18May
LƏLƏTƏPƏ QƏHRƏMANLARI– İSGƏNDƏROV NİCAT BƏHRUZ OĞLU
12 may – həmin gün onun qırx mərasimi idi. Bütün tərtərlilər toplaşmışdılar şəhərin mərkəzi meydanına. Lələtəpə uğrunda gedən döyüşlərdə Nicat İsgəndərovun göstərdiyi igidliyə görə hər bir tərtərli qürrələnirdi. Şəhidin şəkli güllərlə bəzədilmişdir. Tədbirə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, Müdafiə Nazirliyinin nümayəndəsi, artıq bütün tərtərlilərin yaxşı tanıdığı və sevdiyi polkovnik Abdulla Qurbani, təhsil, səhiyyə, mədəniyyət işçiləri, N. saylı hərbi hissənin əsgərləri, şəhid Nicat İsgəndərovun ailə üzvləri və döyüş yoldaşları da qatılmışdılar.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açdı, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra rayon rəhbəri 1-5 aprel tarixlərində Milli Ordumuzun düşmənə layiqli cavab verməsindən, tərtərlilərin döyüş əzmkarlığından danışdı. Bildirdi ki, həmin günlərdə Tərtər camaatı ordu ilə monolit birlik nümayiş etdirdi. Daha ətraflı »
Teqlər: Xəbərlər
18May
İMƏCİLİK KEÇİRİLMİŞDİR
Rayonumuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş iməcilik keçirilmişdir. İməcilikdə 1150 nəfərdən çox sakin iştirak etmişdir. Onlar Tərtər-Bərdə, Tərtər- Ağdam, Tərtər-Goranboy magistral avtomobil yollarının kənarlarında, şəhərin Heydər Əliyev prospektində və Elman Hüseynov küçəsində 150 ədəd çinar, 2000 ədəd Eldar şamı, 500 ədəd küknar, 100 ədəd göyrüc, 300 ədəd sərv, 90 ədəd söyüd, 80 ədəd alma, 70 ədəd gavalı, 50 ədəd armud, 50 ədəd qoz, 50 ədəd qovaq, 10 ədəd zeytun, ümumilikdə 11 adda 3450 ədəd müxtəlif növ ağac, 100 min ədəd təkgöz kol bitkisi, 10000 ədəd gül və çiçək əkmişlər. Ağacların və güllərin suvarılması üçün yeni su xətləri çəkilmiş, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi təmin olunmuşdur.
İməcilikdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov sakinlərlə birlikdə ağac əkmiş, gələcəkdə də ekoloji vəziyyətin yaxşılaşdırılması üçün iməciliklərin davam etdiriləcəyini bildirmişdir.
Teqlər: Xəbərlər
04May
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər rayonunda olmuşlar.
Dövlət başçısı əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gedərək hərbi hissənin qərargahı ilə tanış olmuşdur.
Müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət barədə Ali Baş Komandan İlham Əliyevə məlumat vermişdir.
Dövlət başçısı hərbi hissənin müasir standartlara cavab verən yeməkxanası, kazarması ilə də tanış olmuşdur.
Sonra Ali Baş Komandan hərbi hissənin şəxsi heyəti ilə görüşmüşdür.
Prezident İlham Əliyev təmas xəttində baş verən son hadisələrdən danışaraq dedi ki, həmişə Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır. Daha ətraflı »
Teqlər: Xəbərlər
04May
Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Tərtər rayonunun cəbhəyanı kəndlərində olmuşdu.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovla birlikdə Tərtər şəhərində və Qapanlı kəndində mərmi düşməsi nəticəsində dağılan evlərə baxış keçirmiş, ev sahibləri ilə görüşmüşdür. Erməni silahlı birləşmələrinin iriçaplı silahlardan intensiv atəşləri nəticəsində aprelin 27-də Tərtər rayonunun 10 yaşayış məntəqəsində 58 evə, iki tam orta məktəbə və digər qeyri-yaşayış obyektlərinə ciddi ziyan dəymişdir.
Nazir jurnalistlərə ermənilərin mülki əhaliyə qarşı törətdiyi cinayətlərin, terror aktlarının nəticələrinin sənədləşdirilərək beynəlxalq təşkilatlara göndəriləcəyini bildirmişdir. Qeyd etmişdir ki, mənbəyi Ermənistan ərazisində olan çaylarda təmizləmə qurğuları tikilir: “Biz bilirik ki, onlar çaylara zəhərli maddələr axıdırlar. Daha ətraflı »
Teqlər: Xəbərlər
04May
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafında, xüsusilə cəbhə və sərhəd bölgələrində fəaliyyət göstərən sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi və həmin ərazilərdə yaşayan insanların məşğulluğunun təmin edilməsi istiqamətində Tərtər rayonunda tədbir keçirib.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, rayonda sahibkarlara göstərilən diqqət və qayğıdan, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması, pambıqçılığın, baramaçı-lığın inkişafı üçün yeni tədbirlər həyata keçirilir.
Rayon rəhbəri sahibkarlara göstərilən dəstəyə görə rayon əhalisi, o çümlədən rayon sahibkarları adından cənab Prezidentə öz minnətdarlığını bildirib. Daha ətraflı »
Teqlər: Xəbərlər
30Apr
Erməni silahlı birləşmələrinin iriçaplı silahlardan intensiv atəşləri nəticəsində aprelin 27-dən 28-nə keçən gecə Tərtər rayonunun 10 yaşayış məntəqəsində 58 evə, iki tam orta məktəbə və digər qeyri-yaşayış obyektlərinə ciddi ziyan dəymişdir.
Ermənilər həmçinin vaxtilə Azərbaycanın vəsaiti hesabına tikilmiş Sərsəng Su Anbarından ekoloji terror vasitəsi kimi istifadə edirlər. Daha ətraflı »
Teqlər: Xəbərlər
29Apr
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel ilə görüşüb.Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilən görüşdə Dövlət müşaviri, akademik Kamal Abdullayev Azərbaycanda tarixi köklərə malik multikulturalizm və tolerantlıq mədəniyyətinin bu gün dövlət siyasətinin tərkib hissəsinə çevrilməsindən və bu istiqamətdə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdəki milli, dini icmalara göstərilən bərabər münasibətdən, multikulturalizmin Azərbaycan modelinin dünya ictimaiyyətinə tanıdılması üçün atılan addımlardan, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətindən ətraflı söz açıb. Daha ətraflı »
Teqlər: Xəbərlər
27Apr
Aprelin əvvəllərində cəbhə xəttində erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikasının darmadağın edilməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəkliyin işğaldan azad edilməsi xalqımızda böyük ruh yüksəkliyi yaradıb.
Tərtər şəhərində Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçı-lığı ilə “Hər anımız Vətən deyir” adlı kütləvi hərbi şöhrət bayramı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirib, Azərbaycanın dövlət himnini ifa ediblər. Daha ətraflı »
Teqlər: Xəbərlər
27Apr
Ölkə iqtisadiyyatında, məşğulluğun təmin olunmasında sahibkarlığın müstəsna əhəmiyyətini nəzərə alaraq Respublika Prezidenti cənab İlham Əliyev 21 aprel 2016-cı il tarixdə “Sahibkarlar Günü”- nün təsis edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Sərəncama əsasən hər il aprel ayının 25-i “Sahibkarlar Günü” kimi qeyd ediləcək.
Dövlət tərəfindən bu sahənin inkişafına göstərilən diqqət və qayğı tərtərli sahibkarları da ürəkdən sevindirmiş-dır. Bayramlarını qeyd etmək üçün onlar rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bir araya toplaşmışlar.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, sonra isə yığıncaq rayon Gənclər Mərkəzinin zalında davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə sahibkarları ilk peşə bayramları münasibəti ilə təbrik etmiş, ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsində onların rolundan danışmışdır. Daha ətraflı »
Teqlər: Xəbərlər
27Apr
TƏRTƏRDƏ QURUCULUQ İŞLƏRİ SAKİNLƏRƏ RAHATLIQ GƏTİRİR
Təmas xəttində yaşayan tərtərlilər hətta cəbhədə vəziyyətin
gərginləşdiyi vaxtda belə, tikinti-abadlıq işlərini davam etdirirlər. Bu işgüzarlığın sayəsində rayon ilbəil abadlaşır, əhalinin həyat şəraiti yaxşılaşır, sosial problemlər həll olunur.
Tərtər şəhərinin Heydər Əliyev prospektinə və bir sıra küçələrinə asfalt-beton örtüyü salınması üçün hazırlıq işləri aparılır. E.Hüseynov küçəsi və küçənin davamı olan magistral yol isə Şıxarx qəsəbəsinədək artıq asfaltlanmağa başlanmışdır. Bundan əlavə, Tərtər çayı sahilində salınacaq yeni parkın ərazisi təmizlənir, ağaclar budanır. Ərazidən keçən yüksək gərginlikli elektrik hava xətti kənarlaşdırılmışdır. İndi park ərazisindən keçən Buruc arxı betonla üzlənir.
Şəhərdəki çoxmərtəbəli ictimai yaşayış binalarının fasad və daxili hissələrinin suvanıb rənglənməsi, inşa edilən 100 yerlik körpələr evi-uşaq bağçasında, tikilən şahmat məktəbi və kənd təsərrüfatı idarəsinin inzibati binasında işlərin davam etməsi də rayonda aparılan tikinti-abadlıq tədbirləri sırasındadır. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni ismarıclar