18Avq
Ötən ilin iyun ayından etibarən Tərtər şəhərinin və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin qurulması iayihəsinin icrası davam etdirilir. İndiyədək 52317 metr kanalizasiya xətti çəkilmiş, yaxud layihədə nəzərdə tutulan işin 70 faizi yerinə yetirilmişdir.
Yerüstü qurğulardan tutumu 5000 kubmetr olan su anbarından birinin tikintisi 100 faiz başa çatdırılmış, ikinci su anbarının tikintisi 65 faiz yerinə yetirilmişdir. Artezianlararası yüksək gərginlikli elektrik xətlərinin çəkilişi 90 faiz yerinə yetirilmişdir.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
18Avq
Rayonumuzun təsərrüfatlarında bitkilərin suvarılması əsasən subartezian quyularının hesabına həyata keçirilir.
Rayon ərazisində artezianların vəziyyəti barədə müfəssəl məlumat almaq məqsədilə subartezian quyuları istismarı idarəsinin rəisi Əli Əliyevlə əlaqə saxladıq. Əli müəllim bildirdi ki, hal-hazırda rayonumuzun ərazisində 474 ədəd subartezian quyusu var. Onların 467 ədədi işlək vəziyyətdədir.
Ölkə Prezidenti möhtərəm İlham Əliyevin son sərəncamına əsasən Tərtər rayonunda daha 14 ədəd subartezi-an quyusunun qazılması nəzərdə tutulub. Həmin quyuların artıq beşi qazılıb. Artezianlar hər kənddə biri olmaqla Mamırlı, Qaynaq, Kəbirli, Xoruzlu və Ələsgərli kəndlərində qazılmışdır.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
08Avq
REFERENDUM ÜZRƏ TƏŞƏBBÜS QRUPU YARADILIB
YAP Tərtər Rayon Təşkilatının Qərargahında Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı öl-kəmizdə cari ilin sentyabr ayının 26-da keçiriləcək referendumda iştirakla əlaqədar ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi məqsədilə yığıncaq keçirilib.
Yığıncaqda çıxış edən YAP rayon təşkilatının sədri Ramiz Şabanov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitu-siyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respub-likasının Referendum Aktının layihəsinin Konstitusiya məhkəməsinə göndərilməsi barədə sərəncamı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Daha ətraflı »
Teqlər: Xəbərlər
08Avq
Tərtər şəhər Gənclər Mərkəzində “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarif-ləndirmə” İctimai Birliyi Azərbaycan Respublikası Prezi-denti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Tərtər Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Dövlət sirlərinin qorunması və dezinformasiyaların qarşısının alınması” adlı layihə çərçivəsində tədbir keçirmişdir. Daha ətraflı »
Teqlər: Xəbərlər
08Avq
İyulun 20-də “Gənclərin Töhfəsi” İctimai Birliyi Azər-baycan Respublikasının Prezi-denti yanında Gənclər Fon-dunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Erkən nikah qədərin olmasın!” layihəsi çərçivəsində Tərtər şəhər Gənclər Mərkəzində tədbir keçirmişdir.
Rayon gənclərinin iştirakı ilə keçirilən tədbirdə “Gənc-lərin Töhfəsi” İctimai Bir-liyinin sədri Asim Vəliyev çıxış edərək layihə haqqında məlumat vermiş, bildirmişdir ki, layihənin keçirilməsində əsas məqsəd məişət zorakılığının bir forması olan erkən nikahla mübarizədə vətəndaşların, xüsusən gənclərin proffesionallığını artıra-raq ailələrin uşaqlarını erkən nikaha məcbur etməkdən imtina etmələri mövzusunda dəstəkləmək, bu mümkün deyilsə, yeni həyatlarına hazırlanmaları istiqamətində gücləndirməkdən ibarətdir.
Tədbirdə iştirak edən Tər-tər Rayon İcra Hakimiy-yətinin nümayəndəsi Tunarə Məmmədzadə çıxış edərək göstərilən problemlə bağlı öz fikirlərini bölüşmüşdür.
Tədbir iştirakçılarına sertifikatlar və mövzu ilə bağlı maarifləndirici materiallar paylanmışdır.
Teqlər: Xəbərlər
28İyl
Qonaqları əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayaraq, onlara rayonda görülən işlər barədə məlumat verib. Rayon rəhbəri bildirib ki, Bilik Fondu fəaliyyətə başladığı gündən qurumun həyata keçirdiyi layihələr daim diqqət mərkəzində olub. Cəmiyyətin maariflənməsi istiqamətində Bilik Fondunun gördüyü işlərin təqdirəlayiq olduğunu bildirən icra başçısı qurumun yerli nümayəndəsinin rayonda mütəmadi olaraq maraqlı tədbirlər hazırladığını diqqətə çatdırıb.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rayonun təhsil, mədəniyyət obyektlərində, yeni tikilmiş şahmat məktəbində, Tərtər Cümə məscidində olub, ermənilərin Qarabağa köçməsinin 150 illiyi münasibəti ilə inşa etdikləri “Marağa-150” abidəsinin qalıqlarına baxış keçirib, ictimaiyyət nümayəndələri ilə görüşüb. Bölgələrdə hər sahədə geniş islahatlar aparıldığını xatırladan Oktay Səmədov Bilik Fondunun missiyasının ölkədə gedən sürətli inkişaf barədə həm yerli, həm də dünya ictimaiyyətinə dolğun məlumat çatdırmaq olduğunu deyib.
Sonra qonaqlar rayon ərazisində yerləşən N. saylı hərbi hissədə olub, əsgərlərlə görüşüb, hərbi hissəyə kitablar hədiyyə ediblər.
Teqlər: Xəbərlər
28İyl
Bu günlərdə Tərtər şəhərindəki Heydər Əliyev prospektində tarix-diyarşünaslıq muzeyi binasının tikintisinə başlanmışdır. Binanın umumi sahəsi 1200 kvmetr olmaqla zirzəmili və ikimərtəbəli nəzərdə tutulmuşdur. Hazırda obyektin bünövrəsi qazılmış, beton işləri görülmüş, binaya lazım olan inşaat materiallarının bir hissəsi gətirilmişdir.
Şəhərin mərkzindəki Yeni Azərbaycan Partiyasının, yaraşıqlı şahmat məktəbinin binaları ilə bir sırada ucaldılacaq tarix-diyarşünaslıq muzeyi binasının tikintisi şəhərimizin gözəlliyini daha da artıracaqdır. Ilk günlərdən başlayaraq inşaat işləri sürətlə davam etdirilir. Yeni obyektin tikintisinə xeyli işçi qüvvəsi və texnika cəlb olunmuşdur.
Teqlər: Xəbərlər
28İyl
Tərtərdə tikinti-quruculuq, abadlıq işləri davam edir. Hər yenilik rayonumuzun gözəlliyini daha da artırır. Belə yeniliklərdən biri də Sarıcalı kəndi ilə Zolgörən kəndi istiqamətində Tərtər çayının üstündə inşasına yeni başlanmış mühüm strateji əhəmiyyətli körpünün tikintisidir.
Körpünün sifarişçi təşkilatı “Azəravtoyol” ASC, podratcı təşkilat isə “Körpü-Bina-Tikinti” MMC-dir.
Körpünün uzunluğu 112 metr, eni 12 metr olmaqla 4 tağlıdır.
Mirzə Nəsir
Teqlər: Xəbərlər
18İyl
Tərtər Rayon Mədəniyyət Mərkəzində təhsil nazirliyi respublikanın bölgələrində çalışan təhsil işçiləri ilə sıx əlaqə yaratmaq, onların təklif, rəy və təşəbbüslərindən təhsil sahəsində həyata keçirilən islahatlar prosesində istifadə etmək, təhsil müəssisələrində tərbiyə işinin mövcud vəziyyəti və yenilənən informasiya cəmiyyətində onun gücləndirilməsinin əsas istiqamətləri barədə tövsiyələr vermək məqsədi ilə Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd rayonlarının təhsil işçiləri ilə görüş keçirib.
Öncə təhsil nazirinin müavini Firudin Qurbanov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Sonra Mədəniyyət Mərkəzinin foyesində rayon məktəblilərinin əl işləri və idman sahəsində qazandığı uğurları əks etdirən sərgiyə baxış keçirilib.
Görüşdə rayon təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin direktorları, direktor müavinləri, psixoloqlar iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayıb, bölgədə belə bir tədbirin keçirilməsinin təqdirəlayiq hal olduğunu söyləyib. Müstəqim Məmmədov uşaqların, gənclərin tərbiyəsinə, vətənpərvərlik hisslərinin aşılanmasına xüsusi diqqət yetirdiyinə görə Təhsil Nazirliyinə öz təşəkkürünü bildirib və rayon təhsil işçilərinə yaradılmış bu imkandan yararlanmağı tövsiyə edib. Daha ətraflı »
Teqlər: Təhsil, Xəbərlər
18İyl
Şahlar Allahverdiyev doğulduğu kəndi, onun insanlarını çox sevirdi. Ölümündən 22 il ötsə də, qədirbilən xalqımız igid döyüşçünü unutmayıb. Bu günlərdə Şahların doğma kəndi olan Sarovda, onun adı verilmiş kənd həkim məntəqəsinin həyətində qəhrəmanın barelyefinin açılışı oldu. Bu münasibətlə keçirilən tədbirə rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, Şahlar Allahverdiyevin doğmaları və döyüş dostları toplaşmışdılar.
Sarov kənd İƏD üzrə nümayəndə Ramin Quliyev, keçmiş döyüşçülər Pənah Məmmədov, Şəkidən Xəlil Maqsudov və Aydın Paşayev, “Azərbaycan Bayrağı” ordenli Nizami Heydərov, şəhidin atası Mənsim və qardaşı Niyaz Allahverdiyevlər qəhrəmanın keçdiyi döyüş yolundan qürur hissi ilə söhbət açdılar.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov öz çıxışında bildirdi ki, şəhidlik elə bir zirvədir ki, bu zirvəyə yalnız seçilmişlər ucalırlar. Ölkəmizdə şəhid ailələri dövlətin daimi qayğısı ilə əhatə olunublar. Bu gün Sarov kəndində Şahlar Allahverdiyevin barelyefinin açılışı bunun bariz nümunəsidir.
Sonra rayon rəhbəri və şəhidin atası barelyefin üzərindən örtüyü götürdülər. Qəlblərdə yaşayan qəhrəman yenidən doğma kəndinə döndü, ancaq vətən daşı kimi.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
Yeni ismarıclar