Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10İyl

    1384374370_1384289580_gender_epenrgoshqualityAzərbaycanda sosial müdafiə sisteminin ən önəmli istiqamətlərindən biri də ailə, qadın və uşaq problemləridir.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra dövlətimizin «Sağlam ailə» siyasəti formalaşdı. Eyni zamanda, «Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında» Heydər Əliyevin 6 mart 2000-ci il tarixli Fərmanı gender siyasətinin təbliğinə, qadınların içtimai və siyasi həyatda fəal iştirakına, qaçqın və məcburi köçkün qadınların məşğulluğuna nə qədər önəm verdiyini bir daha təsdiq etdi. Bunun məntiqi davamı olaraq 10 oktyabr 2006-ci ildə «Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edildi.

    Bu gün Azərbaycanın hər bir guşəsində olduğu kim Tərtər rayonunda da qadınlar müxtəlif sahələrdə kişilərlə çiyin-çiyinə çalışır, eyni zamanda ailədə etibarlı həyat yoldaşı, qayğıkeş ana kimi xalqımızın milli-mənəvi dəyərlərinə sadiq olduqlarını nümayiş etdirirlər.

    Təhsil, səhiyyə və mədəniyyət sahələrində çalışan qadınların sayı daha çoxdur. Tərtərli qadınlar rəhbər vəzifələrdə, dövlət qulluğunda da özlərini doğruldur və kişilərdən geri qalmırlar. Son zamanlar isə sahibkar qadınlar nəsli yaranıb.

    Qadınların cəmiyyətdə, həmçinin «kiçik dövlət» hesab edilən ailədə qayğı ilə əhatə olunmaları diqqət mərkəzində saxlanılır. Xüsusən işləyən uşaqlı qadınlara kömək məqsədi ilə rayondakı mövcud bağçalar təmir olunur, yeni məktəbəqədər uşaq müəssisələri inşa edilir.

    Ümumiyyətlə, nə qədər ki, cəmiyyət var, qadın var, ailə var, uşaq var, onların problemləri də hər zaman olacaq.

    Amma, əlbəttə ki, bunlar təkcə qadınların problemləri deyil. Hazırda ölkəmizdə bu məsələlərdə qadınlara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yardımçı olur. Komitənin təşəbbüsü ilə rayonumuzda da vaxtaşırı maarifləndirmə tədbirləri keçirilir, qadınlara, qızlara dəyərli tövsiyələr verilir. Xüsusən də erkən nigaha daxilolma, məişət zorakılığı ilə bağlı tədbirlər təsirli olur.

    Tərtər cəbhə bölgəsidir və müharibədən ən çox zərər çəkən rayonlardan biridir. Şəhid ailələrinin, həyat yoldaşları əlil olan qadınların məişət şəraitini yaxşılaşdırmaq məqsədilə rayonda çoxmərtəbəli yaşayış binaları ilə yanaşı fərdi evlər tikilir.

    Eyni zamanda rayonumuzda çoxsaylı qaçqın və məcburi köçkün məskunlaşıb. Bu yaxınlarda onlar üçün yeni qəsəbənin tikintisinə başlanacaqdır ki, bu da həmin təbəqədən olan yüzlərlə qadının sosial-məişət şəraitini yaxşılaşdıracaq.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:22

    Teqlər:

İsmarıclar bağlıdır.