Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq!” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya Tərtər rayonunun məktəbliləri də qoşulublar.
Rayonun məktəblilərindən ibarət qrupun Lənkəran-Masallı-Astara istiqaməti üzrə tur-aksiyada iştirak etmək üçün yola salınması mərasimi keçirilib.
Heydər Əliyev Mərkəzində təşkil olunan mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, bildirib ki, dövlət başçısının tapşırığına əsasən 2014-cü ildən etibarən 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq!” devizi altında keçirilən maarifləndirici tur-aksiyalar məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
Tur-aksiya iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra avtobuslarla respublikamızın cənub bölgəsinə yola düşüblər.
-
28NoyXəbərlər MƏKTƏBLİLƏR “ÖLKƏMİZİ TANIYAQ!” TUR-AKSİYADA İŞTİRAK ETDİLƏR üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
18NoyXəbərlər Heydər Əliyev Mərkəzində üçün şərhlər bağlıdır
BEYNƏLXALQ TOLERANTLIQ GÜNÜ QEYD OLUNUB
YUNESKO-ya üzv dövlətlər 1995-ci il noyabrın 16-da tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul edib. BMT Baş Assambleyasının 1996-cı ildə qəbul olunmuş qərarına əsasən quruma üzv ölkələr hər il noyabrın 16-nı Beynəlxalq Tolerantlıq Günü kimi qeyd edir.
Bu münasibətlə rayonumuzdakı Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə mərkəzin direktoru Səlimə Yusibova “Tolerantlıq Azərbaycanda həyat tərzidir” mövzusunda məruzə ilə çıxış edib. O deyib ki, Azərbaycan xalqının digər millətlərin, dinlərin və konfessiyaların nümayəndələri ilə ortaq dil tapması bacarığı ölkəmizdə millətlərarası sülh və rifah şəraiti yaratmağa imkan verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “İctimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq”.
Multikulturalizm həqiqətən Azərbaycan xalqının böyük sərvətidir. Təsadüfü deyil ki, hazırda ölkəmiz multikulturalizm ideyalarının bütün dünyada yayılmasının təşəbbüskarı kimi çıxış edir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
18NoyXəbərlər NÖVBƏTİ MONİTORİNQ KEÇİRİLİB üçün şərhlər bağlıdır
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər şəhəri istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib.
Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüşdə rayon rəhbəri nümayəndələrə təmas xəttindəki mövcud vəziyyət haqqında ətraflı məlumat verib.
Monitorinq insidentsiz başa çatıb.Teqlər: Xəbərlər
-
18NoyXəbərlər KONSTİTUSİYA GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti YAP Tərtər Rayon Təşkilatı ilə birgə Konstitusiya Gününə həsr olunmuş tədbir keçirdi.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə gənc müstəqil Azərbaycan dövlətini siyasi iflasdan və parçalanmadan xilas et-diyini, ictimai-siyasi sabitliyin təmin olunaraq ölkədaxili pozucu qüvvələrin zərərsizləşdirilməsi, müstəqil dövlətçilik tariximizin inkişaf mərhələsinə qədəm qoyması üçün şərait yaratdığını qeyd etdi. Bildirdi ki, bu inkişafın əsas istiqamətlərinin müəyyən olunması baxımından ölkənin konstitusiya quruluşunun təsbiti tələb olunurdu. Məhz Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılaraq, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb və 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Daha ətraflı »Teqlər: Xəbərlər
-
18NoyXəbərlər “GƏLİN NARKOMANİYAYA YOX DEYƏK!” üçün şərhlər bağlıdır
Bu günlərdə rayon polis şöbəsinin bir qrup əməkdaşı Gənclər Mərkəzində “Narkomaniyaya yox deyək!” və “Qızlar arasında erkən nikahların bağlanması və onun ciddi zərəri” mövzularında tədbir keçirmişlər.
Toplantıda şəhər və kənd məktəblərinin yuxarı sinif şagirdləri, məktəb direktorlarının müavinləri, müəllimlər, təhsil şöbəsinin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Əfqan Qurbanov müzakirəyə çıxarılan hər iki mövzu ilə bağlı ətraflı məruzə ilə çıxış etdi. Bildirdi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Azərbaycan Respublikasında narkomaniya və narkobizneslə mübarizənin əsası tarixdə ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “ Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli qanunla qoyulmuşdur. Daha ətraflı »Teqlər: Xəbərlər
-
18NoyXəbərlər RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRİ RAMİN QULUZADƏ TƏRTƏRDƏ VƏTƏNDAŞLARLA GÖRÜŞÜB üçün şərhlər bağlıdır
Əvvəlcə nazir Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə rayonun mərkəzi meydanında Ulu Öndərin abidəsinin önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Sonra nazir Tərtər, Ağdam, Bərdə, Xocalı rayonlarında və Yevlax şəhərində yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edib.
Vətəndaşların müraciətləri əsasən, telekommunikasiya, internet, poçt xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib.
Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.
Nazir Ramin Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Daha ətraflı »Teqlər: Xəbərlər
-
18NoyXəbərlər “CANIMIZ QARABAĞ, YAZIMIZ QARABAĞ!” LAYİHƏSİNİN TƏQDİMATI üçün şərhlər bağlıdır
Rayonumuzdakı Heydər Əliyev Mərkəzində “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Canımız Qarabağ, Yazımız Qarabağ” layihəsi çərçivəsində ziyalılar, gənclər və ictimaiyyətin müxtəlif təbəqələrilə görüş keçirilib.
Görüşdə yazıçı-publisist, millət vəkili Aqil Abbas, şair Əbülfət Mədətoğlu və layihənin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin müşaviri, Azərbaycan Yazarlar Klubunun sədri, yazıçı-dramaturq-publisist Elçin Hüseynbəyli iştirak və çıxış ediblər.
Öncə Elçin Hüseynbəyli layihənin məqsədi barədə məlumat verib. O bildirib ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında keçirilir və Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin və onun xanımı, birinci ledi, YUNESKO və İSESKO-nun sülhməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın bu ilin aprel savaşından sonra cəbhə bölgələrinə səfərinin ardınca ordumuza dəstək və Qarabağ uğrunda müqəddəs savaşımıza yazarlar tərəfindən töfhə vermək məqsədi daşıyır. Daha ətraflı »Teqlər: Xəbərlər
-
08NoyXəbərlər 2016-cı il “Multikulturalizm ili”dir üçün şərhlər bağlıdır
TOLERANTLIQ MƏKANI
Heydər Əliyev Mərkəzində 16 noyabr–Ümumdünya Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun professoru, Azərbaycan Resbublikası Prezidenti yanında “Bilik” Fondunun məruzəçisi Mətləb Mahmudov çıxış edib. O bildirib ki, bu gün Azərbaycan bütün dünyada tolerantlıq nümunəsi kimi tanınır. Ölkəmizdə müxtəlif millətlərin, dinlərin, konfessiyaların nümayəndələri eyni hüquqlara malikdirlər. Azərbaycanın multikulturalizm modeli artıq başqa ölkələrdə də öyrənilir.
Milli və dini ayrıseçkilik insanlara yanlız bəla gətirir, müharibələr doğurur.
Tədbirdə Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov çıxış edərək maraqlı mühazirə üçün qonağa minnətdarlığını bildirib.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
08NoyXəbərlər BAYRAQ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır
Rayonumuzun Bayraq meydanında Müdafiə Nazirliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 9 noyabr–Azərbaycan Respublikası Dövlət Bayrağı Günü münasibəti ilə “Bayrağım-varlığım-bəxtiyarlığım” devizi altında möhtəşəm tədbir keçirilib.
Tədbiri polkovnik Abdulla Qurbani açaraq Azərbaycan xalqının və dövlətinin varlığının, istiqlalının və müstəqilliyinin müqəddəs rəmzlərindən olan bayrağımızın tarixi haqqında ətraflı məlumat verib. Bu bayrağın yenidən qaldırılması üçün canlarını fəda etmiş Vətən övladlarının xatirəsi hörmət və ehtiramla yad edilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin sayəsində Naxçıvanda ilk dəfə olaraq Muxtar Respublikanın bayrağı kimi qəbul olunan Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında geniş söhbət açılıb və möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində bu bayrağın tezliklə Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə və işğal alltında olan digər torpaqlarda dalğalanacağına əminlik bildirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov belə bir şərəfli və qürurverici tədbirin Tərtər rayonunda keçirilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə bütün rayon sakinlərinin minnətdarlığını çatdırıb və bu bayrağın etibarlı əllərdə olduğunu söyləyib. Daha ətraflı »Teqlər: Xəbərlər
-
08NoyXəbərlər MƏDƏNİYYƏT İŞÇİLƏRİ REDAKSİYAMIZIN QONAĞI OLDULAR üçün şərhlər bağlıdır
Redaksiyamızda şair–publisist Tofiq Yusiflə mədəniyyət işçilərinin rəsmiyyətdən uzaq, səmimi bir görüşü baş tutdu. Tofiq müəllim keçdiyi ömür yolu, yaradıcılığı barədə məlumat verdi. Rayonumuzda yaşayan və yaradıcılıqla məşğul olan çox istedadlı adamların adlarını çəkdi. Onların rayon əhalisinə tanıdılmasının vacibliyini qeyd etdi. Özünün çox duyğulu bir şeirini oxuyub, hamını kövrəltdi.
MKS-in direktoru Ulduzə Qurbanova bildirdi ki, Tofiq müəllimin həm poeziyası, həm də nəsr əsərləri geniş təbliğ olunmalı, gənc nəslə çatdırılmalıdır.
Bu kitablarda güclü vətənpərvərlik hissi, təbiətə vurğunluq və əlbəttə, hər bir şairin yaradıcılığında olduğu kimi, sevgi var ki, bunları da müasir gənclərimizə aşılamaq vacibdir.
Sevda İskəndərova da Tofiq Yusif yaradıcılığı haqqında səmimiyyətlə danışdı. Bildirdi ki, onların ailəsində Tofiq müəllimi həm şair , həm də insan kimi sevir, onun kitablarını oxuyur, yeni publisist yazılarını səbirsizliklə gözləyirlər.
Beləcə bu gözlənilməz görüş hamının yaddaşında kövrək xatirələrlə qaldı.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
Yeni ismarıclar