Hətta iblis də öz cəhənnəmində nəzakətli və sözəbaxan mələklərin olmasını istəyərdi.
V. Qjeqorçik.
Bədənin – ömür boyunca gəzdirdiyin yükdür. O nə qədər ağırdısa, səfərin də bir o qədər qısa olur.
A. Qlazqou.
Puldan daha vacib şeylər var, amma pulsuz onları ala bilməzsən.
P. Merime.
Dərd çəkmək – avaralanmağın bir növüdür.
S. Conson.
Göstərişlə edilən xeyirxahlıq – xeyirxahlıq deyil.
İvan Turqenev.
Xeyirxahlıq etmək xeyirxah olmaqdan J. Volfram. Daha ətraflı »
-
29FevƏdəbiyyat AFORİZMLƏR üçün şərhlər bağlıdır
Teqlər: Ədəbiyyat
-
29FevƏdəbiyyat ATALAR SÖZLƏRİ üçün şərhlər bağlıdır
Ağıl yaşda olmaz, başda olar.
Ağıllı baş hər şeydən mənfəət götürər.
Ağıllı qəm yeyər, ağılsız qamçı.
Ağıllı fikir edincə, dəli Kürdən keçər.
Bacarıq ağılın nişanəsidir.
Ağıl çox – pul yox, ağıl yox – pul çox.
Ağıllı olan bir dəfə aldanar.
Ağır otur, batman gəl.
Adam var ki, adamların naxşıdır,
Adam var ki, dindirməsən yaxşıdır.Səhifəni hazırladı: Türkan
Teqlər: Ədəbiyyat
-
29Fev
Bir əsgər əsgərlikdə sevgilisinə o qədər məktub yollayır ki, axırda qız poçtalyonla evlənir..)
***
Qız – Əzizim, şəklini mənə göndərərsən?
Oğlan – Caaaaaan, ürəyim, darıxmısan?
Qız -Yox canım, qəzetdən Öküz şəkli
tapmışam, aranızdakı 7 fərqi axtaracam.
Qız: Bəs sənin çoxlu pulun, maşının,
villan varıydı. Nə oldu bəs?
Mamed: İmkan verdinmi ki, deyim
zarafat eliyirəm Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
29FevƏdəbiyyat MARAQLI FAKTLAR üçün şərhlər bağlıdır
Neftin cəmi 1 damlası 25 litr içməli suyu yararsız hala salır.
Las-Veqasın kazinolarında bir dənə də olsun saat yoxdur.
Tarif – Aralıq dənizində yerləşən adadır və bura ilk yer idi ki, limanda dayanacağa görə pul almırdılar.
Xeops ehramının plitələri arasından ülgüc də keçirtmək mümkün deyil.
Qırmızı dodaq boyası çəkən qadınlar hamıdan çox gülürlər.
Dünyada ən bahalı hobbi bağçılıq hesab olunur.
İnsanın dilində əks olunan izlər barmaq izi qədər təkrarolunmazdır.Teqlər: Ədəbiyyat
-
29FevƏdəbiyyat DAHİLƏRİN HƏYATINDAN üçün şərhlər bağlıdır
A. Amper – fransız fiziki və riyaziyatçısı. Amper heç vaxt məktəbdə oxumayıb, evdə təhsil alıb.Amperin on dörd yaşı olanda əsas bilik mənbəyi “ Ensiklopediya”nın iyirmı cildini oxuyub qurtarıb.
A. Eynşteyn uşaqlıqda heç də istedadlı olmayıb, 9 yaşında səlist danışa bilməyib. I0 yaşından sonra Eynşteynnin intelekti və xasiyyəti formalaşmağa başlayıb.
Qiymətləri 3-4 olub.
İkinci il ali məktəbə daxil olub, birtəhər institut bitirib, işsiz qalıb. Əvvəllər çox maddi çətinlik çəkən alim Allahın varlığına inanırdı, dindar idi.. Şəxsiyyətə pərəstişi sevirdi. 76 Yaşında alim vəfat edib.Teqlər: Ədəbiyyat
-
29FevKənd təsərrüfatı Kənd təsərrüfatı prioritet sahədir üçün şərhlər bağlıdır
DAİM DƏSTƏKLƏYİRİK
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, başda özüm olmaqla hər bir dövlət məmuru xalqın xidmətçisidir. Ona görə də bir sıra dövlət məmurlarının sadə vətəndaşlara yuxarıdan aşağıya baxması yolverilməz bir haldır.
Prezidentimizin biz sadə əmək adamlarının qayğısına qalmasını ölkədə hamı ürəkdən alqışlayır, onu sevir, daim onunla birgə olmağımızdan qürur duyuruq. Çünki hər bir sahədə çalışan insan, istər əkinçi olsun, istər maldar, istərsə də başqa peşə sahibi, düşünür ki, onun əməyinə qiymət verən, arxasında duran ölkə başçısı var. İndi insanları var qüvvə ilə işləməyə, torpağı sevməyə, ondan bol məhsul götürməyə ruhlandıran da budur.
Mən özüm çoxdan təsərrüfatla məşğul olan adamam. Uzun müddət pambıqçılıq briqadiri işləmişəm. Həmişə də briqa-damızın adı qabaqcıllar sırasında çəkilib. Daha ətraflı »Teqlər: Kənd Təsərufat, Kənd təsərrüfatı
-
29FevKənd təsərrüfatı ƏRZAQ BOLLUĞUNUN ƏSASI QIŞ AYLARINDA QOYULUR üçün şərhlər bağlıdır
Seydimli kəndinin sakinləri hələ sovet dönəmindən təsərrüfata fərqli münasibətləri ilə seçiliblər. O illərdə ənənəvi pambıqçılıqla yanaşı əhali həm də fərdi qaydada həyətyanı sahələrdə meyvə, tərəvəz, çiyələk becərilməsinə maraq göstərirdi. Bu fərqlilik indi də seydimlilərin həyatında müşahidə olunur.
Hazırda burada bağçılığın inkişafına daha çox diqqət yetirilir. Bu iş elə qurulub ki, yetişdirilən meyvənin bazarı olsun. Ən iri bağ sahibkarları Nəsib Vəliyev (15 hektar), Ələkbər Abdullayev (4,8 hektar ) və Vahid Musayevdir ( 3 hektar).
Onlar yetişdirdikləri xurma, ərik və digər meyvələri əsasən Rusiyaya ixrac edirlər. Seydimli kənd İƏD üzrə icra nü-mayəndəsi Güloğlan Kərimovun dediyinə görə, bu il xurma bağlarında məhsul bol olub və onun satışı yaxşı təşkil edilib. Daha ətraflı »Teqlər: Kənd Təsərufatı, Kənd təsərrüfatı
-
29FevKənd təsərrüfatı TƏSƏRRÜFATIMIZI İNKİŞAF ETDİRƏCƏYİK üçün şərhlər bağlıdır
Ölkə Prezidenti möhtərəm İlham Əliyevin sahibkarlara, fermerlərə, eləcə də ailə fermer təsərrüfatlarının üzvlərinə köməklik göstərməsi bizləri daha yaxşı işləməyə, Prezidentimizin ətrafında sıx birləşməyə şövq edir.
Mən özüm Ağdam köçkünüyəm. Xeyli vaxdır ki, Hüsənli kəndində dövlət torpağını icarəyə götürüb taxıl əkib becərirəm. Otən il 8 hektara taxıl səpmişdik. Becərmə, suvarma işlərini vaxtında aqrotexniki qaydalar əsasında apardığımız üçün hektarın məhsuldarlığı nəzərdə tutulandan çox oldu. Hər hektardan 35 sentner taxıl götürdük. Cari ilin bol məhsulu üçün taxıl sahələrini 2 hektar da artıraraq 10 hektara çatdırmışıq. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
29FevKənd təsərrüfatı KƏNDLƏRİMİZDƏ QAZLAŞDIRMA İŞLƏRİ DAVAM EDİR üçün şərhlər bağlıdır
Ermənilərlə 48 kilometr təmas xəttində yerləşən rayonumuzun kəndlərində qazlaşdırma işləri sürətlə davam etdirilir. Qeyd edək ki, rayonumuzun 51 yaşayış məntəqəsi var. Rayon mərkəzi də daxil olmaqla 32 yaşayış məntəqəsində abunəçilər mavi qaz yanacağından istifadə edirlər. Təkcə 2015-ci ildə rayonumuzun 14 iri yaşayış məntəqəsinə mavi yanacaq verilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov özü kəndlərdə aparılan qazlaşdırma işlərini xüsusi nəzarətdə saxlayır.
Ötən il Mamırlı, Poladlı, Kəngərli, BalaKəngərli, Borsunlu, Təzəkənd, Hacıqərvənd, Cəmilli kəndlərinin sakinləri mavi qaz yanacağından istifadə etməyə başlayıblar. Daha ətraflı »Teqlər: Kənd Təsərufatı, Kənd təsərrüfatı
-
29FevDigər “2015-2025-ci İLLƏRDƏ AZƏRBAYCAN GƏNCLƏRİNİN İNKİŞAF STRATEGİYASI”NIN HƏYATA KEÇİRİLMƏSİ GƏNCLƏRİN FƏALLIĞINI ARTIRIR üçün şərhlər bağlıdır
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, ölkə başçısının “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması bir daha dövlətimizin gəncliyə verdiyi önəmin parlaq göstəricisdir. Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Strategiyada vurğulanır ki, son 10 ildə Azərbaycan bütün sahələrdə mühüm uğurlar qazanıb, insan potensialının inkişafına görə “orta insan inkişafı ölkələri” qrupundan “yüksək insan inkişafı ölkələri” kateqoriyasına daxil olub. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar