REFERENDUM ÜZRƏ TƏŞƏBBÜS QRUPU YARADILIB
YAP Tərtər Rayon Təşkilatının Qərargahında Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı öl-kəmizdə cari ilin sentyabr ayının 26-da keçiriləcək referendumda iştirakla əlaqədar ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi məqsədilə yığıncaq keçirilib.
Yığıncaqda çıxış edən YAP rayon təşkilatının sədri Ramiz Şabanov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitu-siyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respub-likasının Referendum Aktının layihəsinin Konstitusiya məhkəməsinə göndərilməsi barədə sərəncamı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə qəbul edilmişdir. Həmin müddətdən 20 ildən artıq vaxt keçib. Zaman keçdikcə, zərurət yarandıqca Konstitusiya dəyişikliklərinə ehtiyac yaranır. Ötən 20 il müddətində ölkəmiz inkişaf etmiş, ölkənin təhlükəsizlik sistemi yaxşılaşmış, dövlət strukturlarında islahatlar həyata keçirilmiş, eləcə də ölkəmizin beynəlxalq konvensiyalara qoşulması və digər yaranmış şərtlər Konstitusiyada da dəyişiklikləri zəruriləşdirir. Müzakirəyə çıxarılan Konstitusiyaya dəyişikliklərə dair layihədə insan hüquq və azadlıqlarının qorunması, dövlət aparatı sisteminin təkmilləşdirilməsi, seçkidə iştirakın tam şəkildə sərbəstləşdirilməsi, informasiya təhlükəsizliyi, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarının hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ öz əksini tapmış, Azərbaycanda birinci vitseprezident və vitseprezidentlər postlarının yaradılması, Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılması, Prezident və Parlament seçkilə-rində yaş məhdudiyyətlərinin ara-dan qaldırılması və s. nəzərdə tu-tulur.
Ramiz Şabanov daha sonra re-ferendum üzrə ilkin təşəbbüs qru-punun yaradılması barədə məlu-mat verərək bildirib ki, “Yeni Azərbaycan” təşviqat qrupu öz üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcək.
YAP Tərtər Rayon Təşkilatının heyət üzvü Mətanət Hüseynzadə, YAP Tərtər Rayon Təşkilatının və rayon ağsaqqalar şurasının üzvü Litvin Məhərrəmov çıxış edərək bildiriblər ki, bu gün xalqımız möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasəti birmənalı şəkildə müdafiə edir və əminik ki. “Yeni Azərbaycan” tə-şəbbüs qrupunun referendumun keçirilməsində önəmli fəaliyyəti nəticəsində seçicilərin böyük ək-səriyyəti Konstitusiyaya təklif olunan dəyişiklikləri dəstəkləyəcək və bu dəyişikliklərə səs verəcəklər.
Yığıncaqda 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumla əlaqədər 52 nəfərdən ibarət re-ferendum üzrə təşəbbüs qrupu yaradılıb və təşəbbüs qruplarında təmsil olunmaq üçün 5 nəfərdən ibarət nümayəndələrin tərkibi müəyyənləşdirilib.
“Yeni Tərtər”