Rayon Gənclər Mərkəzində 18 oktyabr–Dövlət Müstəqilliyi Gününə həsr olunmuş gənclərin rayon toplantısı keçrilib. Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov açıb. Daha ətraflı »
-
16OktDigər Müstəqillik gənclərin həyatında üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
16OktXəbərlər RƏSMİ STATİSTİKANIN 95 YAŞI TAMAM OLDU üçün şərhlər bağlıdır
Gənclər Mərkəzində 20 oktyabr –Ümumdünya Statistika Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Tərtər Rayon Statistika İdarəsinin kollektivi ilə yanaşı, idarə və müəssisə rəhbərləri, kənd İƏD üzrə nümayəndələr, statistika istifadəçiləri, media nümayən-dələri iştirak ediblər. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
16OktSəhiyyə QANVERMƏ AKSİYASI üçün şərhlər bağlıdır
Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun birgə təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilib. Aksiyada rayonda fəaliyyət göstərən bütün idarə və təşkilatların işçiləri, o cümlədən sıravi vətəndaşlar da həvəslə iştirak ediblər. Daha ətraflı »
Teqlər: Səhiyyə
-
15OktXəbərlər MÜSTƏQİLLİK GÜNÜ QEYD OLUNDU üçün şərhlər bağlıdır
Heydər Əliyev Mərkəzində 18 oktyabr Azərbaycanın Müstəqiliyi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP rayon təşkilatı aparatının işçiləri, təhsil və mədəniyyət sa-hələrinin təmsilçiləri iştirak ediblər. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
15OktXəbərlər TƏRTƏRDƏ SU VƏ KANALİZASİYA SİSTEMLƏRİ YENİDƏN QURULUR üçün şərhlər bağlıdır
Cəbhə bölgələrində sosial infrastruktur layihələrinin icrasını sürətləndirmək, rayon mərkəzində, kənd və qəsəbələrdə tikinti, abadlıq və quruculuq işlərini genişləndirmək hökumətin iqtisadi fəaliyyətinin əsas istiqamətlərindəndir. Bu sırada Tərtər rayonunda da az iş görülmür. Həmin iş sayəsində Tərtərin siması günbəgün dəyişir, kəndləri abadlaşır.
Hazırda rayon mərkəzinin və şəhərə yaxın Səhlabad kəndinin su və kanalizasiya sistemləri yenidən qurulur. İyun ayının ortalarından start götürən bu layihə İslam İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilir. Şəhərin ayrı-ayrı küçələrində 30-dan çox maşın-mexanizm işləyir. Tikintidə çalışan işçilərin ümumi sayı 160 nəfərə yaxındır. Daha ətraflı » -
15Oktİdman RAYON BİRİNCİLİYİ üçün şərhlər bağlıdır
Orta və ümumtəhsil məktəblərinin 1999-2000-ci il təvəllüdlü şagirdləri (oğlanlar) arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilib. Yarışın məqsədi voleybol idman növünün daha da inkişafına nail olmaq və orta məktəb şagirdlərində idman oyunlarına geniş maraq yaratmaq olub. Tədbirin açılışında Tərtər Rayon İcra Hakimiyyəti Başçısının müavini Elvin Umudov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb. Yarışda rayonun 16 orta və ümumtəhsil məktəblərinin komandaları, ümumilikdə isə 128 gənc idmançı iştirak edib. Daha ətraflı »
Teqlər: İdman
-
15OktMədəniyyət DAHİ BƏSTƏKARIN XATİRƏSİ ANILIB üçün şərhlər bağlıdır
Şəhər 5 saylı tam orta məktəbdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yubleyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə məktəbin şagirdi Orxan Mustafazadə görkəmli azərbaycanlı haqqında ətraflı məlumat verib, onun xalqımız qarşısında xidmətlərini diqqətə çatdırıb. Daha ətraflı »Teqlər: Mədəniyyət
-
15OktXəbərlər NÖVBƏTİ SƏYYAR GÖRÜŞ–QƏBUL üçün şərhlər bağlıdır
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun budəfəki səyyar görüş-qəbulu təmas xəttinə yaxın olan Borsunlu kəndində keçirildi. Tədbiri giriş sözü ilə icra başçısı açdı. Bildirdi ki, son bir ildə bizim Borsunlu camaatı ilə 3-cü görüşümüzdü. Kənd rayon mərkəzindən xeyli aralıda yerləşir. Biz rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri ilə gəlmişik ki, qayğı və problemlərinizi, rəy və təkliflərinizi yerində öyrənib, sizlərə kömək göstərək. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
15OktDigər HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ NİKAH MƏRASİMİ üçün şərhlər bağlıdır
Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasiminin keçirilməsi artıq bir ənənə halını alıb.
Bu günlərdə Tərtər şəhər sakini Allahverdiyev Samir Kamal oğlu ilə İsmayılbəyli kənd sakini Səfərova Samirə Rəsul qızının nikah mərasimi keçirilib. Yeni ailə quran gənclər öz doğmaları ilə birlikdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edərək, mərkəzdəki büstünün önünə gül-çiçək dəstələri qoyublar. Daha ətraflı »Teqlər: Digər
-
15OktTəhsil TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır
MÜƏLLİM ÖMRÜ
Bu günlərdə Söylən kənd tam orta məktəbinin riyaziyyat müəllimi Afaq Xəlilova Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təhsil sahəsində qazandığı uğurlara görə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Bu münasibətlə Afaq müəllimi təbrik edir, gələcək fəaliyyətində daha böyük nailiyyətlər, arzulayırıq.
*** Daha ətraflı »Teqlər: Təhsil
Yeni ismarıclar