Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Gənclər Mərkəzində Qarabağ Regional Mərkəzinin əhatə etdiyi rayonlarda “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində fəaliyyətin koordinasiya edilməsi məsələləri, dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə təhlükəsizlik qaydaları və su hövzələrində insanların təhlükəsizliyinin təmin edlməsi” mövzularında müşavirə keçirib. Daha ətraflı »
-
15İylXəbərlər Aktual müşavirə üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
15İylDigər Mətbuat fədailəri üçün şərhlər bağlıdır
“Zəhmətsiz keçən ömrə ömür söyləməyiblər”
Rayonumuzun ziyalısı–həm rəhbər işçilər, həm sadə zəhmətkeşlər arasında böyük nüfuza malik bir şəxsiyyət haqqında yazmaq istəyirdim. Hərçənd onun heç bir təqdimata ehtiyacı yoxdur.
Milli mətbuatımızın 140 illik yubileyi bu istəyimin həyata keçməsinə və həmin ziyalı ilə söhbətimə rəvac verdi. Yubileylə bağlı kimdən yazmaq istədiyimi qəzetimizin baş redaktoru Tofiq Yusifə bildirəndə tərəddüd etmədən onun adını çəkdi. Bu insan bir ağsaqqal, savadlı və dünyagörüşlü, təcrübəli jurnalist, şair, nümunəvi ailə başçısı, həm də qayğıkeş ata Qədir Allahverdiyevdir.
… Və mən SSRİ Jurnalistlər İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Şərəf nişanı” ordenli, bir çox medallarla təltif olunmuş Qədir Allahverdiyevlə görüşüb, ondan müsahibə aldım. Daha ətraflı »Teqlər: Digər
-
10İylXəbərlər “BAKI-2015” I AVROPA OYUNLARI BAŞA ÇATDI üçün şərhlər bağlıdır
17 gün ərzində dünya idman ictimaiyyətinin gözü Azərbaycanda i idi. Bakı bu 17 gündə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına layiqincə ev sahibliyi etdi. Burada gördükləri yüksək təşkilatçılıq, xalqımızın səmimi qonaqpərvərliyi, mədəni dəyərləri minlərlə idmançını, nümayəndə heyətlərinin üzvlərini, bu Oyunları televiziya ekranlarından izləyən mil-yonlarla tamaşaçının qəlbini riqqətə gətirdi. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
10İylXəbərlər BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVANIN ÇIXIŞI üçün şərhlər bağlıdır
– Hörmətli cənab Prezident.
Hörmətli prezident Patrik Hikki.
Əziz idmançılar.
Əziz dostlar.
Xanımlar və cənablar.
İlk Avropa Oyunlarının uğurla başa çatması və idmançılarımızın nailiyyətləri münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Azərbaycan öz qüdrətini, əzəmətini və birliyini dünyaya bir daha nümayiş etdirdi. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
10İylXəbərlər “BAKI-2015”: SÜLHÜN, DOSTLUĞUN, ƏMƏKDAŞLIĞIN TƏNTƏNƏSİ üçün şərhlər bağlıdır
Avropa idman tarixinin unudulmaz anlarıM.A. Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109- cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Arif qızı Əliyeva “Heydər Əliyev” ordeni ilə təltif edilsin.
Azərbaycan İdmançıları I Avropa Oyunlarında 21 qızıl 15 gümüş, 20 bürünc, cəmi 56 medal qazandılar. Ölkəmiz 50 Avropa ölkəsi sırasında ikincidir.
İlham ƏLİYEV,
azərbaycan Respublikasının prezidenti
Bakı şəhəri, 29 iyun 2015-ci il
Teqlər: Xəbərlər
-
10İylDigər GENDER BƏRABƏRLİYİ üçün şərhlər bağlıdır
Azərbaycanda sosial müdafiə sisteminin ən önəmli istiqamətlərindən biri də ailə, qadın və uşaq problemləridir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra dövlətimizin «Sağlam ailə» siyasəti formalaşdı. Eyni zamanda, «Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında» Heydər Əliyevin 6 mart 2000-ci il tarixli Fərmanı gender siyasətinin təbliğinə, qadınların içtimai və siyasi həyatda fəal iştirakına, qaçqın və məcburi köçkün qadınların məşğulluğuna nə qədər önəm verdiyini bir daha təsdiq etdi. Bunun məntiqi davamı olaraq 10 oktyabr 2006-ci ildə «Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edildi. Daha ətraflı »
Teqlər: Digər
-
10İylDigər ÖMRÜN AHIL ÇAĞINDA üçün şərhlər bağlıdır
İllərin uca zirvəsi
Mənfur ermənilərin zaman-zaman yeritdiyi iyrənc siyasət soydaşlarımızı öz yurd-yuvalarından didərgin salmışdır. Insanlar deportasiyalara məruz qalmış, min cür əzab-əziyyətlə tikdikləri ev-eşiklərini qoyub getmişlər. Belə insanlardan biri də 1945-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Əzizbəyov (Söylən) rayonundakı Herher kəndində yaşayan İman Almuradovdur.
Onların ailəsi 1949-cu ildə deportasiya olunaraq Yevlax rayonunun Malbinəsi kəndinə gəliblər. Daha ətraflı »Teqlər: Digər
-
10İylDigər SUSUZ HƏYAT YOXDUR üçün şərhlər bağlıdır
Mənbəyini indi əsarətdə qalan Kəlbəcər dağlarından götürən Tərtər çayı rayonumuzu iki hissəyə bölür. Ta qədimdən Tərtər rayonunun və ona yaxın olan bir sıra rayonların əhalisi bu çayın suyundan həm içməli su kimi, həm də əkin sahələrini suvarmaq üçün istifadə edərdi. Daha ətraflı »
Teqlər: Digər
-
10İylKəndlərimiz GÜNÜ-GÜNDƏN GÖZƏLLƏŞƏN KƏNDİMİZ üçün şərhlər bağlıdır
Regionların sosial-iqtisadi inkişafına dair III Dövlət Proqramı kəndlərimizdə də uğurla həyata keçirilir. Bunu bizim Ağkənd kəndinin timsalında aydın görmək olar. Bu kəndin təməli ötən əsrin əvvəllərində qoyulub. Atam deyərdi ki, biz Dərələyəz mahalından köçüb buraya gələndə (1905–1907-ci illər) bu kənd cəmi 18 ev idi. Rəhmətlik Tükaz arvad kiçik çillə girəndə aşağıdan başlayıb hər gün bir evi nəzərdə tutardı ki, görək kimdə hava qarlı-boranlı, kimdə yaxşı olur. 2 ev çatmırdı ki, 20 gün düzəlsin. İndi bu kənddə 1100 nəfər əhali yaşayır. Özü də insanların hamısı dövlətə–dövlətçiliyə sadiq adamlardır. Daha ətraflı »
Teqlər: Kəndlərimiz
-
10İylKənd təsərrüfatı Dövlətin qayğısına əməli işləri ilə cavab verirlər üçün şərhlər bağlıdır
Qəzetin baş redaktorunun müavini Svetlana Bağırova Tərtər Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Əli Əliyevdən müsahibə götürmüşdür. Aşağıda həmin müsahibəni təqdim edirik.
–Məlumdur ki, Azərbaycanda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlansa da, onun genişmiqyaslı inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
–Bəli, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə iqtisadiy- yatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında xüsusi yüksəliş dövrü başlandı. Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar