Bu günlərdə Heydər Əliyev Mərkəzində prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları öncə rayonun Mərkəzi meydanında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov 1 oktyabr–prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə onları təbrik edib, çətin və şərəfli peşələrində uğurlar diləyib.
Sonra Tərtər rayon prokuroru, baş ədliyyə müşaviri Azər Hətəmov çıxış edib. Əlamətdar gün münasibəti ilə tədbirə toplaşanları təbrik edib.
Rayonun hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Fuad Məmmədov Azərbaycan Prokurorluğunun yaranma tarixindən, onun keçdiyi şərəfli və keşməkeşli yoldan, bu sahədə Ulu Öndər Heydər Əliyevin gördüyü işlərdən ətraflı bəhs edib.
Tərtər rayon Prokurorluğunun müstəntiqi, II dərəcəli hüquqşünas Samir Abbasov peşə bayramı ilə bağlı məruzə söyləyib.
Tərtər rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidov, MTN-in Tərtər rayon Şöbəsinin rəisi Anar Əzizov tədbirdə çıxış ediblər.
“Yeni Tərtər”