1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası, Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir.
1950-ci ildən başlayaraq Ümumdünya Sağlamlıq Günü hər il aprelin 7-də müxtəlif mövzular üzrə qeyd edilir. Bu günün mövzusu Dünya Səhiyyə Təşkilatı (DST) üçün qarşıya qoyulan Beynəlxalq əhəmiyyətli məsələ kimi qiymətləndirilir.
Ümumdünya Sağlamlıq Günü diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. DST-nın Avropa Bürosu xüsusi tədbirlər keçirir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında müzakirələr aparılmasına şərait yaradır.
Azərbaycan ilə DST arasında əməkdaşlıq uğurla inkişaf edir və bu da səhiyyə sahəsində keçirilən islahatlar baxımından əhəmiyyətlidir. DST-nın Avropa Regional komitəsinin sessiyasının 2011-ci ildə ölkəmizdə keçirilməsi bunu təsdiq edir. Bundan əlavə, ölkəmizdə əhalinin sağlamlığının təmin olunması və səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində konkret tədbirlər görülür.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2011-ci ildə, Ümumdünya Sağlamlıq gününü “Mikrob əleyhinə dərmanlara qarşı müqavimət, bu gün tədbir görülməsə sabah müalicə mümkün olmayacaq” devizi altında keçirmişdir.
Nəzərinizə catdırmaq istəyirəm ki, ÜST hər il 7 oktyabrda dünyada bəşəriyyət üçün təhlükə ola biləcək mövzuları aktuallaşdırır.
2015-ci ilin mövzusu isə qida və ərzaq məhsullarının təhlükəsizliyi ilə əlaqədar olmuşdur.
ÜST-nin məlumatına görə hər gün minlərlə insan qarşısı alına bilinməyən qida mənşəli xəstəliklərdən dünyasını dəyişir. Qida məhsullarından düzgün istifadə qida mənşəli xəstəliklərin profilaktikasının əsas elementidir. Qida məhsulları hazırlanma prosesinin istənilən mərhələsində təhlükəli mikroorqanizmlərlə çirklənə bilər. Bu xəstəliklərin qarşısını sadə gigiyena qaydalarına riayət etməklə almaq olar.
Son 10 ildə səhiyyəyə ayrılan büdcə vəsaiti respublikamızda 10 dəfədən çox artıb. Bu müddət ərzində əksəriyyəti respublikanın regionlarında yerləşən 500-dən çox tibb müəssisəsi inşa edilib və əsaslı təmir olunub.
Bu tibb müəssisələri arasında Tərtər rayon mərkəzi xəstəxanası da var. Xəstəxanamız müasir tibb avadanlığı və texnika ilə təmin olunub. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun köməyi və qayğısının nümunəsi olaraq Tərtər MRX-nın tibb kollektivi işini günün tələbləri səviyyəsində qurmağa çalışır.
Bu günlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığı ilə keçirilən pulsuz tibbi müayinələr aksiyası xəstəxanamızda uğurla davam edir.
Nadir Rəhimli,
Tərtər MRX-nın terapevt həkimi