2023-cü il başa çatdı. Məncə zamanın və ömrünün hər bir ilini geridə qoyan hər kəs özlüyündə düşünür: “Necə bir il oldu, nə ilə yadda qaldı bu il”.
Mən də hamı kimi bu düşüncəyə vardım. Şəxs olaraq deyil, hamımız üçün, dövlətimiz üçün “Tarixi il oldu” deyə düşündüm. Bəli, tarixi il! Təkcə 2023-cü il deyil, 2020-2023-cü illər qədim tariximizə qızıl hərflərlə və rəqəmlərlə nəqş olunacaq: Zəfər, Qələbə, Qayıdış illəri.
Və illər, zaman keçdikcə bu dövrdə yaşayan hər kəs qürurla deyəcək ki, mən Azərbaycanın şanlı tarixi dövründə yaşamışam. Böyük və tarixi hadisələrin şahidi olmuşam. Həm də bu tarixi yazanların müasiri olduğumuz üçün, o qəhrəmanlarla bir dövrdə yaşadığımız üçün özümüzü xoşbəxt sanacağıq.
2020-ci ilin payızından başlayan müqəddəs torpaqlarımız uğrunda müqəddəs savaşımız Böyük Qələbə ilə başa çatdı.
2023-cü ilin yenə payızında cəmi 23 saatlıq savaşla tarixi ata-baba torpaqlarımız yağı pəncəsindən azad olundu.
Ali Baş Komandan, möhtərəm Prezidentimiz öz yenilməz Ordusu ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və bütün dünyaya bir daha sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır. Və 2023-cü ilin sentyabrında Qarabağ məsələsinə birdəfəlik son qoyuldu. Daha ətraflı »
-
11YanDigər 2023-cü ildə böyük və tarixi hadisələrin şahidi olduq üçün şərhlər bağlıdır
-
11YanDigər 7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərində seçicilərlə görüşlərin keçirilməsi və seçkiqabağı təşviqat işlərinin aparılması ilə bağlı rayonun yaşayış məntəqələrində müəyyənləşdirilmiş açıq və qapalı yerlərin S İ Y A H I S I üçün şərhlər bağlıdır
97 saylı Tərtər-Naftalan-Goranboy Seçki Dairəsi üzrə:
Tərtər şəhəriQapalı şərait üçün Gənclər mərkəzi və Olimpiya İdman Kompleksinin qapalı mini futbol meydançası
Açıq şərait üçün Tərtər Olimpiya Kompleksinin stadionu
Təşviqat üçün Seçki məntəqələri ərazisində quraşdırılmış lövhələrBuruc kənd İƏD-nin Buruc kəndi
Qapalı şərait üçün Müvafiq yer yoxdur
Açıq şərait üçün İdman meydançası
Təşviqat üçün Seçki məntəqəsi ərazisində quraşdırılmış lövhəBuruc kənd İƏD-nin Güləbatlı kəndi
Qapalı şərait üçün Klub binası
Açıq şərait üçün Klubun qarşısındakı meydan
Təşviqat üçün Seçki məntəqəsi ərazisində quraşdırılmış lövhəCəmilli kənd İƏD-nin Cəmilli kəndi
Qapalı şərait üçün Müvafiq yer yoxdur
Açıq şərait üçün Kəndin mərkəzi meydanı
Təşviqat üçün Seçki məntəqəsi ərazisində quraşdırılmış lövhə Daha ətraflı » -
11YanDigər Ötən il aparılan təmir işləri şəhərimizi daha da gözəlləşdirib üçün şərhlər bağlıdır
Ötən il şəhərimizdə, müasir şəhərsalmanın tələblərinə uyğun olaraq, təmir-tikinti işləri aparılıb.
Şəhərin Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hü-seynzadə, Mahir Əsədov, Rasim Mürsəlov, Şakir Həsənov və Eldar Məmmədov küçələrində aparılan abadlıq işləri başa çatıb. Səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunub, yeni yaşıllıq zolaqları yaradılıb, işıq, qaz, telekommunikasiya xətləri qaydaya salınıb. Bununla yanaşı Qənbər Qənbərli, Sənan Məmmədli, Azər Şəmilov, Süleyman Məmmədov küçələrində istinad divarları hörülüb hündürləşdirilib, divarlar aqlay və bəzək daşları ilə üzlənib. Kommunikasiya, işıq, telefon xətləri səliqəyə salınıb, təmizlik işləri aparılıb.
Küçələrlə yanaşı üzun İllərdir təmir-abadlıq işləri aparılmayan M.Ə. Sabir adına parkda da aparılan yenidənqurma və təmir işləri başa çatıb. Parkda köhnə tamet daşları və bardyorlar yenisi ilə əvəz olunub, əraziyə yeni münbit torpaq verilərək gül kolları və müxtəlif bəzək ağacları əkilib. M. Ə. Sabirin büstü və onun satirik əsərlərinin personajlarının heykəlləri təmir-bərpa olunub, sakinlərin istirahəti üçün söhbətgahlar qaydaya salınıb, yeni işıqlandırma sistemi qurulub, istinad divarları aqlay daşları ilə üzlənib, mühəccərlər təmir olunaraq rənglənib, insanların istirahəti üçün şərait yaradılıb. Daha ətraflı » -
11YanDigər Şənlik şənliyə qarışdı üçün şərhlər bağlıdır
Şəhər 5 nömrəli uşaq bağçasında keçirilən bayram şənliyində uşaqlar, bağçanın kollektivi və valideynlərlə yanaşı, qonaqlar da iştirak ediblər. Tədbir həm də məktəbəqədər müəssisənin fəaliyyətə başlamasının 5 illiyinə həsr olunduğu üçün, xüsusilə yaddaqalan olub.
Uşaqlar şənlənib, şeir söyləyib, mahnı oxuyublar.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hər kəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il, həmçinin 5 illik yubiley münasibətilə təbrik edib. Qeyd olunub ki, az müddət keçməsinə baxmayara, uşaq bağçasının kollektivi balacaların məhəbbətini, valideynlərin isə hörmətini qazana bilib.
Qarabağ Regional Təhsil İdarəsinin Tərtər rayonu üzrə Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev öz çıxışında uşaqların sağlam və xoşbəxt böyüməsinin cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdən biri olduğunu söyləyib.“Yeni Tərtər”
-
11YanTərtər RİH-də Vətən müharibəsi şəhidlərinin və əlillərinin övladları üçün Yeni il şənliyi keçirilib üçün şərhlər bağlıdır
31 – dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Tərtər rayon İcra Hakimiyyətinin və “Səma və Eko” sosial-iqtisadi inkişafa Yardım İctimai Birliyinin təşkilatçılığı ilə Tərtər İstirahət Mərkəzində Vətən müharibəsi şəhidlərinin və əlillərinin övladları üçün bayram şənliyi keçirilib.
Tədbirdə öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Ümummilli Liderin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Yeni il şənliyində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Sosial Xidmətlər Agentliyinin Qarabağ Regional Filialının direktoru Elnur Həsənov, “Səma və Eko” sosial-iqtisadi inkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova, Vətən müharibəsi şəhidlərinin və əlillərinin övladları iştirak ediblər. Daha ətraflı » -
11YanMədəniyyət Şuşa: milyonların bir döyünən ürəyi üçün şərhlər bağlıdır
Medianın İnkişafı Agentliyi tərəfindən Yeni ilqabağı regionlarda fəaliyyət göstərən jurnalistlərin Şuşaya təşkil olunan səfəri bizlər üçün ən böyük hədiyyə oldu. Səfərdə Azərbaycanımızın hər tərəfindən – şimal, cənub, qərb bölgələrindən 100-ə yaxın media nümayəndəsi iştirak edirdi. Biz əvvəllər də müxtəlif tədbirlərdə – Bakıda, Gəncədə, digər şəhərlərdə bir yedə olmuşduq. Ancaq heç vaxt Şuşadakı kimi bir-birimizə bu qədər yaxın, doğma deyildik, ürəklərimiz bir ahənglə vururdu, fikirlərimiz, hisslərimiz eyni idi. Bu, gözəl Şuşamızın ovsunundan irəli gəlirdi.
Bu sətirləri yazarkən tez-tez televiziyadan, mətbuatdan eşitdiyim bir fikir yadıma düşdü. Deyirlər ki, müxtəlif ən güclü dövlətlərin hərbi məktəblərində Azərbaycan Ordusunun Şuşa əməliyyatı öyrənilir. Bu, mümkündür. Onlar əməliyyatın keçirilməsinin müxtəlif detallarını, taktikasını bizdən götürə bilərlər. Ancaq mənimsəyə bilməyəcəkləri bir şey olacaq ki, o da Şuşamızın bizi birləşdirmək sehridir, vətənin bütövlüyü uğrunda öz canından belə tərəddüdsüz keçmək istəyidir. O sıldırım qayalara baxanda hər birimiz bir daha buna əmin olduq ki, sonsuz vətən məhəbbəti, yenilməz birlik mümkünsüzü mümkün etməyə qadirdir. Və nə qədər böyük Vətən məhəbbəti, necə güclü birlik lazımdır ki, insan inanılmaz möcüzə göstərsin. Müzəffər Ali Baş Komandanın əmrini alan o oğullar bunu bacardılar.Yuxarıda Allah, aşağıda Şuşanın timsalında vətən eşqi onlara bu işdə kömək oldu.
İşğaldan azad edilmiş torpaqlara ayaq basdığımız ilk dəqiqələrdən bu yerləri bizə yenidən qaytaran igidlərə sonsuz təşəkkür hissi qəlbimizi bürüdü. İlk dualarımız da elə onlar üçün idi – “dəmir yumruq” ətrafında xalqımızı birləşdirən Ali Baş Komandana, cənnətdən boylanan şəhid ruhlarına, qazilərimizə və hər bir Azərbaycan əsgərinə, zabitinə.
Yəqin ki, Şuşa azad ediləndən sonra televiziya ekranlarında gördüyümüz Gövhər ağa məscidinin ürəkağrıdan görkəmi heç birimizin yadından çıxmayıb. Vəhşi ermənilər müqəddəs məkanda hansı oyunlardan çıxmamışdılar? İndi isə… Gördüyümüz mənzərə o qədər möhtəşəm idi ki! Bu yerdə məscidi tikdirən Gövhər ağa haqqında eşitdiyim bir söhbət yadıma düşdü. Deyilənə görə, o, iki dəfə ailə qurmuş, lakin övladı olmamışdı. Özünün maddi dəstəyi ilə məscid tikdirən Gövhər ağa şuşalılara bu müqəddəs məkanın onun övladı olduğunu söyləmiş və qorumağı tapşırmışdı. Daha ətraflı » -
06YanDigər Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi üçün şərhlər bağlıdır
Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində 2023-cü ilin ölkəmizin həyatında bir çox önəmli hadisələrin baş verdiyini, dövlət suverenliyimizin bərpasının Azərbaycan xalqının yaddaşında əbədi qalacağını bildirib.
Bildirib ki, ötən il birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etməsi, işğalçı qüvvələrin beynəlxalq hüquqla tanınan ərazilərimizdən çıxarılması, separatizmə son qoyulması və düşmən ordusunun məhv edilməsi fonunda yekun qələbənin təmin edilməsi müasir dünya təcrübəsində nadir rast gəlinən nümunədir. Daha ətraflı »
-
29DekTərtər RİH-də 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək! üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibəti ilə tərtərlilərə
T Ə B R İ K İƏziz tərtərlilər!
Sizi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni təqvim ilinin başlanması və Böyük Zəfər–respublikamızın ərazi bütövlüyünün tam bərpası münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
2023-cü il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Heydər Əliyev İli” elan olundu. Bu münasibətlə respublika Prezidenti 28 noyabr 2022-ci il tarixində “ Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili“ elan edilməsi ilə bağlı Tədbirlər Planı“ təsdiq edilməsi haqqında” daha bir sərəncam imzaladı.
Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş onlarla tədbirlər –elmi konfranslar, “dəyirmi masa”lar, yazı müsabiqələri, əl işlərindən, rəsmlərdən, fotolardan, kitablardan ibarət sərgilər keçirildi, rayonumuzdakı Heydər Əliyev Mərkəzini minlərlə tərtərli və rayonumuzun qonaqları ziyarət etdi.
Rayonda keçirilən yubiley tədbirlərində tərtərlilərlə yanaşı respublikamızın hər yerindən olan qonaqlar iştirak etdilər. O cümlədən Ulu Öndərin məzunu olduğu Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin rayonumuza gəlişi, keçirdikləri tədbirlər, söylədikləri mühazirələr yaddaşımızda dərin iz qoydu.
“Heydər Əliyev İli”ndə sentyabrın 19-da keçirilən lokal xarakterli antiterror əməliyyatlarından sonra Möhtərəm Ali Baş Komandan,məğlubedilməz sərkərdə cənab İlham Əliyev işğaldan azad edilmiş Xankəndi,Xocalı ,Xocavənd və digər ərazilərdə öz əli ilə Azərbaycan Bayrağını dalğalandırdı.Azərbaycan xalqına verdiyi bütün vədlərə və ata vəsiyyətinə əməl etdi.Məhz “Heydər Əliyev İli”ndə Müstəqil Azərbaycanımız öz suverenliyinə, tam ərazi bütövlüyünə qovuşdu. Daha ətraflı » -
29DekDigər “Heydər Əliyev ili – 2023” tarixə qovuşur üçün şərhlər bağlıdır
“Heydər Əliyev ili” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qalibləri mükafatlandırılıb
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qaliblərinin mükafatlandırılması münasibəti ilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq Mərkəzi meydanda abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbir rayon icra hakimiyyətinin inzibati binasında davam etdirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Ümummilli Liderin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açıb. Rayon rəhbəri öz çıxışında bildirib ki, 2023-cü il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə “Heydər Əliyev ili” elan olundu və ölkə rəhbərinin 28 noyabr 2022-ci il tarixli sərəncamı ilə “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planı, həmin tədbirlər planı əsasında isə rayon icra hakimiyyəti tərəfindən keçiriləcək tədbirlərin təqvim planı təsdiq edildi. Həmin təqvim planına əsasən bu günədək rayonumuzda Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş onlarla tədbirlər – elmi konfranslar, “dəyirmi masa”lar, yazı müsabiqələri, əl işlərindən, rəsmlərdən, fotolardan, kitablardan ibarət sərgilər keçirildi, rayonumuzda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini minlərlə tərtərli və rayonumuzun qonaqları ziyarət etdi. Daha ətraflı » -
29DekDigər Ağbirçək sözü üçün şərhlər bağlıdır
Biz ailəlikcə sevimli Prezidentimizə səs verəcəyik
2023-cü il ölkəmiz üçün çox düşərli oldu. 2020-də qazandığımız Böyük Zəfərimiz “Heydər Əliyev” ilində daha da böyük qələbə ilə nəticələndi–sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatları nəticəsində torpaqlarımızın işğalına tamamilə son qoyuldu, suverenliyimiz bərpa edildi. Bu döyüşlərdə mənim yaxınlarımdan 4 gənc iştirak edib. Onlardan biri – qardaşımın nəvəsi Fuad Məhərrəmli şəhidlik zirvəsinə ucaldı, qalanları isə düşmənlə mübarizədə qəh-rəmanlıq nümunələri göstərərək qazi kimi ailələrinə döndülər. Dövlətimiz, Prezidentimiz tərəfindən onların igidliyi yüksək qiymətləndirilib, müxtəlif medallara və digər mükafatlara layiq görülüblər.
2023 bizim üçün həm də ona görə qiymətlidir ki, dünya siya-sətçilərinin birincisi Heydər Əliyev ilidir. Mən özümü xoş-bəxt sanıram ki, Ulu Öndərin rəhbərlik etdiyi ölkədə oxuyub işləmişəm. O dahi insan gənclərin oxuması üçün çox gözəl şərait yatarmışdı. Mən özüm gündüz işləyərək, texnikumun axşam şöbəsində oxumuşam. Sonra Gəncə Dövlət Universi-tetini bitirmişəm. 40 il Tərtər şəhər 1 saylı tam orta məktəbində müəllim işləmişəm. Dərs dediyim müddətdə çalışmışam ki, uşaqlara bilik verməklə yanaşı, onların vətənpərvər ruhda böyümələrinə kömək edim. Daha ətraflı »
Yeni ismarıclar