Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 15İyl

    “Zəhmətsiz keçən ömrə ömür söyləməyiblər” 

    qqqqqqqRayonumuzun ziyalısı–həm rəhbər işçilər, həm sadə zəhmətkeşlər arasında böyük nüfuza malik bir şəxsiyyət haqqında yazmaq istəyirdim. Hərçənd onun heç bir təqdimata ehtiyacı yoxdur.
    Milli mətbuatımızın 140 illik yubileyi bu istəyimin həyata keçməsinə və həmin ziy­­alı ilə söhbətimə rəvac verdi. Yubileylə bağlı kimdən yazmaq istədiyimi qəzetimizin baş redaktoru Tofiq Yusifə bildirəndə tərəddüd etmədən onun adını çəkdi. Bu insan bir ağsaqqal, savadlı və dünyagörüşlü, təcrübəli jurnalist, şair, nümunəvi ailə başçısı, həm də qayğıkeş ata Qədir Allahverdiyevdir.
    … Və mən SSRİ Jurnalistlər İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Şərəf nişanı” ordenli, bir çox medallarla təltif olunmuş Qədir Allahverdiyevlə görüşüb, ondan müsahibə aldım.
    – Qədir müəllim, məlumdur ki, Siz uzun müddət mətbuatda çalışan, öz dəsti-xətti olan bir mətbuat işçisisiniz. İstərdim ki, oxucularımızla bu barədə fikirlərinizi bölüşəsiniz.
    – Mən 1936-cı il 1 yanvarda Tərtər rayonunun Əksipara kəndində doğulmuşam. İbtidai təhsilimi bu kənddə almışam. Orta təhsilimi isə Tərtər şəhər 1 saylı tam orta məktəbdə davam etdirmişəm. 1953-cü ildə həmin məktəbin onuncu sinfini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul oldum. 1958-ci ildə universiteti jurnalist ixtisası ilə bitirdim. Bu müddət ərzində Cəfər Xəndan, Yusif Məmmədəliyev, Şəfayət Mehdiyev, Nəsir İmanquliyev kimi tarixi şəxsiyyətlərdən dərs alaraq jurnalistikanın sirlərinə yiyələndim. Universitet illərində res-publikanın “Bakı” “Azər- baycan Gəncləri”, qəzetlərində ara-sıra maraqlı məqalə və şeirlərimlə çıxış edirdim.
    – Əmək fəaliyyətinə nə vaxt başlamısınız və hansı mətbu orqanlarda çalışmısınız?
    – “Bakı” və “Azərbaycan gəncləri”qəzetlərinin redaksiyaları mənim jurnalist fəaliyyətimə işıq saçan bir məkan olub. Bu qəzetlərdə ədəbi işçi kimi çalışmışam. Mənim həyatımda Tərtər, Bərdə, Zaqatala rayon qəzetlərinin xüsusi yeri var. Müxtəlif illərdə həmin rayonların redaksiyalarında məsul katib vəzifəsində işləmişəm. Kəlbəcər rayonunda o vaxtkı “Yenilik” qəzetinin redaktoru olmuşam. Hansı mətbuat orqanında çalışmağımdan asılı olmayaraq, işimə yaradıcılıqla yanaş-mışam. Ədəbiyyat dərnəyi təşkil edərək yaradıcı insanları bu dərnəklərə cəlb etmişəm. Ümumiyyətlə istər məsul katib, istərsə də redaktorluğum zamanı qəzetin oxunaqlı olmasına çalışmışam.
    – Qədir müəllim, təcrübəli bir jurnalist olduğunuz üçün Sizin fikirləriniz maraqlıdır: bu gün qəzet və jurnallarda nə çatmır və indiki jurnalistlərə iradlarınız?
    – Düzünü deyim ki, indi beyinlər xəbərlərlə yüklənib. İstər respublika, istərsə də region qəzetləri olsun, zəhmət adamlarının həyatını, qabaqcıl təcrübənin yayılmasını çox zəif işıqlandırırlar. Oxucuların bədii yaradıcılığına az tə-sadüf olunur. Çünki jurnalistlərimizin yazılarında da rəsmilik yaşanır. Az-az hallarda oxunaqlı, insanı düşündürən məqalələrə təsadüf olunur. Yaxşı olardı ki, rəsmilik bir az bədiiliklə əvəz olunsun.
    – Qədir müəllim, məlumdur ki, Siz uzun müddətdir ki, bədii yaradıcılıqla da məşğulsunuz. Bu barədə nə deyə bilərsiniz?
    Mən bədii ədəbiyyatı, xüsusilə şeirləri çox sevdi-yimdən daim kitablar oxuyardım və şeirlər əzbərləyər- dim. Altıncı sinifdə oxuyar-kən ilk dəfə şeir yazdım və onu heç kimə göstərmədim. Belə-belə yazdığım şeirlərin sayını artırsam da bunları ha-mıdan gizli saxlayırdım. Universitetə qəbul olmağım mə- nim yaradıcılığımı aşkarladı. Universitetin qəzetində şeirlərim və məqalələrim çap olunmağa başladı. Bu yol məni respublika qəzetlərinə və radiosuna gətirib çıxardı. Sonralar isə əməkdaş olduğum qəzetlərdə və digər mətbuat orqanlarında yazılarım çap olunmağa başladı. Hazırda bir neçə kitab müəllifiyəm. İlk kitabım “Yadına düşəcəyəm” şeirlər toplusudur. Ikinci “Bənövşələr tez solur” kitabım Dövlət mükafatı laureatı, SSRİ Ali Sövetinin deputatı, Sosialist Əməyi Qəhrəmanı, respublikamızın adlı-sanlı pambıq ustası Sərdar İmrəliyevin həyat və fəaliyyətindən bəhs edir. Üçüncü “Anam–Allahım mənim” kitabında müxtəlif illərdə ictimai-siyasi, lirik və satirik mövzularda yazdığım şeirlər, Kəlbəcərin işğalına həsr olunmuş “Qəlbi yaralı dağlar” adlı poema toplanmışdır. Dördüncü “Məhəbbət işığında” kitabım isə povestlər, pyeslər, hekayələr, xatirələr və publisistik məqalələrdən ibarətdir. Indi isə şəxsi həyatımla bağlı “Mənim həyat romanım” publisistik kitab nəşr etdirmək fikrindəyəm.. Sağlıq olsun, onu da başa çatdıraram!
    –Qədir müəllim, məlumdur ki, xeyli vaxt partiya-sovet işində çalışmısınız. Bu, yaradıcılığınıza mane olmayıb ki?
    –Doğrudur, mənim həyatımın bir hissəsi bu sahə ilə əlaqəli olub. Belə ki, 1971-1973-cü illərdə Moskvada Sov.İKP MK yanında Ali Partiya məktəbini bitirmişəm. 1973-75-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitə-sinin sədri, 1975-1983-cü il
    lərdə Tərtər Rayon Partiya Komitəsinin ideoloji işlər üzrə katibi, 1983-1991-ci illərdə Rayon İcraiyyə Komitəsinin sədr müavini vəzifələrində işləmişəm. 1992-ci ilin avqust-oktyabr aylarında “Ağdərə” rayon qəzetinin redaktoru olmuşam. 1994-1996-cı illərdə “Kirpi” jurnalının bölgə müxbiri işləmişəm. Gördüyünüz kimi, mənim yenidən mətbuat aləminə qayıtmağım bir daha təsdiq edir ki, ədəbiyyata, jurnalistikaya bağlı insanam. 1996-cı ildən bu günə kimi Tərtər rayon Mətbuat Yayımı Şöbəsinin rəisiyəm.
    Qədir müəllim, istərdim ki, mətbuatla bağlı maraqlı bir xatirəni yada salasınız.
    –Dediniz, maraqlı bir hadi-sə yadıma düşdü. Kəlbəcər rayon qəzetinin redaktoru işləyən zaman, bacarıqlı, gənc mətbəə işçilərinə ehtiyac olduğu üçün, Bakı 3 №-li texniki peşə məktəbindən 2 nəfər gənc qızı təyinatla redaksiyada işə götürmüşdüm. Onların normal yaşayışını təmin etmişdim. Qızların birinin adı Şəkər, birinin isə Xurma idi. Bir nəfər də Haqverdi adında ailəli linotipçi varıydı. Bir gün işə gələrkən gördüm ki, Haqverdi sərxoş vəziyyətdə-di. Buna görə Haqverdini işdən azad etdim. Çox xahiş-minnət oldusa da qaytarmadım. Aradan bir neçə ay keçəndən sonra Xurma adlı qızın işə gəlmədiyini, kiminsə onu qaçırdığını söylədilər. Çox narahat oldum. Bu barədə qızın ailəsinə və hüquq-mühafizə orqanlarına xəbər verdim. Xeyli axtarışdan sonra məlum oldu ki, Haqverdi ailəsindən ayrılıb Xurmanı qaçırdıb. Elə həmin gün onun da əmrini verib işdən azad etdim. Mənim fikrimcə, qəzet işçisi hər cəhətdən nümunə olmalıdır.
    – Qədir müəllim, ailəniz barədə nə deyə bilərsiniz?
    –1965-ci ildə ailə qurmuşam. Üç övladım var. 2 qız, bir oğlan. Mehriban müəllim, Fəxriyyə həkimdir. Oğlum Yalçın isə iqtisadçıdır. Ukraynada yaşayır. Hər üçü ailəlidir.
    Qədir müəllim, milli mətbuatın 140 illiyi ilə əlaqədar mətbuat işçilərinə sözünüz.
    Bütün mətbuat işçilərini, o cümlədən “Yeni Tərtər” qəzetinin əməkdaşlarını bu yubiley münasibəti ilə təbrik edir, yazarların hər birinə saf düşüncə, iti qələm, arzulayıram.
    – Müsahibəyə görə çox sağ olun!

    Müsahibəni apardı:
    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 11:47

    Teqlər:

İsmarıclar bağlıdır.