YAP-ın VII qurultayında partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilmiş, Gənclər Birliyinin say tərkibi müəyyən edilmiş, üzvləri, sədri və sədr müavinləri seçilmişdir. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilmişdir. 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmiş, iclasda YAP-ın 64 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilmişdir. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunmuşdur. 5 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanmışdır.
Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, digər müavin və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavin təyin edilmişdir.
Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapmışdır.
Yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət edir. Daha ətraflı »






YAP rayon təşkilatının inzibati binasında Tərtər rayonunda məskunlaşan 17 Xocalı ailəsinin 58 nəfər üzvü ilə görüşən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xocalı faciəsinin təkcə xocalılara deyil, bütün Azərbaycan xalqına qarşı yönələn soyqırımı olduğunu diqqətə çatdırıb, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisi olduğunu qeyd edib.
YAP Tərtər rayon təşkilatında Xocalı soyqırımının 32- ci ildönümündə “Xocalıya ədalət!” adlı tədbir keçirilib.
Litvalı hərbi jurnalist Riçard Lapaitis Azərbaycan xalqının yaxın dostudur. Xocalı faciəsi ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında onun böyük xidmətləri var. Bu xidmətlərinə görə jurnalist Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunub. 44 günlük Vətən müharibəsindən sonra Qalib ölkənin başçısı və xarici jurnalist azad Qarabağda – Şuşada görüşüblər. Xocalı faciəsinin ildönümü ərəfəsində biz Riçard Lapaitislə əlaqə saxlayıb, qəzetimiz üçün müsahibə verməsini xahiş etdik. O, Azərbaycanın Avstriyadakı səfirliyinin xahişi ilə Vyanaya uçmağa hazırlaşırdı. Buna baxmayaraq, jurnalist suallarımızı elə təyyarə limanından cavablandırdı. Hər kəlməsi Azərbaycana və azərbaycanlılara sevgi ilə dolu bu müsahibəni oxucularımzın diqqətinə çatdırırıq.
Tərtər rayonunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu, 1994-cü il təvəllüdlü, Səhlabad kənd sakini, kiçik çavuş Lalayev Ruslan Akif oğlunun doğum günü məzarı önündə qeyd olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yuxarı Sarıcalı kəndində Birinci Qarabağ müharibəsi əlili Firdovsi Əliyevi evində ziyarət edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb.
Bu sözləri Bəxtiyar Allahverdizadə Laçının Səfiyan kəndindəki döyüşdən danışarkən dedi. Həmin döyüşdə düşmənin hava hücumu nəticəsində briqadanın şəxsi heyətlə iş üzrə müavini, polkovnik-leytenant Rəşad Sadıqov və əsgər Əyyub Süleymanov şəhid olmuşdular.
Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışında qar-şıya qoyduğu mühüm vəzifələrdən biri gənclərin tərbiyəsidir. “Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir” – deyən dövlət başçısı birinci yerdə ailə, ikinci yerdə isə məktəb tərbiyəsinin dayandığını söyləyib. O bildirib ki, belə müzəffər gənclərimizin yetişdirilməsində Azərbaycan məktəbinin çox böyük rolu vardır.
Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Uşaq Gənclər İdman Şahmat məktəbinin foyesində ümumtəhsil məktəblərinin şagirdlərinin rəsm və əl işlərindən ibarət “Xocalı soyqırımını unutma!” adlı rəsm müsabiqəsi keçirilib.
Yeni ismarıclar