Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Okt
    Təhsil 5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür üçün şərhlər bağlıdır

    GƏNC TARİXÇİ

    IMG-20170925-WA0004Hər il oktyabrın 5-i bütün dünyada ümumxalq müəllimlər günü kimi qeyd olunur. Bu gün müəllimlərin peşə bayramıdır. Bütün dünyada olduğu kimi Azərbaycanda da bu gün böyük hörmət və ehtiramla yad edilir. Müqəddəs müəllim adını daşıyan hər kəs sevgi ilə xatırlanır. Təsadüfi deyil ki, bəzən müəllimi ikinci valideyn adlandırırlar. Elmə, təhsilə maraq, sevgi yaradan, çətin yolları keçməkdə, pisi yaxşıdan ayırmaqda bələdçilərimiz müəllimlərimiz olur.
    Müəllim peşəsini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimlərdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi?”
    Ulu Öndərin siyasi kursunun uğurlu davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına həmişə xüsusi qayğı ilə yanaşıb. Məhz bu qayğının nəticəsidir ki, ölkəmizdə müəllimin nüfuzu ilbəil artır. Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Təhsil TƏHSİL İŞÇİLƏRİNİN SENTYABR KONFRANSI KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    DSC_9798 (Копировать)DSC_9933 (Копировать)Təhsil işçiləri əvvəlcə mərkəzi meydanda Ulu Öndərin xatirəsini yad edərək abidəsinin önünə gül-çiçək dəstələri qoydular. Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Tədbir Mədəniyyət Mərkəzinin zalında davam etdirildi.
    Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev konfransı açıq elan edərək, təhsil işçilərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi. Surxay Mirzəyev “2016-2017-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə” məruzə etdi. Məruzəçi bildirdi ki, rayon məktəbliləri 2016-2017-ci tədris ilində müxtəlif fənn olimpiadalarında, yarış və müsabiqələrdə iştirak edərək qalib olmuşlar. Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Təhsil MƏKTƏBLƏRDƏ YENİ DƏRS İLİ BAŞLANDI üçün şərhlər bağlıdır

    DSC_5192 121DSC_5249 (Копировать)2017-2018-ci tədris ilində rayonumuzda 1035 uşaq 1-ci sinifə qəbul edilib. Ümumiyyətlə, çalınan ilk zəng 10 min 106 nəfər şagirdi yenidən sinif otaqlarına səslədi. Bunlardan 613-ü onbirincilərdir.
    Cari tədris ilində Tərtərdə 34 tam orta, 10 ümumi orta və 3 ibtidai məktəbdə 1238 nəfər müəllim işləyəcək.
    Cari tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı–tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olundu.

    Şəhər 5 saylı tam orta məktəbi. Bu il məktəbin məzunlarından 9 nəfəri yüksək ballarla ali təhsil ocaqlarına qəbul olunublar. Onlardan 2 nəfəri 600-dən yuxarı bal toplamış bacı-qardaş, 2 nəfəri 500-dən yuxarı bal toplayan məzunlardır.
    Cari ildə bu təhsil ocağında 350 nəfər şagird təhsil alacaqdır. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 42 nəfər müəllim məşğul olacaqdır. Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Təhsil HƏDİYYƏLƏR TƏQDİM OLUNDU üçün şərhlər bağlıdır

    Изображение 094Azərbaycan Uşaqlar Birliyinin regionlar üzrə departament rəhbəri Nigar Bayramlı və “Yeni həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova Beynəlxalq Bilik Günü münasibətilə rayonumuzun Bayandur kəndində olaraq, buradakı kənd ibtidai məktəbin şagirdlərinə çanta və məktəb ləvazimatları hədiyyə ediblər.
    Bu münasibətlə keçirilən görüşə şagirdlərlə yanaşı, məktəbin müəllim kollektivi və valideynlər gəlmişdilər. Tədbir ikiqat sevinc içərisində keçib. Çünki cari tədris ilində şagirdlər onlar üçün tikilmiş modul tipli yeni məktəbdə təhsil alacaqlar.
    Nigar Bayramlı, Nailə İsmayılova, məktəbin direktoru Natella İbrahimova, valideyn Gilas Əsədova balacaları yeni dərs ilinin başlanması münasibətilə ürəkdən təbrik edib, ölkəmizdə təhsilin inkişafından danışıblar. Bayandur kəndində tikilən yeni binanın bunun bariz nümunəsi olduğunu göstəriblər. Onlar şagirdlərə yaxşı oxumağı, valideynlərini daim əla qiymətlərlə sevindirməyi tövsiyə ediblər. Daha ətraflı »

    Teqlər:

  • 31Avq
    Təhsil Tələbə adını qazananlar üçün şərhlər bağlıdır

    PƏRVANƏ SÜLEYMANLI –641 BAL

    новый-1641 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olan Pərvanə Süleymanlı Sarov kənd tam orta məktəbinin məzunudur. Bizimlə söhbətində Pərvanə dedi:
    –Uşaqlıqdan həkimlik peşəsi mənə qeyri-adi görünüb. Həmişə özümü insanlara şəfa bəxş edən “ağ xalatlılar” sırasında görmək istəmişəm.
    Pərvanənin gərgin zəhməti öz bəhrəsini verib. Bu gün doğma məktəbinin müəllimləri və valideynləri onunla birlikdə sevinirlər.

    Teqlər:

  • 31Avq
    Təhsil FİDAN AĞAZADƏ–637 BAL üçün şərhlər bağlıdır

    DSC_4535Fidan Ağazadə şəhər 1 saylı tam orta məktəbini bu il bitirib. Bir çox həmyaşıdları kimi bu günlər onun da sevinci hədsizdir. Həkim olmaq, insanların sağlamlığı keşiyində durmaq arzusu ilə IV qrup üzrə imtahanlardan 637 bal toplayaraq, Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub.
    Onlar ailədə bir qardaş, 1 bacıdırlar. Fidanın böyük qardaşı Orxan Azərbaycan Memarlıq və İnşaat Universitetinin IV kursunda oxuyur.
    Ailənin hər iki övladına təhsildə müvəffəqiyyətlər arzulayırıq.

    Teqlər:

  • 31Avq
    Təhsil AYSEL SƏFƏRLİ–612 BAL üçün şərhlər bağlıdır

    DSC_4538Şəhər 1 saylı tam orta məktəbin məzunu Aysel Səfərli 612 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. Redaksiyamızda olarkən Aysel dedi: Təhsilimi başa vurandan sonra bir həkim kimi rayonumuza qayıtmaq və qəhrəman tərtərlilərin cansağlığı keşiyində dayanmaq ən böyük arzumdur.

    Teqlər:

  • 31Avq
    Təhsil BANU CƏFƏRLİ–604 BAL üçün şərhlər bağlıdır

     

    DSC_4530Onlar 2 bacı–Banu və Çiçək bir sinifdə oxuyublar. Şəhər 6 saylı məktəbin məzunlarıdır. Hər ikisi ali ixtisas məktəblərinə qəbul olunmaq üçün imtahan verərək eyni ixtisasa qəbul olunublar. Banu 604 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ödənişsiz, Çiçək isə 225 balla Gəncə şəhərindəki Texnologiya Universitetinin ödənişli kompüter mühəndisliyi fakültəsində təhsil alacaqlar. Banu şəhər 6 saylı tam orta məktəbi müvəffəq qiymətlərlə bitirib. Məqsədi yaxşı oxumaq, gələcəkdə Vətənimizə layiqli bir övlad olmaqdır.

     

     

    Teqlər:

  • 31Avq
    Təhsil TURAL YUNİSLİ–638 BAL üçün şərhlər bağlıdır

    IMG-20170825-WA0001Tural Yunisli Köçərli kənd tam orta məktəbini bu il bitirərək 638 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub.
    Söhbət zamanı bildirdi ki, gələcəkdə arzusu səfir olmaqdır.
    Turalın bacısı Leyla da ötən il Azərbaycan Dövlət Universitetinin tərcümə fakültəsinə daxil olub. Ailənin hər iki övladına ali məktəbləri yüksək qiymətlərlə başa vurmalarını arzu edirik.

    Teqlər:

  • 31Avq
    Təhsil ORXAN ƏSGƏROV–635 BAL üçün şərhlər bağlıdır

    DSC_4539Orxan Əsgərov hərbi xidmətini bu il başa vurub. Ordudan tərxis olunandan sonra ali məktəblərə qəbul imtahanlarında iştirak edib və 635 balla Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olub.
    Əsgərliyə getməzdən əvvəl isə Orxan Şuşa Musiqi Texnikumunu bitirib. O, şəhər 1 saylı tam orta məktəbin məzunudur. Qardaşı Əli Sumqayıt Dövlət Universitetinin tarix fakültəsində təhsil allır.

    Teqlər: