Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Mar

    Bilal Baxşalı oğlu Mahmudov ömrünün 89-cu ilində vəfat edib.
    O, 5 may 1929-cu il tarixdə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. 1947-ci ildə Evoğlu kənd orta məktəbini, 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsini bitirib.
    1958-ci ilə qədər təhsil sistemində müxtəlif vəzifələrdə çalışıb. 1958-1959-cu illərdə Mirbəşir (Tərtər) Rayon Komsomol Komitəsinin birinci katibi, 1960-1962-ci illərdə rayon partiya komitəsində təşkilat şöbəsinin müdiri və raykomun ikinci katibi, 1963-1969-cu illərdə Bərdə və Mirbəşir rayonlarında Nəzarət Komitəsinin sədri, 1970-1973-cü illərdə Mirbəşir Rayon Partiya Komitəsinin üçüncü katibi vəzifələrində fəaliyyət göstərib. 1974-1978-ci illərdə Balakən rayon, 1979-1983-cü illərdə Kürdəmir partiya komitələrinin birinci katibi olub. 1984-1995-ci illərdə Tərtər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib. 1996-cı ilin fevral ayından respublika əhəmiyyətli fərdi pensiyaya çıxıb.
    1975-1985-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib. Həmin illərdə Azərbaycan Kom-munist Partiyasının Mərkəzi Təftiş Komissiyasının üzvü, Mərkəzi Komitənin üzv namizədi olub.
    Dövlət qarşısında xidmətlərinə görə iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, bir dəfə “Şərəf Nişanı” ordeni ilə və müxtəlif medallarla təltif olunub, fəxri fərmanlar alıb.
    Bilal Mahmudov hansı vəzifələrdə işləməsindən asılı olmayaraq həmişə dərin məsuliyyət hissi ilə çalışıb, özünü nümunəvi və savadlı bir kadr kimi göstərib.
    O, rəhbər vəzifələrə Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə irəli çəkilib.
    Keçdiyi həyat yolunu özündə əks etdirən “Ömür karvanının ləpirləri” adlı kitabı dərc olunub.
    Bilal Mahmudovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

    Allah rəhmət eləsin!
    Müstəqim Məmmədov, Ramiz Şabanov, Zülfüqar Abdullayev, Svetlana Əzizova, Tofiq Yusif, Əli Əliyev, Maarif İbrahimov, Novruz Bayramov, Cəfər Baxşəliyev, Həmid İbrahimov

    Müəllif: Redaktor, 10:17

    Teqlər:

İsmarıclar bağlıdır.