Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,747
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 12İyn
    Təhsil Rəsul Rza-105 üçün şərhlər bağlıdır

    “Mən istəyirəm: güllər açılsın, güllələr açılmasın”

    DSC_3614Bu misraların müəllifi XX əsr Azərbaycan poeziyasının novator şairi Rəsul Rzadır. Ulu Öndər Heydər Əliyev şair haqqında demişdir: “Rəsul Rza zəngin milli ədəbi ənənələrdən istifadə edərək Azərbaycan poeziyasında novator şair kimi çıxış etmiş, Azərbaycan poeziyasını zənginləşdirmişdir.” Məhz buna görə də illər ötdükcə, onun yaradıcılığı öz aktuallığını itirmir və sevilə-sevilə oxunur.
    Bu günlərdə şəhər 1 saylı tam orta məktəbində şairin anadan olmasının 105 illiyi münasibətilə “Rəsul Rzanın söz dünyası” adlı ədəbi-bədii gecə keçirilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 12İyn
    Xəbərlər I Avropa Oyunlarının çırağı ətrafında tədbirlər üçün şərhlər bağlıdır

    DSC_3679Tərtər Rayon İcra Hakimiyyəti rayon təhsil şöbəsi ilə birlikdə Heydər Əliyev Mərkəzində saxlanılan ilk Avropa Oyunlarının çırağı ətrafinda növbəti tədbir keçirdi.
    Tədbirdə şəhər 5 saylı, Səhlabad, Düyərli kənd tam orta məktəblərinin şagirdləri iştirak etdilər. Daha ətraflı »

    Teqlər:

  • 12İyn
    Təhsil Riyaziyyat gecəsi üçün şərhlər bağlıdır

    DSC_3600Şəhər 1 saylı tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Ri-yaziyyat gecəsi” keçirilmişdir. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri iştirak etmişlər.
    Sinif rəhbərləri Sevda Vəliyeva və Samirə Həsənova çalışmışlar ki, bu tədbirdə şagirdlər Ümummilli Lider Heydər Əli-yevin həyatının unudulmaz səhifələri, onun Azərbaycana, öz xalqına olan dərin məhəbbəti, gənclərə, onların maarifləndirilməsinə göstərdiyi qayğı barədə daha ətraflı məlumat alsınlar. Daha ətraflı »

    Teqlər:

  • 12İyn
    Mədəniyyət Bayram konserti üçün şərhlər bağlıdır

    DSC_3920Rayonumuzda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97 illiyi qeyd olundu. Bu tarixi gündə Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Daha ətraflı »

    Teqlər:

  • 12İyn
    Kənd təsərrüfatı Respublika tarla müşavirəsi üçün şərhlər bağlıdır

    DSC_4250Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında “Taxılçılıqda yeni sortlar və müasir becərmə texnologiyaları” mövzusunda ümumrespublika tarla müşavirəsi keçirilib.
    Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının, Aqrar Elm Mərkəzinin, Respublika Dövlət Toxum Müfəttişliyinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarət Xidmətinin, “Aqrolizinq” ASC-nin əməkdaşları, aidiyyəti elmi-tədqiqat institutlarının nümayəndələri, Dövlət Aqrar Universitetinin tələbələri, taxıl to-xumçuluğu ilə məşğul olan qabaqcıl fermerlər iştirak ediblər. Daha ətraflı »

    Teqlər:

  • 12İyn
    Açılışlar Körpələr evi-uşaq bağçasının açılışı oldu üçün şərhlər bağlıdır

    DSC_4342Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Güləbatlı kəndində körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verildi.
    Tədbiri giriş sözü ilə Buruc kənd İƏD üzrə nümayəndə İldırım Cəfərov açdı.
    Sonra bağçanın müdiri Müş-ğünaz Orucova bildirdi ki, 35 yerlik bu müəssisədə iki qrupumuz var. Bina çox yararsız vəziyyətdə idi. Onu əsaslı təmir edib, gözəl görkəmə salan insanların hamı-sına dərin minnətdarlığımı bildirirəm.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov kənd sakinlərini, valideynləri, uşaqları salamladı və təbrik etdi. Daha ətraflı »

    Teqlər:

  • 12İyn
    Açılışlar Evoğlu kəndinə “mavi yanacaq” verildi üçün şərhlər bağlıdır

    DSC_4518Bu münasibətlə təntənəli mərasim keçirildi. Mərasimi giriş sözü ilə Evoğlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Elçin Mahmudov açaraq kənddə 2160 nəfər əhalinin yaşadığını, 467 nəfər abonentin mənzilinə mavi yanacağın verildiyini, ərazidə 59000 paqonometr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkildiyini, 467 ədəd sayğac və fərdi tənzimləyici quraşdırıldığını bildirdi.
    Sonra kənd ağsaqqalı Eldəniz Əliyev, sakinlərdən Nü-bar Kərimova, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oqtay Qarayev, “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəisi İbrahim Kərbəliyev, Evoğlu kənd tam orta məktəbinin şagirdi Nurlan Məhərrəmli çıxış edərək təbii qazın verilişi ilə əlaqədar sakinləri təbrik etdilər və sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Daha ətraflı »

    Teqlər:

  • 12İyn
    Digər Azərbaycançılığın ali ünvanı: üçün şərhlər bağlıdır

    HEYDƏR ƏLİYEV MƏRKƏZİ

    Müasir Azərbaycan Heydər Əliyevin əsəridir. Biz hamımız, bütün Azərbaycan xalqı gərək bundan sonra onun gördüyü işləri davam etdirək, genişləndirək, onun yolu ilə Azərbaycanı gələcəyə aparaq.                                                   İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

    Heydər Əliyevin adını daşıyan parkdayam. Bura tərtərlilərin sevimli istirahət guşəsidir. Park sovetlər dövründə salınıb. Son illərdə isə insan əlinin zəhməti ilə təbiətin bu gözəl guşəsinə min-bir yaraşıq verilib. Heydər Əliyev Mərkəzi də burada yerləşir.
    2012-ci il oktyabrın 7-də möhtərəm Prezidentimiz İlham Əliyev Tərtərdə olarkən Mərkəzlə tanış olmuş, onun fəaliyyətilə əlaqədar tövsiyələr vermişdir.
    Ürək çırpıntıları ilə bu müqəddəs məkana daxil oluram. Ilk növbədə diqqətimi çəkən foyedə yanan I Avropa Oyunlarının çırağıdır.
    Müqəddəs “Atəşgah məbədi”ndən götürülən bu od dahi şəxsiyyətin qəlbindən Azərbaycanın hər bir guşəsinə səpələnən nura bənzəyir. Onun fiziki yoxluğu bu nuru azalda bilməyib. Əksinə, arzuları gerçəkləşdikcə, Azərbaycan daha da qüdrətlənir və bu gün artıq ölkəmizi bütün dünya tanıyır. Azərbaycan dünyada sülhün, xalqlar arasında dostluğun ünvanına çevrilir. Daha ətraflı »

    Teqlər:

  • 28May
    Digər Ziyalılıq ənənəsi üçün şərhlər bağlıdır

    IMG-20150422-WA0007Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunda baş mühasib vəzifəsində çalışan Yeganə Süleymanova həmyerlimizdir. Yeganə xanım 1960-cı ildə Tərtərdə anadan olub. 1977-ci ildə rayonumuzdakı 2 saylı orta məktəbi bitirib. 1980-ci ildə Azərbaycan İqtisad Universitetinə daxil olub və 1985-ci ildə universiteti bitirib, həmin ildən Bakı şəhərində yaşayır. 16 ildən çoxdur ki, Mikrobiologiya İnstitutunda işləyir. Daha ətraflı »

    Teqlər:

  • 28May
    Digər Mayor Umud Kərimov üçün şərhlər bağlıdır

    новый-22014-cü ilin sonları idi. Şəhərimizə bir xəbər yayıldı: həmyerlimiz Umud Naxçıvanda qar uçqununa düşüb. Doğmaları ilə bərabər onu tanıyanlar da sarsıldılar. Az bir müddətdən sonra məlumat alındı ki, Umud xilas olunub, Bakı şəhərinə müalicəyə göndərilib. Bir neçə gündən sonra isə dedilər ki, artıq sağalıb evlərinə gəlib. Daha ətraflı »

    Teqlər: