22Avq
Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ölkə Ofisi Tərtər Rayon İcra Hakimiyyəti və Tibbi Ərazi Bölmələri İdarəetmə (TƏBİB) ilə birgə Tərtər rayonunda yaşayan əhali arasında maarifləndirmə kampaniyaları təşkil edib.
Bildiyimiz kimi, Tərtər rayonu müharibə zonasına çox yaxın bir ərazidə yerləşirdi. Buna görə də həm Aprel döyüşlərində, həm də 44 günlük Vətən müharibəsi dövründə əhalinin psixologiyası zərər çəkmişdir. Bu müharibələrdən insanların aldığı travmalar bəs etməzmiş kimi, COVİD-19 virusunun da ölkəmizdə yayılması Tərtər camaatının psixologiyasına mənfi təsir göstərmişdir. Məhz bu problemlərə görə Tərtər rayonunda psixi sağlamlıq barədə təlim və maarifləndirmə kampaniyaları təskil edilmişdir.
Kampaniyanın məqsədi əhalinin psixi sağlamlıq və psixososial dəstək ehtiyaclarını öyrənmək, habelə münaqişələrin bitməsindən sonra belə şəxslərin və icmaların psixi sağlamlığını və rifahını artırmaq idi. Eyni zamanda TƏBİB psixoloqları tərəfindən gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və s.), həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş, habelə sağlamlıq məhdudiyyəti olan uşaqların valideynlərinin təməl psixoloji bilik və bacarıqlarının inkişaf etdirilməsi mövzularında maarifləndirici söhbətlər aparılmışdır.
Həmçinin stress, depressiya, təşviş və post-travmatik stress pozuntusu kimi psixi problemləri olan şəxslər üçün psixoloqlarla ödənişsiz görüşlər təşkil edilmişdir.
“Yeni Tərtər”
22Avq
TARİXİN ƏN ACINACAQLI SƏHİFƏSİ
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı fərmanına uyğun olaraq 1947-1950-ci illərdə Ermənistan SSR-in Azərbaycan əhalisinin köçürülməsi prosesinə başlanılmış, 100 mindən artıq azərbaycanlı öz ata-baba yurdundan kütləvi surətdə köçürülmüşdür.
Bu köçürülmədə bizim ailənin üzvləri – atam Mehdiyev Musa Teymur oğlu, anam Mehdiyeva Simuzər Yusif qızı, atamın anası (nənəm 1898-ci il təvəllüdlü) Mehdiyeva Şarabanı və əmim Mehdiyev Cəlil Teymur oğlu, 1947-ci il təvəllüdlü qardaşım Mehdiyev Teymur Musa oğlu və mən – 1949-cu il təvəllüdlü Mehdiyev Həmid Musa oğlu da olub. Bizə köçürülmə barədə sənəd verərək məcburi köçürülmüşük. Qoca nənəm Şarabanı deyirdi ki, bizi tez-tələsik yük vaqonlarına doldurdular və dedilər ki, Azərbaycana gedirsiniz. Biz ağır, çətin şəraitdə vaqonlarda əziyyət çəkmişik. Çoxları yolda, vaqonda bu çətinliyə tab gətirməyərək ölürdülər, heç sahib çıxan da olmurdu. Bu çətinliklə Azərbaycana gəlmişik. Bizlərə Kür-Araz ovalıqlarında yaşamağı təklif edirdilər. Əhali bu yerlərə uyğunlaşmadığından, özləri istədikləri yerləri seçiblər. Biz də Mirbəşir rayonunun (indiki Tərtər) Buzluq deyilən Cəmilli kəndi ilə Kolanı kəndinin aralığında yolqırağı bir yerdə məskunlaşmışıq. Sonra oradan Ağkəndə köçmüşük. Orada da çətin bir həyat yaşamaqla atamın işlədiyi Xoruzlu kəndinə köçmüşük. O vaxt mənim 2-3 yaşım var idi. Daha ətraflı »
22Avq
LAÇINSIZ GÜNLƏR BAŞA ÇATIR
Laçınsız yaşadığımız günlər başa çatır. Tezliklə doğma yurdumuza qayıdacağıq. Bu barədə düşünəndə, 30 ildən artıq bir müddətdə keçirdiyimiz əzab-əziyyətlər yadımdan çıxır. Uşaq kimi sevinirəm.
Ancaq bircə ona pis oluram ki, anam bu günü görmədi. Qaçqın-köçkün həyatı yaşadığımız zaman bircə gün olmazdı ki, o, Laçın şəhərindəki evimizi yada salmasın. Sonralar dövlətimiz tərəfindən bizə Şıxarxdakı qaşqın qəsəbəsində rahat mənzil verilsə də, anam bu rahat otaqlarda da özünə yer tapmırdı. Axı, doğma ocaq hər şeydən şirin olur. Elə belə Laçın həsrətilə dünyasını dəyişdi anam.
Qəddar düşmən bizi yalnız ev-eşiyimizdən didərgin salmadı, bir-birinin ardınca ailəmizə dözülməz yaralar vurdu. Amma onu da qeyd edim ki, ən ağır günlərimizdə biz tək qalmamışıq. Dövlətimiz, möhtərəm Prezidentimiz, xeyirxah əməllərilə xalqın böyük sevgisini qazanan Mehriban xanım Əliyeva daim bizə dəstək olublar, ruhdan düşməyə qoymayıblar.
Belə ki, ürəyimdə ağır problemlər vardı. Həyat yoldaşım Kəmalə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məktubla müraciət etmişdi. 2019-cu ilin mart ayının 16-da müraciət etdik, 2019-cu il iyulun 8-də artıq Heydər Əliyev Fondu hesabına çox ağır ürək əməliyyatım baş tutdu və məni yenidən həyata qaytardılar. Buna görə mən Mehriban xanıma və bu işdə zəhməti olan hər kəsə ailəmiz adından təşəkkür edirəm. Daha ətraflı »
22Avq
Digər laçınlılar kimi, Qarıkaha kəndinin sakini Paşa Rəhimov da Laçın gününün təsis edilməsini qürur hissi ilə qarşılayıb. O deyir:
– Həyatda bizə heç nə Laçının işğalı günü kimi ağır təsir etməmişdi. İndi çox şükür ki, işğal yox, qələbə tarixini qeyd edirik. Sağolsun cənab Prezident, Allah bu yolda canından keçən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Düşmənlər evimi yandırmışdılar. Dövlətimizin qayğısı sayəsində onu yenidən tikiblər. Allah mənə bu yaşımda dağlarımıza qayıtmağı qismət elədi. Həyatımın ən böyük arzusu yerinə yetdi.
Laçına oğlanlarımın birinin ailəsi ilə qayıdacağam. İnanıram ki gənclərimiz, cavanlar dövlətimizin qayğısı ilə o yerləri yenidən cənnətə döndərəcəklər
“YENİ TƏRTƏR”
22Avq
Laçın rayonunun Şamkənd Sovetliyinin Nardalı kəndinin sakini Arif İbadovla söhbət edirəm. Doğma kəndi, onun insanları haqqında elə məhəbbətlə danışır ki, onunla birlikdə mənim də gözlərim önündə o yerlərin gözəlliyi canlanır, sanki o bulaqların suyunun sərinliyini hiss edirəm. Ən əsası isə, yurdunu ürəkdən sevən, sona qədər onun keşiyində daya-nan, lakin sonda özündən asılı olmayan səbəblərə görə kəndi tərk etmək məcburiyyətində qalan və 30 ildən artıq bir müddətdə bu ağrını ürəyində daşıyan bir insanı görürəm qarşımda.
Bu gün isə o çox sevinclidir.
Arif İbadovun söhbətindən:
–1970-ci ildə dünyanın ən gözəl guşəsi saydığım Nardalıda doğulmuşam. Ailədə 6 uşaq idik, 3 qardaş, 3 bacı. Atam Əhliyyat kəndimizin qarajında mexanik işləyirdi, anam Gülsəba isə evdar qadın idi. Hər ikisi zəhmətkeşiydi, bizə heç nədən korluq verməzdilər. Odur ki, dolu ev-eşiyimizi, rahat dolanışığımızı qoyub kənddən çıxanda, çox əziyyətlərlə üzləşdik.
Laçınlı qonağımız onu da söylədi ki, rayonun işğalı onun həyatının gənclik illərinə təsadüf etdiyi üçün, bu dövr xüsusilə ağrılı oldu. Axı, Sovet Ordusu sıralarında hərbi xidmətini başa vurub qayıtdıqdan sonra məlum oldu ki, onun ailəsinin, doğmalarının, bütün azərbaycanlıların dincliyini pozan, qırğınları törədənlər ermənilərə havadarlıq edən elə bu ordunun əsgərləridir. Arif əlinə silah alıb könüllü kimi kəndini qorudu. Daha ətraflı »
22Avq
Jurnalistika elə bir sahədir ki, bəzən ən sa-vadlı qələm sahiblərinin yazıları tez yaddan çıxır, unudulur. Bəs nədəndir ki, 70-ci illərdən bəri Aqil Abbas publisistikası yaşayır, mübarizə aparır, insanları düşündürür? Onun jurnalistlik fəaliyyəti ilə tanış olanda bu sualın cavabı öz-özünə gəlir: Aqil müəllimin yazıları ona görə bu qədər sevilir ki, bunlar canlıdır, bunlarda ürək var, onun özü var, vətənpərvərlik, xalqa, yurda sevgi var. İstedadlı olub irəli getmək mümkündür. Müasir jurnalistikamızda bu cür insanların sayı çoxdur. Ancaq hörmətli həmkarımız Aqil Abbas kimi jurnalistlər, mənə elə gəlir ki, o qədər də çox deyil.
1976-cı ildə əmək fəaliyyətinə müəllim kimi başlayan Aqil müəllim cəmi bir ildən sonra yolunu dəyişib və jurnalistikanı seçib. Əlbəttə, müəllimlik də pis peşə deyil, lakin Aqil müəllimin ürəyindəki, şüurundakı hisslər, düşüncələr kiçik sinif otaqlarına sığmırdı, bunları bölüşmək üçün o, daha geniş auditoriya axtarırdı. Beləliklə də bu arzuzsu onu “Elm və Həyat” jurnalına gətirib çıxardı.
Aqil Abbas haqqında yazı yazmağa hazırlaşarkən onun müxtəlif qəzetlərə verdiyi müsahibələrlə tanış oldum və bir fikir diqqətimi cəlb etdi. O deyir ki, “Elm və Həyat” jurnalında fəaliyyətə başladığı ilk günlərdə altı nəfərlik otaqda otururduq. Otaqda səs-küy əlindən durmaq olmurdu.
Ancaq Aqil müəllim bu səs-küydə kitab yazırdı: “Buranın səs-küyü məndə istənilən şəraitdə yazı yazmaq bacarığını formalaşdırdı. İndi konsertdə də, stadionda da oturub yazı yaza bilərəm”,– deyir Aqil müəllim. Daha ətraflı »
22Avq
2023-cü ilin yanvar-iyun aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 149 milyon 971.5 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13.3 faiz çoxdur. Məhsul və xidmətlərin 75.6 faizi istehsal sahələrinin, 24.2 faizi xidmət sahələrinin payına düşmüşdür.
2023-ci ilin yanvar-iyun aylarında 13072 min manatlıq və ya ümumi məhsulun 8.7 faizi qədər sənaye sektorunda, 68130.3 min manatlıq (45.4%) kənd təsərrüfatı sahəsində, 32110.1 min manatlıq (21.4%) tikinti-quraşdırma işləri yerinə yetirilmiş, 35023.8 min manatlıq (23.4%) ticarət və xidmət sahəsində, 1159.6 min manatlıq (0.8%) nəqliyyat və anbar təsərrüfatı sahəsində, 475.7 min manatlıq (0.3%) informasıya və rabitə sahələrində məhsul və xidmətlər istehsal olunmuşdur.
Kənd təsərrüfatı istehsalı 9.6 faiz, tikinti-quraşdırma işləri 1.9 faiz, nəqliyyat xidmətləri 4.5 faiz, informasiya və rabitə xidmətləri 7,7 faiz artmışdır.
Tərtər Rayon Statistika İdarəsi
22Avq
Rayonumuzun Şıxarx qəsəbəsində salınan “Vətən bağı” bu gün sakinlərin, eləcə də qonaqların ziyarət etdikləri müqəddəs məkandır.
“Vətən bağı”nın təməli 2021-ci ilin sentyabrında qoyulub. Bağın salınmasında tərtərlilər böyük həvəslə iştirak edərək, burada hər şəhidin adına bir meyvə ağacı əkiblər. Hazırda burada 4000-dək ağac qayğı ilə becərilir, onların suvarılması üçün damcı suvarma sistemindən istifadə olunur.
Bu bağda bir ilkə imza atılıb. Belə ki, hər bir ağaca bir şəhidimizin şəkli, adı, atasının adı və soyadı olan məlumat lövhələrinə həm də QR kodlar yerləşdirilib. QR kod oxudulan zaman həmin şəhid haqqında müfəssəl məlumat əldə etmək mümkün olacaq. Bağda həm I Qarabağ müharibəsi zamanı, həm də 44 günlük Vətən müharibəsində, Aprel və Tovuz döyüşlərində şəhadətə ucalanların, Azərbaycanın 2 xanım Milli Qəhrəmanının (Salatın və Gültəkin Əsgərova), həmçinin Türkiyənin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş 10 türk şəhid xanımının məlumat tabloları yer alıb.
“YENİ TƏRTƏR”
22Avq
“Yeni Tərtər “ yeni Tərtərin qəzetidir
Hər bir ad onu daşıyanın həyatını özündə əks etdirir. Mətbuat aləmində də belədir. Vaxt var idi ki, qəzetimiz “Qızıl Bayraq” adlanırdı və böyük imperiyanın həyatını işıqlandırırdı. İmperiyaya inam itirələndə, qəzetin adının dəyişdirilməsi təşəbbüsü ilə birinci olaraq oxucularımız çıxış etdilər. Uzun müzakirələrdən sonra rayon qəzetinə “Tərtər”adı verildi.
Bu gün isə onun adı “Yeni Tərtər”dir. Çoxları bizə deyir ki, ”Tərtər” elə yaxşıydı, ”yeni” sözünü o ada niyə əlavə etdiniz? Belə deyəndə, 7 illik fasilədən sonra– 2005-ci ildə ilk dəfə işə çıxdığım gün yadıma düşür. Redaksiyamızın binası hələ yox idi. Bloknotumu və qələmimi götürüb, rayon icra hakimiyyəti binasının qarşısından düz “Ana” abidə-kompleksinədək piyada getdim. Yolboyu küçələrdə işləyən insanları görəndə təəccüb məni bürüyürdü. Başa düşdüm ki, Tərtərin yeni günləri başlayır. Sonradan, 2006-cı ildə möhtərəm Prezidentimiz İlham Əliyev rayonumuza gələndə bir daha aydın oldu ki, respublikamızın hər bir bölgəsi kimi, Tərtərin də inkişafı, abadlaşdırılması ölkə rəhbərinin tapşırığı əsasında, diqqət və qayğısı sayəsində baş verir. Daha ətraflı »
22Avq
Hər bir kollektiv o zaman ayaq üstə möhkəm dayanır ki, orada savadlı, işi bacaran gənclər yetişirlər. Belələrinə nəinki öz təcrübəni həvəslə öyrədirsən, hətta bəzi hallarda onların özlərindən də öyrənirsən. Çünki həyatımız sürətlə inkisaf edir və təbii ki, bu inkişafın önündə bu gün gənclər gedirlər.
Bizim kollektivdə də belədir. Qəzetlə bağlı işimizin böyük bir hissəsi gənclərin üzərinə düşür. Onlardan biri Həcər Əsgərovadır.
Həcər ali təhsilli jurnalistdir. Yazıları oxunaqlı və maraqlı olur. Müxtəlif mövzularda yazır. Hansı mövzunu seçməsindən asılı olmayaraq, hər yerdə öz fikirləri, toxunduğu məsələyə münasibəti olur.
Həcərin güclü məntiqi, geniş dünyagörüşü, sadə dili oxucunu cəlb edir. Elə buna görədir ki, “Yeni Tərtər”in oxucuları Həcərin imzasına rast gəldikdə, mütləq o materialı oxuyurlar.
Gənc həmkarımız həm də gözəl dizaynerdir. Keçmiş dövrdə redaksiyalarda bu işi məsul katiblər görürdülər. İndi zaman dəyişib, artıq bu vəzifəyə ehtiyac qalmayıb. Materialların yerli-yerində olmasında, şriftlərin və şəkillərin düzgün seçilməsində Həcər heç də uzun illərin təcrübəsi olan jurnalistlərdən geri qalmır. Əksinə, onun gəncliyə məxsus xüsusi zövqü, kompüterin sirlərinə bələd olması səhifələrin tərtibatına yeni nəfəs gətirir. Daha ətraflı »
Yeni ismarıclar