Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Fev

    publika.az1432883808Prezident İlham ƏliyevÜmummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, ölkə başçısının “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması bir daha dövlətimizin gəncliyə verdiyi önəmin parlaq göstəricisdir. Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Strategiyada vurğulanır ki, son 10 ildə Azərbaycan bütün sahələrdə mühüm uğurlar qazanıb, insan potensialının inkişafına görə “orta insan inkişafı ölkələri” qrupundan “yüksək insan inkişafı ölkələri” kateqoriyasına daxil olub. Bu, əhalinin müxtəlif təbəqələri, o cümlədən gənclər üçün iqtisadi imkanların yeni səviyyədə yaradılması, hüquqların genişləndirilməsi və maddi təminatın möhkəmləndirilməsi deməkdir.
    29 yanvar 2016-ci il tarixində Prezident İlham Əliyev ölkənin bir qrup gəncləri ilə görüşündə bir daha gənclərin öz üzərlərində çox işləyərək bilik, bacarıqlarının inkişaf etdirilməsinin zəruriliyini qeyd etdi: “…..indiki dövrdə biz Azərbaycana qabaqcıl texnologiyaları gətirməliyik və kadr potensialı da hazırlanmalıdır ki, gələcəkdə texnoloji tərəqqidən kənarda qalmayaq. Bundan sonrakı dövrdə həm siyasi müstəvidə, həm də iqtisadi və hərbi sahələrdə texno-logiyalar, bilik, savad hər şeyi həll edəcək”.
    “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq idarəmiz tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
    Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edil-məsi məqsədilə ümumtəhsil məktəblərinin XI sinif şagirdləri arasında “Heydər Əliyev mənim üçün kimdir?” mövzusunda inşa yazı müsabiqəsi, rayon gənclərinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclərin toplantısı, ümumtəhsil məktəblərinin şagirdləri arasında bilik yarışıları, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri arasında şahmat yarışı, ümumtəhsil məktəblərinin şagirdləri arasında voleybol, mini-futbol idman növləri üzrə rayon birincilikləri keçirilmişdir. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq üzrə açıq zona birinciliyi təşkil olunmuşdur. Birincilikdə 8 rayonun komandası iştirak edərək, komanda hesabına görə Tərtər rayonu I yerə, Samux rayonu II yerə, Bərdə rayonunun komandası isə III yerə layiq görülmüşdür.
    Rayonda gənclərin idmanla məş-ğul olması üçün müasir idman infrastrukturu yaradılır, buna bariz nümunə kimi inşası başa çatmaq üzrə olan Şahmat məktəbini, o cümlədən tikintisinə başlanılan Olimpiya İdman Kompleksini misal göstərmək olar. Rayonumuzda istifadəyə verilmiş süni örtüklü mini futbol meydançaları gənclərin asudə vaxtlarının səmərəli təşkili və idmanın kütləviliyinə nail olmaq üçün mühün rol oynamışdır.
    Göründüyü kimi, yürüdülən gənc-lər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi demokratikləşmə prosesində iştirak edir, idman, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər. Təbii ki, fəal gənclər dövlətin, rayon icra hakimiyyətinin, eləcə də idarəmizin diqqətindən kənarda qalmır. Belə ki, 2 fevral 2016-ci il tarixində Tərtər rayonunda ümumrayon gənclərinin Gənclər Gününə həsr olunmuş toplantısı keçirilmişdir. Rayonun ictimai-siyasi həyatında, idmanda, təhsildə qazandıqları uğurlara görə 31 nəfər fəal gənc rayon icra hakimiyyəti, gənclər və idman idarəsi tərəfindən Fəxri Fərman, diplom və qiymətli hədiyyələrlə təltif olundu.
    Hesab edirəm ki, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” gənc nəslin gələcəyə hazırlanması baxımından müstəsna əhəmiyyət kəsb edir. Çünki gələcək gənclərindir və onların yüksək səviyyədə formalaşdırılması cəmiyyətimizin intellektual potensialının gücləndirilməsində xüsusi rol oynayır

    Səadət Hüseynova,

    Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi əvəzi

    .

    Müəllif: Redaktor, 11:51

    Teqlər:

İsmarıclar bağlıdır.