Cari ilin 9 ayında rayonda heyvandarlıq məhsullarının istehsalı haqqında rayon statistika idarəsinin məlumatında göstərilir ki, süd istehsalı (fiziki çəkidə sentnerlə) 153.010 sentner olmuşdur. Bunun 390 sentneri kənd təsərrufatı müəssisələrinin, 152.620 sentneri isə ailə-kəndli və ev təsərrüfatlarının payına düşür.
İstehsal olunan südün 151.706 sentneri inək, 111 sentneri camış, 1173 sentneri qoyun, 20 sentneri keçi südü olmuşdur.
Həmçinin ilin 9 ayında yumurta istehsalı ( min ədəd) 7670 ədəd olmuşdur ki, bunun da hamısı ailə-kəndli və ev təsərrüfatlarının payına düşür.
Yun istehsalı (fiziki çəkidə, sentnerlə) 1246 sentner olmuşdur. Bunun 41 sentneri kənd təsərrüfatı müəssisələrinin, 1205 sentneri isə yenə də ailə-kəndli və ev təsərrüfatlarının payına düşür.
30 oktyabr 2016- cı il tarixə iribuynuzlu mal-qaranın baş sayı 26.665 baş olmuşdur. O cümlədən ana inək və camışlar 11918 baş, qoyun və keçilərin sayı isə 73105 baş olmuşdur. 2015-ci ilə nisbətən 2016-cı ildə süd istehsalı 13,6 % , yumurta istehsalı 0,4%, yun istehsalı 0,5% artmışdır. İribuynuzlu mal-qaranın sayı 1,2%, ana inək və camışların sayı 0,7%, qoyun və keçilərin sayı isə 0,8% çoxalmışdır.
“Yeni Tərtər”


Son zamanlar respublikamızda şəkər çuğunduru əkini, onun becərilməsi və şəkər istehsalı aktual məsələyə çevrilib. Buna görə də respublikamızın əksər bölgələrində olduğu kimi rayonumuzda da şəkər çuğunduru sahələri ilbəil genişləndirilir. Müqayisə üçün qeyd edək ki, ötən il rayonumzun təsərrüfatlarında 724 hektar sahədə çuğundur əkilmişdisə, bu il həmin sahələr artırılaraq 1187 hektara çatdırılmışdır.
Son illər ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Rayon baytarlıq idarəsinin rəisi Məhərrəm Əliyevin dediyinə görə, bu məqsədlə müxtəlif üsullardan – aqrolizinq yolu ilə sahibkarlara cins mal satılmasından, süni mayalanma və hibridləşmədən istifadə olunur. Son üç ildə rayonumuza 344 baş südlük istiqamətli cins mal gətirilmiş, bunun 266 başı Bəyimsarovda Habil İbrahimovun iri fermer təsərüfatına verilmişdir. İlk vaxtlar cins inəklərin yerli şəraitə uyğunlaşmasında bəzi çətinliklər olsa da, artıq bunlar arxada qalıb. İndi ana inəklərlə yanaşı onlardan alınan balalar da yüksək süd məhsuldarlığı ilə seçilir. Həm də xaricdən gətirilən mallardan fərqli olaraq yerli şəraitdə dünyaya gələn buzovlar daha dözümlüdür. Elə bu səbəbdən də hazırda rayonda süd istehsalının böyük hissəsi cinc malların hesabına yerinə yetirilir. Heyvandarlıqda daha yüksək nəticələr əldə etməyin ikinci yolu isə süni mayalanmadır. Məhərrəm müəllim bildirdi ki, cari ilin 9 ayında rayonda 286 baş inək və düyə süni mayalanıb.
Rayon statistika idarəsinin məlumatına əsasən, bu il rayonumuzun təsərrüfatlarında 1.035,1 hektar sahəyə yüksək məhsuldar çiyid səpilib. Səpindən sonra becərmə, suvarma işləri aqrotexniki qaydalar əsasında aparıldığından, sahələrdə bol “ağ qızıl” hasilə gəlib. Artıq bir neçə gündür ki, pambıq tarlalarında məhsul toplanışına başlanıb. Bir sıra təsərrüfatlarda fermer və ailə-fermer təsərrüfatlarının üzvləri pambıq toplanışında yaxşı işləri ilə fərqlənirlər.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə mən rayonumuzda o zamankı Nəriman Nərimanov adına kolxozun sədri işləyirdim. İşinin çoxluğuna baxmayaraq, bu dahi şəxsiyyətin respublikada pambıqçılığın inkişafına nə dərəcədə önəm verdiyinin canlı şahidiyəm. Heydər Əliyev tez-tez rayonlara, o cümlədən bizim Tərtərə (o zamankı Mirbəşirə) səfərlər edər, “ağ qızıl” ustaları ilə tarlalarda görüşər, onların istək və arzularını öyrənib yerinə yetirərdi. Elə həmin illərdə bizim Seydimli kəndindən 4 nəfər–Qiymət Cəfərova, Rəşid Cəfərov, Sədr və Qəzənfər İsayevlər SSRİ-nin ən yüksək mükafatına–Lenin ordeninə layiq görülmüşdür. Onlardan 3-ü həmin mükafatı pambıqçılıq sahəsindəki nailiyyətlərinə görə almışdır. Mən özüm isə “Əməkdə igidliyə görə” medalı ilə təltif olundum. Qiymət Cəfərovanın Lenin ordenini və mənim medalımı Ümummilli Liderimiz 1981-ci ildə Bakıda keçirilən təntənəli tədbirdə öz əlləri ilə sinəmizə taxdı.
“Bir daha demək istəyirəm ki, 2016-cı il pambıqçılığın inkişafı üçün həlledici il olacaq. Bu, bir başlanğıcdır və əminəm ki, bundan sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq. Dediyim kimi bunun, həm insanlara, həm də dövlətə böyük xeyri olacaq.”
Cari pambıq mövsümündə bizim məntəqənin kollektivinin də üzü gülür. Ona görə ki, pambıqçılıq sahəsində uzun illər hökm sürən durğunluq tədricən aradan qaldırılır. Xüsusən Azərbaycan Prezidenti İlham Əlıyevin Sabirabad rayonunda keçirdiyi müşavirədən sonra Tərtər pambıqçılarının da məsuliyyəti birə-beş artıb. Bütün qüvvələr məhsulun tarlalardan vaxtında yığılmasına yönəldilib.
Pambıqçılıq respublikamızın əsas sərvətlərindəndir. Xalqımızın şərəfidir, şöhrətidir.
Yeni ismarıclar