Şəhərimizin Ədalət Paşayev küçəsində yeni mini stadion tikilir. Stadion əsasən futbol oyunu üçün nəzərdə tutulur. Bu idman meydançası uşaq və yeniyetmələrin boş vaxtlarını səmərəli keçirmələri məqsədi ilə inşa olunur. Daha ətraflı »
-
15OktXəbərlər YENİ MİNİ STADİON TİKİLİR üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
15OktXəbərlər BİNALARIN FASADLARI ÜZLƏNDİ üçün şərhlər bağlıdır
Rayonumuzun gözəlliyini daha da artıran Gənclər Mərkəzinin və təhsil
şöbəsinin inzibati binalarının fasad hissələri sökülərək yenidən aqlay və bəzək daşları ilə üzlənib. Daha ətraflı »Teqlər: Xəbərlər
-
15OktXəbərlər RAYON XƏBƏRLƏRİ üçün şərhlər bağlıdır
YEDDİ KƏNDƏ QAZ ÇƏKİLİ
R
Hazırda rayonumuzun 7 kəndində qaz çəkilişi davam etdirilir. Bunlar Borsunlu, Cəmilli, Qaradağlı, Aşağı Sarıcalı, Köçərli, Dəmirçilər və Sarov kəndləridir. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
15OktXəbərlər Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə xüsusi medal verildi üçün şərhlər bağlıdır
Avropa “Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqer Azərbaycanda idmanın inkişafı sahəsindəki xidmətlərinə, ədalətli oyunlar hərəkatına verdiyi dəstəyə və idmanda ədalət prinsiplərinə sadiqliyinə görə Prezident İlham Əliyevin Beynəlxalq “Fair Play” Hərəkatının xüsusi medalı ilə təltif olunduğunu dedi və mükafatı dövlətimizin başçısına təqdim etdi. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
09OktDigər 20 YAŞLI ŞƏHİD üçün şərhlər bağlıdır
Torpaqlarımızın bütövlüyü uğrunda gənc yaşlarında şəhidlik zirvəsinə ucalan yüzlərlə vətən oğullarından biri də Cabbarov Vüqar İsbəndiyar oğludur. O, 1972-ci ildə rayonumuzun Dəmirçilər kəndində anadan olub. Orta təhsilini də həmin kənd məktəbində alıb. Məktəb illərini başa vurduqdan sonra ikiillik hərbi xidmətə getdi. Qayıdandan sonra erməni iş-ğalçılarının vətənimizə hücumuna dözməyən Vüqar könüllü olaraq milli ordumuzun sıralarına yazıldı və yağı düşmənə qarşı mübarizəyə qoşuldu. Ağdərə istiqamətində gedən döyüşlərdə bir neçə kəndin erməni işğalçılarından təmizlənməsində mərdliklə vuruşdu. Daha ətraflı »
Teqlər: Digər
-
09OktXəbərlər Hazırlıq işləri davam edir üçün şərhlər bağlıdır
95 saylı Tərtər Dairə Seçki Komissiyası üzrə 38 seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələr siyasi kampaniyanın mütəşəkkil və demokratik şəkildə keçirilməsinə tam hazırdır. Bunların hamısı lazımi təlimatlar və təşviqat materialı ilə təmin edilib. 8 seçki məntəqəsində VEB kameralar quraşdırılıb.
DSK-dən bizə verilən məlumata görə, indiyə qədər 14 nəfər namizədliyinin qeydə alınması üçün müraciət edib. Bunlardan 10 nəfəri öz təşəbbüsü ilə, 1 nəfər Yeni Azərbaycan Partiyasının, 1-i Ümid, 1-i Müsavat, 1-i isə Böyük Qurtuluş partiyasının namizədidir. Müraciət edənlərdən indiyədək 13 nəfər imza vərəqələrini DSK-yə qaytarmış, 1 nəfər müddəti ötdüyü üçün qaytarmamış, 2 nəfəri qeydə alınmamışdan əvvəl öz namizədliyini geri götürmüş, 2 nəfəri isə qeydə alınmamışdır. 9 nəfərin namizədliyi qeydə alınmışdır.Teqlər: Xəbərlər
-
09OktXəbərlər SEÇİCİLƏRİN NƏZƏRİNƏ! üçün şərhlər bağlıdır
1 noyabr 2015-ci ildə keçiriləcək Parlament seçkilərində seçicilərlə görüşlərin keçirilməsi və seçkiqabağı təşviqat işlərinin aparılması ilə əlaqədar müəyyən edilmiş açıq və qapalı yerlər
95 saylı Tərtər Seçki Dairəsi üzrə
Tərtər şəhəri
Qapalı şərait üçün Tərtər şəhər “Gənclər Mərkəzi”nin akt zalı.
Açıq şərait üçün Tərtər şəhər stadionu.Teqlər: Xəbərlər
-
09OktXəbərlər Prokurorluq işçilərinin peşə bayramı üçün şərhlər bağlıdır
Bu günlərdə Heydər Əliyev Mərkəzində prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları öncə rayonun Mərkəzi meydanında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
09OktXəbərlər Növbəti əmək yarmarkası keçirildi üçün şərhlər bağlıdır
Bu günlərdə Tərtər Rayon Məşğulluq Mərkəzi işax-taran və işsiz vətəndaşların məşğulluğunu təmin etmək məqsədi ilə növbəti “Əmək yarmarkası” keçirib. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
09OktTəhsil ŞƏRƏFLİ PEŞƏ SAHİBLƏRİNİN BAYRAM ŞƏNLİYİ üçün şərhlər bağlıdır
Ümummilli Liderimiz Heydər Əliyev müəllim əməyini daim qiymətləndirmiş və demişdir: “Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimlikdən yüksək bir ad tanımıram”. Müəllimlər Günü münasibətilə rayonumuzdakı “Asiman” şadlıq sarayında təşkil olunan bayram tədbiri də məhz müəllimlərə rayonumuzun sayılıb-seçilən insan
larına həsr olunmuşdur. Daha ətraflı »Teqlər: Təhsil
Yeni ismarıclar