Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Noy
    Səhiyyə XALQ TƏBABƏTİ üçün şərhlər bağlıdır

    %d0%b1%d1%80%d0%be%d0%bd%d1%85%d0%b8%d0%b0%d0%bb%d1%8c%d0%bd%d0%b0%d1%8f-%d0%b0%d1%81%d1%82%d0%bc%d0%b0ASTMA

    4 cay qaşığı doğranmış ballıbaba otu üzərinə 1 litr qaynar su tökərək, 10 dəqiqə qaynadırlar, gecəni saxlayırlar və süzürlər.Ondan gündə 3 dəfə 1/2 stəkan icirlər. Bu bitkinin çiçəklərini də istifadə etmək olar: 2 xörək qaşığı çiçəyin üzərinə ev temperaturunda 2 stəkan su tökərək 1 saat saxladıqdan sonra süzürlər. Ondan gundə 3- 5 dəfə 1/2 stəkan içirlər. 1 xörək qaşığı quru və ya təzə böyük bağayarpağının üzərinə 1 stəkan qaynar su tökərək 15 dəqiqə saxlayıb süzürlər. Ondan gundə 4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edirlər.

    Teqlər:

  • 28Noy
    Səhiyyə ALLERGİYA üçün şərhlər bağlıdır

    imagesDəmrovotu otundan 1 xörək qaşığını 1 stəkan qaynar suda dəmləyirlər. 4 saat saxladıqdan sonra, gundə 2 dəfə səhər və axşam yeməyə İ5-20 dəqiqə qalmış 1/4-1/2 stəkan icmək lazımdır.
    Aprel-may aylarında cavan ciyirtkanı ustdən 20 sm kəsirlər, diqqətlə yuduqdan sonra xırda-xırda doğrayırlar, 1 litrlik bankaya yığırlar və uzərinə qaynanmış su tökərək 10 saat saxladıqdan sonra süzürlər. Əmələ gələn covhəri meyvə və tərəvəz şirələri ilə birlikdə uşaqlara içməyə verirlər. Bu, qanı allergenlərdən təmizləmə vasitəsi olmaqla, həmcinin sakitləşdirici bir dərmandır.

    Teqlər:

  • 28Noy
    Səhiyyə BÖYRƏKLƏRDƏ DAŞ üçün şərhlər bağlıdır

    d1c00e1 cay qaşığı xırdalanmış marena kökunun uzərinə 1 stəkan soyuq su tökurlər. 10 saat saxlayırlar, sonra 5 dəqiqə qaynadıb süzürlər. Bu dozanı səhər isti-isti böyrəklərdə fosfat daşları olduqda içirlər.

    Teqlər:

  • 28Noy
    Səhiyyə BAĞIRSAQ ZƏİFLİYİ üçün şərhlər bağlıdır

    mqdefault10 q zirəni 1 stəkan qaynar suda saxlayırlar. Ondan gündə 1 xörək qaşığı 3-5 dəfə bağırsaq atoniyasında qəbul edirlər. Buna bənzər hallarda 1 q zirə toxumunun tozunu gündə 2-3 dəfə icirlər.

    Teqlər:

  • 28Noy
    Səhiyyə KÖKƏLMƏ üçün şərhlər bağlıdır

    007Qaynanmış lobyanı zeytun yağı ilə yemək adamı kökəldir. Kökəlmək üçün lazım olan qidalardan yağlı toyuq, qaz və ördək əti, dana və quzu əti, inək və qoyun südü, təzə pendir və südlü sıyığı göstərmək olar. Şirin nar, üzüm, yemiş yemək də kökəlməyə müsbət təsir göstərir. Ən faydalı vasitələrdən fındıq, püstə, qoz ilə şəkər və ya badam içi ilə şəkər hesab olunur.

    Teqlər:

  • 18Noy
    Səhiyyə Vacib məsələ üçün şərhlər bağlıdır

    GƏLƏCƏYİNİZİ SAĞLAM DÜŞÜNÜN

    1477199708_481887Nikaha daxil olmaq istəyən şəxslər aşağıdakı xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər:
    1. Hemoqlobinopatiyalar: (böyük beta talassemiya, aralıq beta talassemiya, dre-panotalassemiya, oraqvari hüceyrəli anemiya)
    2.İİV/QİÇS
    3.Sifilis.
    Millətin bugünkü sağlamlığı fertil (18-49 yaş) yaşlı şəxslərin sağlamlığı ilə müəyyən edilir, lakin millətin gələcəyi uşaq və yeniyetmələrin sağlamlığı ilə müəyyən edilir. Çünki yeniyetmələr və gənclər millətimizin irsi fondunun təmsilidir. Uşaqlar və yeniyetmələr “Umid nəsli” hesab olunur. Uşaqların, yeniyetmələrin və anaların sağlamlığının və həyatının qorunması səhiyyənin prioritet problemidir.
    Azərbaycan dünyada talassemiyanın ən cox yayıldığı ölkələrdən biridir. Respublika əhalisinin hər 10-12 nəfərin-dən biri, təxminən 1mln. talassemiyanın daşıyıcısıdır və hər il 300 böyük talassemiyalı uşaq anadan olur. Talassemiya nəsildən-nəslə kecən irsi qan xəstəliyidir. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Səhiyyə ŞƏKƏRİ TAM SAĞALDAN RESEPT üçün şərhlər bağlıdır

    photo_2620119Filippinli həkimin tapdığı şəkər xəstəliyini tam sağaldan bu resepti çox sadə və ucuz məhsullarla, cəmi 5 dəqiqədə hazırlaya bilərsiniz! İnanılmaz, amma 100% qarantili!
    Turkustan.info  xarici mətbuata istinadən xəbər verir ki, dinindən, cinsindən, irqindən, milliyyətindən, zənginlik və ya dini mövqeyindən asılı olmayaraq bütün insanların tutula biləcəyi xəstəlik şəkərli diabetdir.
    Bu xəstəlik böyrək, qaraciyər, sinir sistemi və hatta gözlər kimi həyati əhəmiyyətli orqanlara ciddi ziyan vurur.
    Doktor Dy-Liacco hesab edir ki, orqanizmin səmərəli şəkərli diabet xəstəliyinin qarşısının alınması və mübarizə tələb edən altı əsas minerallar var. Lazım olan inqrediyentlər:
    Kənd yumurtası–2 ədəd
    Dəniz duzu–1/2 çay qaşığı
    Çili qırmızı acı bibər (siling labuyo) –12 ədəd
    Hazırlanması:
    Birincisi, bibəri doğrayın. Yumurtaları əlavə edib blenderdən keçirin. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Səhiyyə MEYVƏ BİTKİLƏRİNİN ƏHƏMİYYƏTİ üçün şərhlər bağlıdır

    0201Nar. Nar meyvəsi xalq təsərrüfatında mühüm əhəmiyyət kəsb edir. Ondan təzə halda istifadə etməklə yanaşı, müxtəlif məmulatlar: nar şirəsi, narşərab, spirtsiz içkilər, spirt və s. də hazırlanır. Meyvənin tərkibində 8-20 %-ə qədər şəkər, 4-10 %-ə qədər qlükoza, 3 % yağ, 14 %-ə qədər C vitamini vardır.
    Nar şirəsi mədə ağrıları, baş ağrısı, hipertoniya, öskürək, isitmə, soyuqdəymə və s. xəstəliklərin müalicəsində istifadə olunur.
    Xirnik. Xirnik meyvələrindən həm təzə, həm qurudulmuş, həm də emal olunmuş halda istifadə olunur. Bu meyvədən, mürəbbə, povidlo, həmçinin spirtli içkilər hazırlanır. Qurudulmuş meyvələrində 84,2% quru maddə, 62% şəkər, 0,38 % üzvi turşular və 0,12% dabbax maddələri vardır.
    Xirnik meyvələri dietik əhəmiyyətə malikdir.

    Teqlər:

  • 08Avq
    Səhiyyə ƏSƏBLƏRİ SAKİTLƏŞDİRƏN BİTKİLƏR üçün şərhlər bağlıdır

    LAVANDA ÇİÇƏYİ: 8-10 qram lavanda çiçəyini 1 stəkan qaynar suyun içərisinə töküb dəmləyin. Gündə 3-4 stəkan için.
    ADAÇAYI: 1 stəkan qaynar suya 2-10 qram adaçayı töküb dəmləyin. Gündə 2 stəkandan artıq içməyin.
    YEMİŞAN: 3-4 ədəd yemişanı əzin. Bitkinin çiçəkləri və yarpaq-ları ilə birgə bu əzilmiş meyvələri 1 stəkan qaynar suya töküb dəmləyin. Gündə 2-3 stəkan içə bilərsiniz.
    QIRMIZI ÇUĞUNDUR: Salatlara əlavə edərək yeyə bilərsiniz. Çiy halda tez təsir edər. ancaq buxarda bişmişi də faydalıdır. Alter-nativ olaraq gündə 3 stəkan çuğundur şirəsi içə bilərsiniz.
    RORTAĞAL YARPAĞI: Onu qaynadaraq suyunu için.
    XARDAL TOXUMU: Onu toz halına salıb gündə 0,50 qramını yeməklərə əlavə edə bilərsiniz.
    ROZMARİN:1 stəkan suya 10 qram rozmarin töküb 10 dəqiqə qaynadın. Gündə 3 stəkan için.
    NANƏ: 50 qram nanə, 50 qram su yoncası, 50 qram pişikotu kökünü qarışdırın. 1 stəkan qaynar suyun içərisinə 1 çay qaşığı bu qarışıqdan töküb 10 dəqiqə dəmləyin. Səhərlər və gecə yatmazdan öncə yarım stəkan için.
    LİMONOTU: 1 stəkan qaynar suya 4-6 qram limonotu töküb 10 dəqiqə dəmlənməsini gözləyin. Gündə 2-3 stəkan için.

    Teqlər:

  • 18İyl
    Səhiyyə ƏTRAF MÜHİTDƏ YAŞAMAQ HÜQUQUNUN TƏMİNATI üçün şərhlər bağlıdır

    vergilerÖlkə rəhbərliyinin uğurla apardığı sosial və iqtisadi siyasətin nəticəsi olaraq əldə edilmiş güclü tərəqqi səhiyyənin profilaktik istiqamətli məqsədi olan əhalinin sanitariya-epidemioloji sağlamlığının təmin olunmasında da öz müsbət təsirini göstərməkdədir.
    Səhiyyəmizin davamlı inkişaf strategiyasının tərkib hissəsi olan maddi-texniki bazanın gücləndirilməsi, yoluxucu xəstəliklərlə mübarizə sahəsində aparılan səmərəli işlər, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində həyata keçirilmiş profilaktik və əksepidemik tədbirlər ümumilikdə əhalinin sağlamlığının yaxşılaşdırılmasında əsaslı rol oynamışdır.
    “Sanitariya-Epidemioloji Salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının indiki və gələcək nəsillərin səhhətinə mənfi təsir göstərməyən və onların sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququna malikdirlər.
    Əhalinin sanitariya-epidemioloji salamatlığı dedikdə ictimai sağlamlığın və insanların yaşayış mühitinin elə bir halı nəzərdə tutulur ki, bu mühitin amilləri insan orqanizminə təhlükəli və zərərli təsir göstərmir və insanın həyat fəaliyyəti üçün əlverişli şərait vardır.
    Yəni ölkəmizin əhalisinin əsas hüquqlarından biri kimi nəzərdə tutulan əlverişli ətraf mühitdə yaşamaq hüququnun təmin olunması həmin mühitin amillərinin mənfi təsirlərinin aradan qaldırılmasından asılıdır. Daha ətraflı »

    Teqlər: ,