Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 22Avq

    Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ölkə Ofisi Tərtər Rayon İcra Hakimiyyəti və Tibbi Ərazi Bölmələri İdarəetmə (TƏBİB) ilə birgə Tərtər rayonunda yaşayan əhali arasında maarifləndirmə kampaniyaları təşkil edib.
    Bildiyimiz kimi, Tərtər rayonu müharibə zonasına çox yaxın bir ərazidə yerləşirdi. Buna görə də həm Aprel döyüşlərində, həm də 44 günlük Vətən müharibəsi dövründə əhalinin psixologiyası zərər çəkmişdir. Bu müharibələrdən insanların aldığı travmalar bəs etməzmiş kimi, COVİD-19 virusunun da ölkəmizdə yayılması Tərtər camaatının psixologiyasına mənfi təsir göstərmişdir. Məhz bu problemlərə görə Tərtər rayonunda psixi sağlamlıq barədə təlim və maarifləndirmə kampaniyaları təskil edilmişdir.
    Kampaniyanın məqsədi əhalinin psixi sağlamlıq və psixososial dəstək ehtiyaclarını öyrənmək, habelə münaqişələrin bitməsindən sonra belə şəxslərin və icmaların psixi sağlamlığını və rifahını artırmaq idi. Eyni zamanda TƏBİB psixoloqları tərəfindən gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və s.), həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş, habelə sağlamlıq məhdudiyyəti olan uşaqların valideynlərinin təməl psixoloji bilik və bacarıqlarının inkişaf etdirilməsi mövzularında maarifləndirici söhbətlər aparılmışdır.
    Həmçinin stress, depressiya, təşviş və post-travmatik stress pozuntusu kimi psixi problemləri olan şəxslər üçün psixoloqlarla ödənişsiz görüşlər təşkil edilmişdir.

    “Yeni Tərtər”

     

     

     

    Müəllif: Redaktor, 10:16

İsmarıclar bağlıdır.