimi qeyd edilməsi ölkəmizdə ənənəyə çevrilib.
Həm “Əkinçi” qəzetinin ilk nömrəsinin çapdan çıxdığı 22 iyul–Milli Mətbuat Günündə, həm də 28 noyabrda bu dahi şəxsiyyətin həyatı, onun Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri haqqında söhbət açılır, yaradıcılığının hər zaman–bu gün də, gələcəkdə də bizlərə lazımlı olduğu qeyd edilir. Təsadüfi deyil ki, Həsən bəy Zərdabinin dəyərli irsi indi də tədqiqatçılarımız tərəfindən öyrənilir, araş-dırılır və xalqa çatdırılır. İctimai televiziyada onun həyat və fəaliyyətindən bəhs edən film də çəkilmişdir.
Həsən bəy Zərdabinin ən böyük arzusu xalqını müstəqil, azad, dünyadakı sivil dəyərlərə yiyələnmiş görmək idi. Bu gün onun arzuları gerçəkləşib.Teqlər: Ədəbiyyat
-
29OktƏdəbiyyat “KEÇMİŞƏ NƏZƏR SALANDA…” KİTABI HAQQINDA DÜŞÜNCƏLƏRİM üçün şərhlər bağlıdır
Professor Rasim Axundovun bu yaxınlarda çapdan çıxan “Keçmişə nəzər salanda…” kitabını mən də oxudum. Onun ailə üzvləri haqqında əvvəlcədən məlumatım vardı. Rasim müəllımin söhbətlərinə çox qulaq asmışdım. Bu da ondan irəli gəlirdi ki, ailənin sonbeşiyi olan professor Rasim müəllimlə isti münasibətim var. Kitabın ayrı-ayrı bölmələrində– “Taledən qismət”, “Ömründən nur paylayan ana”,”Atam haqqında xatirələrim”, “Ailəmiz Axundovlar soyadını daşıyanlar haqqında” və s. maraqlı materiallar və xatirələr oxucuların diqqətinə çatdırılmışdır.
Kitabdan məlum olur ki, onlar ailədə 10 uşaq olublar. Professor bəzən zarafatla deyir ki, ailədə onuncu – sonuncu uşaq olmaq mənim qismətimə düşüb.
Qarabağ mahalında Fərrux bəy kimi yaxşı tanınan atam və anam Maya həmişə zəhməti sevən insanlar olublar. Ona görə də ailədəki 10 uşaq—6 oğlan, 4 qızın hamısı ali təhsil alıb, özü də necə!… Oğlan uşaqlarının 5-i professor, elmlər doktoru zirvələrinə yüksəliblər.
Ailənin başçısı Fərrux bəy həm həkim olub, həm də müəllim. Bütün günü at belində Tərtərin Azadqaraqoyunluya yaxın olan kəndlərini gəzib xəstə insanlara kömək edir, şəfa verirdi. Özü də o vaxtlar indiki kimi apteklər, dava-dərman evləri olmayıb. İstifadə elədiyi dərmanları Fərrux bəy özü bitkilərdən hazırlayırdı.
Ailədə 10 uşağa qulluq göstərilməsi, biş-düş işləri əsasən evin xanımı Maya nənənin üzərinə düşərdi. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
28SenƏdəbiyyat YENİDƏN DÜNYAYA GƏLƏRƏMSƏ, MÜƏLLİM OLACAĞAM üçün şərhlər bağlıdır
–Yaşım altmışın üstündə olsa da, qəlbimin lap dərinliyindəki eşq odunun istisi ilə qızınan ruhum hələ cavandır.
Şüurlu yaşadığım əlli ildə pis bildiyim heç nəyi təkrar etmədim, yaxşı bildiyim heç nəyin üstündən xətt çəkmədim.
Yaşadığım illəri yenidən olduğu kimi yaşayardım, tək bir dəyişiklik etməklə: Əgər yenidən bir də bu dünyaya gələrəmsə, peşə kimi Müəllimliyi seçərdim. Və heç vaxt təqaüdə çıxmadan yenidən dünyamı dəyişənə kimi Müəllim işləyərdim. Gün kimi isti, ay kimi işıqlı, bulaq suyu kimi saf, dağ havası kimi təmiz balalara həyat dərsi öyrədərdim. Mən Müəllim olardım!
Millətini olduğu kimi sevən, tarixini, ədəbiyyatını, mədəniyyətini uca tutan, torpağını sevən və onun müqəddəsliyinə inanan və inandırmağı bacaran müəllim olardım. Şagirdlərimə sevməyi öyrədərdim. Öyrədərdim ki, onlar yaxşı nə varsa sevsinlər, pisin mənşəyini öyrənsinlər. Axı, yaradan heç nəyi pis yaratmayır. Bəs nə üçün pisliklər yaranır?…
Qəfil səs məni fikirdən ayırdı.
–Salam əleyküm! Bərk fikrə getmişdiniz.
–Və əleyküm salam! Hə, fikirdə idim. Fikirləşə bilməyən insanla ölmüş insanın fərqi birincinin gözünü döyməsində, ikincininsə göz qapaqlarının örtülü olmasındadır. İnsanın yarada bildiyi nə varsa, hamısı insan fikrinin, idrakının məhsuludur. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
28SenƏdəbiyyat “ŞEİR DƏ GÜZGÜ KİMİDİR” üçün şərhlər bağlıdır
Həmyerlimiz şair Qəşəm Çıraqlının “ Şeir də güzgü kimidir” adlı növbəti kitabı çapdan çıxıb. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Qəşəm Çıraqlı “Dünya həmin dünyadır”, “Fikir burulğanı”, “Yollar sabaha gedir” “Ömrün işığı”, “Mən hamıya inanıram”, “Tarazlıqda yaşayırıq”, “Bir işıq ucundan tutub gedirəm”, “Bu dünya Tanrıya səcdə yeridir”, “Yolumuz ömrümüz boydadır” və “Əsərləri” (I-II cild) şeir kitablarının müəllifidir.
Qəşəm Çıraqlı bədii yaradıcılığındakı uğurlarına görə “Vətən” və “ Qızıl Qələm” mükafatlarına, həmçinin “Qafqaz Media” İçtimai Birliyinin Fəxri Diplomuna layiq görülmüşdür.
“ Şeir də güzgü kimidir” kitabı sanki bir ağsaqqalın oxucu ilə səmimi söhbətidir. Şeirlər öz hikməti ilə oxucunu düşündürür. Bu isə tamamilə fərqli bir üsluba malik şairi oxuculara sevdirir.“Yeni Tərtər”
Teqlər: Ədəbiyyat
-
28SenƏdəbiyyat MÜBARİZ İBRAHİMOV FENOMENİ üçün şərhlər bağlıdır
Atalar çox gözəl deyiblər ki, “Ot kökü üstə bitər”. Əsrlər boyu nəsildən-nəslə keçən, ağızdan-ağıza ötürülən və həyatda dəfələrlə öz təsdiqini tapan bu məşhur deyim bizim dövrümüzdə bir daha igid Azərbaycan oğullarının sayəsində öz təsdiqini tapmışdır. Qəhrəman oğullarımız mənfur erməni quldurlarına qarşı döyüşən zaman göstərdikləri şücaətləri ilə ulu babalarımızın dediklərini bir daha gerçəkliyə çevirdilər. Həmin qəhrəman Vətən oğullarından biri də Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovdur.
Mübarizi həyata bəxş edən xalq çox sayda qəhrəmanlar yetirmişdir. Dədə Qorqud igidləri, Babək, Koroğlu, Qaçaq Nəbi, Həzi Aslanov, Qafur Məmmədov və Azərbaycanın müstəqilliyi dövründəki yüzlərlə qəhrəmanlarımız.
Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıq özünün qeyri-adiliyi ilə seçilir. O, Koroğlu babamızın “Tüfəng çıxdı, qəhrəmanlıq getdi” fikrinin doğru olmadığını öz şəxsi şücaəti ilə təsdiqləməklə bərabər, eyni silahla silahlanmış düşmənin çoxlu sayda əsgərini məhv etdi.
Onun göstərdiyi igidlik İkinci Dünya müharibəsində Mehdi Hüseynzadənin qəhrəmanlıq salnaməsinin yeni formada da-vamı, general Həzi Aslanovun düşündüyü hərbi-taktiki gediş-lərin fərdi döyüşçü tətbiqidir desək, yəqin ki, mübaliğəyə yol vermərik. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
19SenƏdəbiyyat QƏDİR TƏRTƏRLİ: “MƏNİM HƏYAT ROMANIM” üçün şərhlər bağlıdır
Həmyerlimiz, şair, jurnalist, Qızıl Qələm mükafatı laureatı Qədir Tərtərlinin yenicə çapdan çıxmış “Mənim həyat romanım” kitabını son cümləsinədək böyük maraqla oxudum və əsər haqqında fikirlərimi qəzetimizin oxucuları ilə bölüşmək qərarına gəldim. Əvvəlcədən deyim ki, “Mənim həyat romanım” kitabı bir insanın taleyindən bəhs etsə də, burada biz Azərbaycanın ötən əsrin 30-cu illərindən başlayaraq və XXI əsrin əvvəllərinədək olan ictimai-siyasi mənzərəsini, xalqımızın yaşam tərzini, adət-ənənələrini, valideyn-övlad və övlad-valideyn münasibətlərini görürük. Balaca Qədirin doğulduğu Əksi-para kəndi ilə birlikdə böyüdüyünün, dəyişdiyinin, Böyük Vətən müharibəsi illərində keçirdiyi əzab-əziyyətlərin, sıxıntıların şahidi oluruq.
Kitabdakı bütün səhnələr təbii və səmimidir, xalqın öz dili ilə qələmə alınıb.
Yaddaşımda xüsusilə iz qoyan səhnələrdən biri yay aylarında kənd camaatının yaylaqlara köç etməsidir. Bu o vaxtlar idi ki, hələ nə maşınlar vardı, nə də müasir rahat şərait. Qədir müəllim yol boyu rastlaşdıqları gözəllikləri, ferma müdiri işləyən atası Hüsü kişinin çobanlara, onların ailə üzvlərinə münasibətini elə canlı təsvir edir ki, oxucu özü də yolçulara qoşulub sərin yaylaqların ətrafında dincəlir, “Həmzə çiməni”ndə uşaqların “Çataldaş”ın altında məktub gizlətdiklərinin şahidi olur, qadınların dağda bitən göylərdən sacda bişirdikləri ləzzətli kətənin ətrini duyur. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
07SenƏdəbiyyat “KEÇMİŞƏ NƏZƏR SALANDA…” KİTABININ MÜZAKİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR üçün şərhlər bağlıdır
Professor, texnika elmləri doktoru Rasim Axundovun Axundovlar ailəsinə həsr etdiyi “Keçmişə nəzər salanda…” kitabının işıq üzü görməsi münasibəti ilə redaksiyamızda tədbir keçirilib.
Tədbiri açan “Yeni Tərtər” qəzetinin baş redaktoru, “Keçmişə nəzər salanda…” kitabının redaktoru, Azərbaycan Mətbuat Şurasının və Azərbaycan yazıçılar birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” və “Məmməd Araz” mükafatları laureatı, “Tərəqqi” medallı dövlət mükafatçısı Tofiq Yusif bildirib ki, bu əsərin ərsəyə gəlməsi Azərbaycan elmi tarixinə, həmçinin rayonumuzun tarixinə bir töhfədir. Kitabda yaxın keçmişimizdə yaşayan feno-menal bir ailə–Axundovlar ailəsi haqqında sənədli materiallar əsasında səmimi bir söhbət açılır. Ailənin başçısı Fərrux Axundov uzun illər rayonumuzun Azadqaraqoyunlu kəndindəki tibb məntəqəsində işləmiş, eyni zamanda burada və ətraf kəndlərdə rus dilini tədris etmişdir. Ailədəki on övladdan beşi müxtəlif sahələr üzrə elmin ən yüksək zirvəsinə ucalmış, professor, elmlər doktoru adını almışdır. Valideynlər – Fərrux bəylə Maya xanım övladlarının hamısının ali təhsil almasına nail olmuşlar.
Tofiq müəllim göstərib ki, bu ailənin mayasını ziyalılıq, nur təşkil edir. Təsadüfi deyil ki, hələ sovetlər dönəmində “Pravda” qəzetinin birinci səhifəsində Leonid Tahirovun imzası ilə onlar haqqında “Ondurlar, hamısına da əhsən!” sərlövhəli məqalə dərc olunmuşdur. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
18AvqƏdəbiyyat “AŞIQ PƏRİ” MƏCLİSİNİN YARADILMASI üçün şərhlər bağlıdır
Tanınmış jurnalist Səbuhiddin Rüstəmovun qeyd etdiyinə görə, 1980-ci illər ərəfəsi şair Nigar Rəfibəyli və tarixi romanlar ustadı professor Əzizə Cəfərzadə “Azərbaycanın qadın, aşıq şairləri” adlı qiymətli bir əsər yaratmışdılar.
Bu kitabda “Ölülər”in Nazlısından başlamış, Ağabacı, Məshəti, Raziyəyə (Gəncəvi) qədər, Azərbaycanın aşıq qadınları və şair qadınların hamısı göstərilmişdir. Hazırda düşmən caynağından azad edilmiş “Lələtəpə”nin “Yaxşısı” (haqq aşığı Lələnin dəfn edildiyi Cocuq Mərcanlıda), haqq Aşığının sevgilisi Yaxşı ilə deyişmələri həmin kitaba salınmışdır.
Bir sözlə, tariximizdə yaşanan Aşıq Pəri öz dövrünün çox görkəmli, mükəmməl yerini tutmuşdur. 1984-cü ilin əvvəllərində neftcalalı folklor bilicisi Narınc Xatın Əzizə Çəfərzadə ilə görüşür, XIX əsrin yarısında Şuşa mühitində təlim-tərbiyə almış Aşıq Pərinin adını əbədiləşdirmək qərara alınır. Beləliklə hər ikisinin səyi ilə Aşıqlar Birliyi Hüseyn Arif, Əzizə Cəfərzadə, Narınc Xatının imzası ilə sorağını eşitdikləri insanlara məktub yolladılar. Bir neçə çağırış da mənim arxivimdədir. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
08AvqƏdəbiyyat AZƏRBAYCAN ƏLİFBASI VƏ AZƏRBAYCAN DİLİ GÜNÜ üçün şərhlər bağlıdır
1 avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Çünki milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş Ümummilli Lider Heydər Əliyevə minnətdar olmalıyıq. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
Yeni ismarıclar