Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır.
Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhəri, Göy-çay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Daha ətraflı »
-
29MarDigər ERMƏNİ XİSLƏTİNİN TƏZAHÜRLƏRİ üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
29MarDigər BİLAL BAXŞALI OĞLU MAHMUDOV üçün şərhlər bağlıdır
Bilal Baxşalı oğlu Mahmudov ömrünün 89-cu ilində vəfat edib.
O, 5 may 1929-cu il tarixdə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. 1947-ci ildə Evoğlu kənd orta məktəbini, 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsini bitirib.
1958-ci ilə qədər təhsil sistemində müxtəlif vəzifələrdə çalışıb. 1958-1959-cu illərdə Mirbəşir (Tərtər) Rayon Komsomol Komitəsinin birinci katibi, 1960-1962-ci illərdə rayon partiya komitəsində təşkilat şöbəsinin müdiri və raykomun ikinci katibi, 1963-1969-cu illərdə Bərdə və Mirbəşir rayonlarında Nəzarət Komitəsinin sədri, 1970-1973-cü illərdə Mirbəşir Rayon Partiya Komitəsinin üçüncü katibi vəzifələrində fəaliyyət göstərib. 1974-1978-ci illərdə Balakən rayon, 1979-1983-cü illərdə Kürdəmir partiya komitələrinin birinci katibi olub. 1984-1995-ci illərdə Tərtər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib. 1996-cı ilin fevral ayından respublika əhəmiyyətli fərdi pensiyaya çıxıb. Daha ətraflı »Teqlər: Digər
-
14MarDigər NOVRUZ BAYRAMINIZ MÜBARƏK! üçün şərhlər bağlıdır
Sizi əziz Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və uğurlar arzulayıram. Novruz bayramı mənşəyini uzaq keçmişimizin ən dərin qatlarından alıb Azərbaycan xalqının mənəviyyat aləminin zənginliyini günümüzədək layiqincə yaşadır. Tanrının misilsiz hikmətlə yaratdığı təbiətə sonsuz sevgi və yüksək ehtiramın parlaq təzahürü olan bu bayramda ulu babalarımızın minilliklərin sınağından çıxmış həyat fəlsəfəsi dolğun təcəssümünü tapıb.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının PrezidentiTeqlər: Digər
-
14MarDigər 98 İLDƏ KEÇİLƏN YOL üçün şərhlər bağlıdır
Bu günlərdə Qızıl Aypara cəmiyyəti yaranmasının 98-ci ildönümü münasibəti ilə tədbir keçirildi.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül-çiçək dəstələri qoydular.
Sonra tədbir Qızıl Aypara Cəmiyyəti Tərtər Rayon bölgəsində davam etdirildi. Mərasimi giriş sözü ilə açan bölmənin sədri Etibar Heydərov geniş məruzə ilə çıxış etdi və görülən işlərdən danışdı. Bildirdi ki, hazırda QAC Tərtər bölməsinin 35 nəfər üzvü var. Burada cəmiyyətin hər bir üzvü üzərinə düşən işin öhdəsindən gəlməyə çalışır.
Yığıncağa Etibar Heydərov yekun vurdu.Teqlər: Digər
-
14MarDigər 11 APREL 2018-ci İLDƏ KEÇİRİLƏCƏK PREZİDENT SEÇKİLƏRİNDƏ SEÇİCİLƏRLƏ GÖRÜŞLƏRİN KEÇİRİLMƏSİ VƏ SEÇKİQABAĞI TƏŞVİQAT İŞLƏRİNİN APARILMASI İLƏ BAĞLI RAYONUN YAŞAYIŞ MƏNTƏQƏLƏRİNDƏ MÜƏYYƏNLƏŞDİRİLMİŞ AÇIQ VƏ QAPALI YERLƏRİN SİYAHISI üçün şərhlər bağlıdır
95 saylı Tərtər Seçki Dairəsi üzrə:
Tərtər şəhəri
Qapalı şərait üçün Mədəniyyət mərkəzi
Açıq şərait üçün Tərtər şəhər stadionu
Təşviqat üçün Seçki məntəqələri ərazisində
quraşdırılmış lövhələr
Azad Qaraqoyunlu kənd İƏD-nin Azad Qaraqoyunlu kəndi
Qapalı şərait üçün Müvafiq yer yoxdur
Açıq şərait üçün Poçt binasının qarşısındakı meydan
Təşviqat üçün Seçki məntəqəsi ərazisində
quraşdırılmış lövhə
Azad Qaraqoyunlu kənd İƏD-nin İlxıçılar kəndi
Qapalı şərait üçün Müvafiq yer yoxdur
Açıq şərait üçün Kəndin mərkəzindəki meydan
Təşviqat üçün Seçki məntəqəsi ərazisində
quraşdırılmış lövhə Daha ətraflı »Teqlər: Digər
-
07MarDigər 8 MART BEYNƏLXALQ QADINLAR BAYRAMIDIR üçün şərhlər bağlıdır
Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir.
Heydər Əliyev,
Ümummilli LiderQədim zamanlardan bəri vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüz illər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatı-mızda mövqeyini və simasını müəyyən edir.
İlham Əliyev,
Azərbaycan Respublikasının PrezidentiTeqlər: Digər
-
07MarDigər SİYASİ XADİM, ŞƏFQƏTLİ VƏ XEYİRXAH İNSAN üçün şərhlər bağlıdır
Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin edildi. Bu baxımdan Azərbaycan üçün yeni təcrübə olduğuna görə vitse-prezidentlik institutunun yaradılması ötən il ölkəmizdə siyasi yenilik kimi tarixə düşdü.
Mehriban Əliyeva 1964-cü il avqustun 26-da Bakıda ziyalı ailəsində anadan olub. O zaman heç kəsin ağlına da gəlməzdi ki, vaxt gələcək Mehriban xanım ən nüfuzlu siyasətçi qadınlardan biri olacaq. 1988-ci ildə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.
Zahirən kövrək bir qadın olan Mehriban Əliyeva bütün həyatını ictimai fəaliyyətə və insanlara kömək işinə həsr edib. O, dörd ildən artıq müddətdə Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib, sonra, 1995-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” adlı xeyriyyə fondunu yaradıb və ona rəhbərlik edib, “Naslediye-İrs” adlı mədəni-tarixi jurnal təsis edib və bu nəşrin redaktoru olub.
2004-cü ildə Heydər Əliyev Fondu yaradılan vaxtdan Mehriban Əliyeva bu Fondun prezidentidir. Mehriban Əliyevanın siyasi karyerası və ictimai fəaliyyəti dövründə onun dəstəyi ilə yüzlərlə məktəb və xəstəxana tikilib. O, ehtiyacı olanlara həmişə kömək əlini uzadır. Daha ətraflı »Teqlər: Digər
-
07MarDigər TƏRTƏRLİ QADINLAR DÖVLƏTƏ SƏDAQƏT RƏMZİDİRLƏR üçün şərhlər bağlıdır
8 Mart bayramının tarixi 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsindən başlanır.
1908-ci il martın 8-də isə Nyu-York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın daha qısa iş günü, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ uğrunda nümayiş keçirib. Nümayişdə ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha yaxşı həyat tərzini ifadə edirdi.
İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu-Yorkda baş tutmuşdur.
1910-cu ildə isə Klara Setkin adlı alman qadının təklifi ilə qadın mübarizəsinin genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il 8 Mart gününü bütün dünyada Qadınlar Günü kimi qeyd etmək qərara alınmışdır. Daha ətraflı »Teqlər: Digər
-
07MarDigər RESPUBLİKA MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ üçün şərhlər bağlıdır
BİZ O GÜNÜ GÖRƏCƏYİK
Qarabağ savaşında neçə-neçə şəhid verdik. Çox sayda vətən oğulları döyüşlərdə sağlamlığını itirdi. Döyüşlərin birində mən də ağır yaralanıb huşumu itirdim. Xəstəxanada ayılanda hiss etdim ki, ayağım kəsilib. Qolumdan və sinəmdən də ağır yaralar almışdım. Sağ qalmağım Allahın möcüzəsi idi.
O vaxtdan uzun illər keçsə də, məni döyüş bölgəsindən çıxarıb xəstəxanaya çatdıran əsgər dostlarımın fədakarlığını, həkimlərin qayğıkeşliyini minnətdarlıqla xatırlayıram.
Dövlət tərəfindən vətənimizə xidmət göstərən, lazım gələndə bu yolda canından keçənlər, sağlamlıqlarını itirənlər heç vaxt unudulmur, yaddan çıxmır. Onların sırasında mən də varam.
Məhz belə qayğı sayəsində İran İslam Respublikasında dövlət vəsaiti hesabına müalicə olunmuş, xaricdə istehsal edilmiş protezlə təmin edilmişəm. İldə iki dəfə tibbi müayinədən pulsuz keçirəm. Mənə təmənnasız minik avtomobili verilib. Ailəm dövlət hesabına geniş və rahat mənzillə təmin olunub. Aldığım təqaüd zəruri ehtiyaclarımızı ödəyir. “Vətən naminə” və “Vətənpərvərlik işində xidmətinə görə” medalları ilə təltif olunmuşam. Daha ətraflı »Teqlər: Digər
-
07MarDigər XOCALI SOYQIRIMINDAN 26 İL KEÇİR üçün şərhlər bağlıdır
O GECƏ DƏHŞƏT YAŞADI XOCALI
26 fevral 1992-ci il. Quşbaşı qar yağan sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqların doğmalarının meyid-ləri arasında caş-baş halda vurnuxmalarını, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin gözlərini həyata əbədilik yummuş ananın buz kimi soyuq döşlərini əmməsini göz önünə gətirin… Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar