Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 22Avq

    “Yeni Tərtər “ yeni Tərtərin qəzetidir

    Hər bir ad onu daşıyanın həyatını özündə əks etdirir. Mətbuat aləmində də belədir. Vaxt var idi ki, qəzetimiz “Qızıl Bayraq” adlanırdı və böyük imperiyanın həyatını işıqlandırırdı. İmperiyaya inam itirələndə, qəzetin adının dəyişdirilməsi təşəbbüsü ilə birinci olaraq oxucularımız çıxış etdilər. Uzun müzakirələrdən sonra rayon qəzetinə “Tərtər”adı verildi.
    Bu gün isə onun adı “Yeni Tərtər”dir. Çoxları bizə deyir ki, ”Tərtər” elə yaxşıydı, ”yeni” sözünü o ada niyə əlavə etdiniz? Belə deyəndə, 7 illik fasilədən sonra– 2005-ci ildə ilk dəfə işə çıxdığım gün yadıma düşür. Redaksiyamızın binası hələ yox idi. Bloknotumu və qələmimi götürüb, rayon icra hakimiyyəti binasının qarşısından düz “Ana” abidə-kompleksinədək piyada getdim. Yolboyu küçələrdə işləyən insanları görəndə təəccüb məni bürüyürdü. Başa düşdüm ki, Tərtərin yeni günləri başlayır. Sonradan, 2006-cı ildə möhtərəm Prezidentimiz İlham Əliyev rayonumuza gələndə bir daha aydın oldu ki, respublikamızın hər bir bölgəsi kimi, Tərtərin də inkişafı, abadlaşdırılması ölkə rəhbərinin tapşırığı əsasında, diqqət və qayğısı sayəsində baş verir.
    Bu gün Tərtərin yeniləşməsi daha yüksək səviyyədə davam edir. Yeni istirahət guşələri salınır, əzəmətli binalar tikilir, küçələr abadlaşdırılır. İnsanların da əhval-ruhiyyəsi yüksəkdir. Qurub-yaratmaq işində onların birliyi, əzmkarlığı böyük rol oynayır.
    Tərtər torpağı bütün dövrlərdə gözəl olub. Həyatımızdakı yeniləşmə isə onu daha da gözəlləşdirir.
    Ümumiyyətlə, insanlar həmişə yeniliyə can atırlar, o cümlədən, də qəzetimiz. Odur ki, illər ötsə də, biz daim ”Yeni Tərtər”olmağa çalışacağıq.

    Svetlana BAĞIROVA
    17 avqust 2012

     

     

     

    Müəllif: Redaktor, 09:29

İsmarıclar bağlıdır.