Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Avq
    Səhiyyə ÇAĞIRIŞIMIZA TƏLƏSƏNLƏR üçün şərhlər bağlıdır

    Peşəmizdən, çalışdığımız sahədən asılı olmayaraq hər birimizin qarşısında bir məqsəd durur–məsuliyyətli olmaq, xalqa xidmət etmək. Bu, hər bir bəşər övladının müqəddəs vəzifəsidir. Lakin elə insanlar da var ki, onlar bədbəxt hadisələr zamanı, canımızın ağrı-acılı anlarında, qəfləti qəzalarla qarşılaşanda köməkçimizə çevrilərək, hər kəsi düçar olduğu bədbəxtliyin və ya ağrı-acının cəngindən almağa çalışar, həyatda yaşamamıza səbəb olarlar. Bu insanlar “Təcili yardım”ın işçiləridir. Bu sahənin nümayəndələri ümid yerimizə çevrilir, əlac tapmağımıza səbəb olurlar. 

    Çox uzağa getməyək, elə öz rayonumuzda çalışan, çağırışımıza özlərini vaxtında çatdıran “Təcili yardım” şöbəsi ilə bir anlıq tanış olaq .
    Müsahibim “Təcili yardım” şöbəsinin müdiri Gülsarə Camalovadır. Sadəliyi, səmimiliyi ilə fərqlənən həkimlərimizdən biridir. O, təcrübəli bir həkim olmaqla yanaşı ona müraciət edənlərin etimadını qazanıb. Hər bir çağırışda göstərdiyi ilk yardım, həmişə öz müsbət nəticəsini verir. Çalışdığı kollektivdə səmimi bir mühitin yaranmasına nail olub.
    Daha ətraflı »

    Teqlər:

  • 10Avq
    Səhiyyə HƏKİM MƏSLƏHƏTİ üçün şərhlər bağlıdır

    DONDURMA:ONUN XEYİRLİ VƏ ZƏRƏRLİ TƏRƏFLƏRİ

    Dondurma dünyanın ən sevimli desertlərindəndir. Bu desert haqqında çoxlu müxtəlif fikirlər var. Müəyyən olunmuşdur ki, dondurmanı ilk dəfə Avropada hazırlamışlar və bunun xususi sirləri vardır. Bu sirlər pillə-pillə bütün dövlətlərə yayılmış və geniş şəkildə istifadə olunmağa başlamışdır. Get-gedə desertin hazırlanması təkmilləşdirilmiş və daha dadlı olan yağlı dondurmalı “plombir” adı ilə hazırlanmağa başlanmış və hal-hazırda da çox ləzzətlə yeyilir.
    Dondurma isti havaların bir nömrəli qidası hesab olunur. Bu dondurmaların hazırlanması üçün vacib olan süd və süd məhsullarından istifadə olunur. Sərinləmək üçün yeyilən dondurmanın insan sağlamlığında əhəmiyyətli rolu vardır. Belə ki, dondurmanın tərkibində A, D, E və B qrupu vitaminləri, həmçinin maqnezium, fosfor, sodium, dəmir və sink kimi minerallar vardır. Bu minerallar və vitaminlər əsasən uşaqlar üçün çox yararlıdır. Dondurmanın yalnız isti havada deyil, müntəzəm olaraq istifadəsi uşaqlarda bəzi vitaminlərin çatışmazlığını da aradan qaldıra bilər.
    Daha ətraflı »

    Teqlər:

  • 29İyn
    Səhiyyə TİBB İŞÇİLƏRİ GÜNÜ üçün şərhlər bağlıdır

    Tibb İşçilərinin Peşə Bayramı günü münasibəti ilə tədbir keçirildi.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etdilər.
    Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tibb işçilərini peşə bayramları münasibətilə təbrik etdi. Sonra dedi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılır.
    Sonra Mərkəzi Rayon Xəstə-xanasının baş həkimi Yaşar Hüseynov tibb işçilərini bayramları münasibəti ilə təbrik edərək, səhiyyənin keçmişindən və bu günündən danışdı. Daha ətraflı »

    Teqlər:

  • 13İyn
    Səhiyyə 17 iyun Səhiyyə İşçiləri Günüdür üçün şərhlər bağlıdır

    İNSANLARIN SAĞLAMLIĞI HƏYATİ MƏSƏLƏDİR

    İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır. Sağlamlığın keşiyində isə tibb işçiləri durur.
    Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri səhiyyə ilə bağlı idi. Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.
    İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan və insanların sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçisi vardır.
    Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin sərəncamına əsasən hər il 17 iyun ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
    İlk səhiyyə naziri Xudadat bəy Rəfibəyli olub. Yeni təşkil olunmuş Nazirliyin qarşısında o vaxtlar geniş yayılmış vəba, taun, qızılca, vərəm, malyariya kimi keçici xəstəliklərlə mübarizə aparmaq, xəstəxanalar və feldşer məntəqələri açmaq, ixtisaslı həkimlər və tibb bacıları hazırlamaq kimi vəzifələr dururdu. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Səhiyyə Xatirələrdə daim yaşayanlar üçün şərhlər bağlıdır

    KAŞ BİR AZ DA ÖMÜR EDƏYDİ!…

    Hərdən düşünürəm, elə bir ixtiyar sahibi olaydım ki, el-obaya gərəkli, xalq üçün lazımlı insanları ölümün cəngindən ala biləydim, ömürlərinə ömür calayaydım. Lakin düşüncəm elə düşüncə olaraq qalır. Ona nə cəsarətim, nə gücüm çatır. Bu, yalnız Ulu Tanrıya məxsusdur.
    Belə bir kövrək notda köklənməyimin bir səbəbi var: təkcə ailəsi üçün deyil, xalq üçün gərəkli bir insanın itkisidir. Tanıdığım, həyatda yoxluğuna təəssüfləndiyim, Tərtərimiz və onun sakinləri üçün gərəkli olan bir həkimin–pediatr Zahid Kərimovun həyatdan gedişi hamı kimi məni də məyus etdi…
    Zahid həkim kimiydi? Yaxşı bilirəm ki, o, uzun müddət rayon uşaq xəstəxanasında həkim və baş həkim işləmişdi. Savadlı, qayğıkeş, hər bir xəstə uşağa həssaslıqla yanaşan pediatr idi. Hələ heç zaman eşitməmişdim ki, Zahid həkimdən narazılıq edən olsun. Hətta bu insan ölümün pəncəsində çırpınan bəzi uşaqlara öz qanından köçürdərək, həyata qaytarıb. Azyaşlı uşağı xəstələnən valideynlər həmişə Zahid həkimi axtarmış, ondan məsləhət almışlar. Bir sözlə, xalqın arxalandığı, güvəndiyi bir insana, həkimə çevrilmişdi Zahid Kərimov. Daha ətraflı »

    Teqlər:

  • 19Apr
    Səhiyyə ƏHALİ TİBBİ MÜAYİNƏDƏN KEÇİRİLİR üçün şərhlər bağlıdır

    Rayonumuzda bu il də tibbi müayinə mütəşəkkil qaydada keçirilir. Müayinəyə gələ bilməyən yaşlı, qoca, xəstə insanların tibbi baxışdan keçirilməsi üçün rayon üzrə 9 həkim briqadası ayrılıb.
    Aprelin 14-dək 41 min 683 nəfər rayon sakini həkimlərə müraciət etmiş, 137 nəfərdə xəstəlik ilkin olaraq aşkarlanmış, bir nəfər müalicə üçün Bakı şəhərinə göndərilmişdir.
    Bundan əlavə, tibbi müayinədən sonra 2871 nəfər ambulator müalicə almış, 53 nəfər isə yerli stasionarda müalicəyə cəlb olunmuşdur.
    Rayon ərazisində məskunlaşan qaçqın və məcburi köçkün soydaşlarımız da bu aksiyada diqqətdən kənarda qalmırlar.

    Mirzə NƏSİR

    Teqlər:

  • 29Mar
    Səhiyyə 7 APREL ÜMUMDÜNYA SAĞLAMLIQ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası, Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir.
    1950-ci ildən başlayaraq Ümumdünya Sağlamlıq Günü hər il aprelin 7-də müxtəlif mövzular üzrə qeyd edilir. Bu günün mövzusu Dünya Səhiyyə Təşkilatı (DST) üçün qarşıya qoyulan Beynəlxalq əhəmiyyətli məsələ kimi qiymətləndirilir.
    Ümumdünya Sağlamlıq Günü diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. DST-nın Avropa Bürosu xüsusi tədbirlər keçirir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında müzakirələr aparılmasına şərait yaradır. Daha ətraflı »

    Teqlər:

  • 14Mar
    Səhiyyə BÖYÜK VƏTƏN MÜHARİBƏSİ VETERANLARI TİBBİ MÜAYİNƏDƏN KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Rayonumuzda Böyük Vətən müharibəsi veteranları daim diqqətdə saxlanılır.
    Tərtər Rayon İcra Hakimiyyətinin, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları rayon təşkilatının nümayəndələri Böyük Vətən müharibəsi iştirakçılarının evlərinə gedərək onların problemləri ilə maraqlanıblar.
    Tərtər Rayon Mərkəzi Xəstəxanasının nevropatoloq, okulist, terapevt, otorinolorinqoloq və digər ixtisaslı həkimlərdən ibarət xüsusi briqadası tərəfindən müharibə veteranları tibbi müayinədən keçirilib və lazımi dərman preparatları ilə təmin edilib. Veteranlar göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Səhiyyə BAYRAM GÜNLƏRİ İNSANLARIN SAĞLAMLIĞI KEŞİYİNDƏ DURANLAR üçün şərhlər bağlıdır

    DSC_6952 (Копировать)DSC_6957 (Копировать)Yeni il insanların həmişə səbirsizliklə gözlədiyi ən əziz bayramlardan biridir. Bu bayram məişətimizə elə daxil olub ki, hələ gəlməsinə xeyli qalmış onu təmtəraqla qarşılamağa hazırlaşan insanlar Yeni il yolkası qurur, budaqlarından müxtəlif çılçıraqlar asır, uşaqlar Şaxta Baba və Qar Qızın yolunu gözləyirlər. Yeni il gecəsi hamı süfrə başına toplaşır, bayram təamlarından yeyir, deyir-gülür, danışır, şənlik edir.
    Elə insanlar da var ki, onlar Yeni il gecəsində iş başında olur, növbə çəkir, əhalinin sağlamlığı keşiyində dururlar. Həkimlər kimi.
    Rayon mərkəzi xəstəxanasında baş həkimin müavini Sevda Əliyeva bildirdi ki, bizim tibb personalımız bir qayda olaraq bayram günlərində–xüsusən də yeni ildə gecə-gündüz növbə çəkir, insanların sağlamlığı keşiyində dayanırlar. Cərrahiyyə, terapiya, doğum evi, ağ ciyər xəsləlikləri şöbəsi, yoluxucu xəstəliklər, təcili yardım və qəbul şöbəsi üzrə hər biri 5 nəfər olmaqla gücləndirilmiş iş rejimində işləyirlər. Biz bu siyahını yeni ilə bir neçə gün qalmış tərtib edib, həkim və tibb işçilərini məlumatlandırırıq. Daha ətraflı »

    Teqlər:

  • 11Dek
    Səhiyyə İXTİSASLI HƏKİMLƏRDƏN İBARƏT SƏYYAR BRİQADA TƏRTƏRDƏ OLUB üçün şərhlər bağlıdır

    DSC_6842 (Копировать)Cəbhə bölgəsində yaşayan əhalinin tibbi müayinəsi üçün ixtisaslı həkimlərdən ibarət səyyar briqada Tərtərə səfər edib. Mərkəzi Rayon Xəstəxanasında keçirilən humanitar aksiyada Azərbaycan Tibb Universitetinin əməkdaşları professor Nuru Bayramov, dosent Cəfər Nəsirli, tibb üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, Mərkəzi Klinikanın uroloq həkimi, tibb üzrə fəlsəfə doktoru Elbəyi Daşdəmirov, Mərkəzi Gömrük Hospitalının həkimi, mama-ginekoloq Təranə Bayramova rayon sakinlərinə tibbi xidmət göstəriblər. Tərtər Mərkəzi Rayon Xəstəxanasında tibbi yoxlamanın keçirilməsi üçün zəruri şərait yaradılıb. Ultrasəs və digər diaqnostikadan sonra ehtiyacı olanlara müalicə kursu təyin edilib. Cərrah, uroloq, ultrasəs mütəxəssisi və mama-ginekoloq həkimlər belə səfərlərdə həvəslə iştirak etdiklərini bildiriblər. Briqada üzvləri bu aksiyanın cəbhə bölgəsində yaşayanlara mənəvi dəstək olduğunu və cəbhəyanı bölgələrə səfərlərinin mütəmadi davam etdiriləcəyini də qeyd ediblər. Aksiyadan 100-ə yaxın rayon sakini yararlanıb.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalini müayinədən keçirən tibb personalına və onların çalışdığı müəssisələrin rəhbərliklərinə cəbhə bölgəsində yaşayan tərtərlilər adından minnətdarlığını bildirib.

    Teqlər: