Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Mar
    Digər IV QLOBAL BAKI FORUMU KEÇİRİLİB üçün şərhlər bağlıdır

    ilham əliyevAzərbaycanın paytaxtında “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu keçirilib.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.
    Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldın açıb.
    Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.
    Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Qarşılıqlı Fəaliyyət Şurası, Madrid Klubu, İs-gəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində ke-çirilib.
    Dördüncü Qlobal Bakı Forumunda 53 ölkədən 300-dən çox nümayəndə iştirak edib. İki gün davam edən Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya, qlobal təhlükəsizliyin təmin olunması kimi aktual məsələlər müzakirə edilib. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxil edilmişdir.

    Teqlər:

  • 18Mar
    Digər MEHRİBAN XANIM ƏLİYEVAYA MACARISTANIN ORDENİ TƏQDİM EDİLİB üçün şərhlər bağlıdır

    qlg504ih4q6p7146hbl4tmnv67mehriban1Macarıstanın Baş naziri Viktor Orba ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordenini təqdim edib.
    O, mərasimdə çıxış edib. Macarıstanın Baş naziri Viktor Orba bildirib ki, bu orden macar xalqını özündə təcəssüm etdirir və Macarıstan Prezidentinin qərarı ilə təqdim olunur. Yüksək mükafat macar xalqının Mehriban xanıma olan hörmət və ehtiramını ifadə edir.
    Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Macarıstan dövlətinin yüksək mükafatı ilə təltif edildiyinə görə dərin təşəkkürünü bildirib. O deyib ki, Azərbaycan ilə Macarıstanı qarşılıqlı dəstək, hörmətə əsaslanan dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq bağlayır. Ölkələrimiz bir çox sahələrdə sıx əlaqələr qurub.
    Mən çox xoşbəxtəm ki, rəhbərlik etdiyim Heydər Əliyev Fondu ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinə öz töhfəsini verir.

    Teqlər:

  • 18Mar
    Tərtər RİH-də Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun Novruz bayramı münasibəti ilə TƏBRİKİ üçün şərhlər bağlıdır

    Əziz tərtərlilər! Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının ta qədimlərdən qoruyub saxladığı, bu günümüzə qədər gətirdiyi Novruz bayramının özünəməxsus yeri vardır. Novruzun gəlişi o deməkdir ki, təbiət oyanır, ana torpaq cana gəlir, həyat yeniləşir, bu yeniləşmə, bu oyanış insanların həyatında, qəlbində öz yerini tutur.
    Əsrarəngiz təbiəti və zəhmətsevər insanları olan Tərtər torpağında yazın gəlişi xüsusi ilə gözəldir.
    Möhtərəm Prezidentimizin Tərtərə və tərtərlilərə göstərdiyi qayğının nəticəsidir ki, rayonumuz son zamanlar xüsusilə gözəlləşib, tanınmaz olub. Hər bir tərtərlinin yaxından köməkliyi nəticəsində bu gözəllik, yenilik, yaxşıya doğru dəyişir, günbəgün artır, çoxalır.
    Bütün bunlarla yanaşı Novruz həm də paklıq, barışıq, ruzi-bərəkət bayramıdır. Arzu edirəm ki, hər birinizin ürəyində bahar kimi təmiz və ülvi hisslər yaşansın. Səmamız aydın, ocaqlarımız isti, süfrələrimiz ruzili və bərəkətli olsun. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Açılışlar DAHA BİR YAŞAYIŞ MƏNTƏQƏSİ TƏBİİ QAZLA TƏMİN OLUNDU üçün şərhlər bağlıdır

    DSC_7582 (Копировать) (1)Tərtər rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələrinin sırasına Bəyimsarov kəndi də əlavə olunub. 691 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 20 min 969 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
    Çıxış edən sakinlər bayram ərəfəsində kəndlərinə təbii qazın verilməsinə, regionların inkişafına, əhalinin sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək təbii qazın verilməsi münasibəti ilə sakinləri təbrik etdi. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Milli-mənəvi dəyərlər ANA DİLİMİZ MİLLİ SƏRVƏTİMİZDİR üçün şərhlər bağlıdır

    005Şəhər 6 saylı tam orta məktəbində Beynəlxalq Ana Dili Günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.
    Sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini Zülfiyyə Abdullayeva bildirdi ki, dünyada Beynəlxalq Ana Dili Günü 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO tərəfindən təsis edilmişdir.
    Dil real və mücərrəd irsin qorunması və inkişaf etdirilməsi üçün ən mühüm bir amildir. Millətin dilinin dövlət statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.
    2002-ci il sentyabrın 30-da Azərbaycan Respublikasında “Dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində irəliyə doğru daha bir addım olmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Xəbərlər TƏRTƏRLİLƏR DƏ İDEA İCTİMAİ BİRLİYİNİN TƏŞƏBBÜSUNƏ QOŞULUBLAR üçün şərhlər bağlıdır

    0b7b3c91eebcfeb2b356023320ef9bafÖlkəmizdə ekologiyanın və ətraf mühitin qorunması, yaşıllıqların salınması ilə bağlı İDEA İctimai Birliyinin təşəbbüsü tərtərlilər tərəfindən də geniş dəstəklənir.
    Bu münasibətlə keçirilən növbəti ağacəkmə aksiyasında rayonun idarə, müəssisə və təşkilatları, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, bələdiyyələr, rayonun digər sakinləri iştirak etmişdirlər. İlk növbədə, ərazilərdə təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınmış, mineral gübrələr səpilmişdir. “Tərtər-Bərdə,” “Tərtər-Ağdam” avtomobil yollarının kənarlarında, şəhərin Heydər Əliyev prospektində və Nizami, Elman Hüseynov, Ə.Paşayev, Mahir Əsədov küçələrində əsasən rayonda yetişdirilən, yerli təbiətə uyğunlaşdırılmış müxtəlif növ ağac və gül kolları əkilmişdir. Ağacların suvarılmasına su maşınları cəlb edilmiş, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi təmin olunmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Ədəbiyyat Elimizə bahar gəlir üçün şərhlər bağlıdır

    İTMƏYƏN ÜMİDLƏRİMİZDƏN,TÜKƏNMƏYƏN ARZULARIMIZDAN XƏBƏR VERƏN BAYRAM

    novruzTanrının taleyimiz kimi bizə təmənnasız bəxş etdiyi bir çox xoşbəxtliklərdən biri, bəlkə də elə birincisi, min nazı, işvəsi ilə könül dünyamızı, həyatımızı büsbütün təzələyib, dəyişən Novruz bayramıdır. Fəsillərin dəyişdiyi, gecə ilə gündüzün bərabərləşdiyi bir vaxtda istər-istəməz insan ruhu da təzələnir, dəyişir. Daş altından küskün-küskün boylanan bənövşə, dünyaya sevgi , sevinc bəxş etməyə hazır olan nazlı, qəmzəli nov-ruzgülü, ilk baharın carçısı sayılan qaranquşların dönüşü itməyən ümidlərimizdən, tükənməyən arzularımızdan, bir də hər bir insan övladının içində gizlicə yaşatdığı sevgidən xəbər verir.
    Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, yaz fəsli başlayır.
    Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın, sağlamlığın, firavanlığın başlanğıcıdır. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Ədəbiyyat NAĞILLAŞAN KƏNDİN NOVRUZLU GÜNLƏRİ üçün şərhlər bağlıdır

    soyud-1334Uşaqlıq yaddaşımın müqəddəs səhifələrini vərəqləyirəm hərdən. Düşürəm uşaqlıq adlı bir heyrət dünyasına. Yorulmuş, görmək istəmədiklərini görməkdən usanmış gözlərim qarşısında əzəli və saf təbiətin ana qucağında, meşəli dağlarla əhatələnmiş gözəl bir vadidə ilahi bir kənd canlanır. Başı üzərində ağsaçlı Murovun qoşa zirvəsi ucalır. İlkinliyini hifz edə bilmiş ucsuz-bucaqsız meşələri bir təbiət sərgisi, təbiət muzeyidir; qucağında itərsən, əriyərsən, təbiətləşib təbiətin bir zərrəsi olmaq bəxtəvərliyinə qovuşarsan. Quşların nəğməsi çayların nəğməsinə, bulaqların zümzüməsinə qarışır. Mayası günəş işığı və hərarətindən yoğrulmuş ağ gündüzləri əzəmətli bir həyat himnidir. Nənələrin şirin nağılına bənzər gecələrinin tamaşasına ay çıxır, laylasını Tərtər, Ağçay, Arxana çalır. Zümrüd çəmənlərində bir dünyanın minbir çiçəyi boy verir, həyata, yaranışa, gözəlliyə, Ulu Yaradana minnətdarlıqla dolu təbəssümlər göndərir, ətirli nəfəsi ilə bir behişt ab-ha-vası yaradır. Nazlı sular sonası, Göy-gölün əkiz bacısı Sərsənggöl ayna tutur təbiətin ürəyində yuvalanmış, obalanmış bu kəndin mübarək hüsnünə. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Ədəbiyyat BAHARI GÖZLƏYİRƏM! üçün şərhlər bağlıdır

    1394621682_1271953580_airena-wallapack-84-spring-12Baharı gözləyirəm, səssiz-səmirsiz, quşların nəğməsini eşidim, bənövşənin, nərgizin, süsənin qoxusunu duyum, bağ-bağatın otunun, ağacların çiçəyinin ətrindən ciyərimə doyunca çəkim.
    Baharı gözləyirəm, dərd-sərimizi, ağrı-acılarımızı qışın qarına-buzuna qatıb sellər-sularla axıdaraq xoş günlərə, firavanlığa, sağlamlığa çıxaq.
    Baharı gözləyirəm, ilk qaranquş dəstəsi düşmən tapdağındakı torpaqlardan, Şuşadan, Laçından, Kəlbəcərdən, Dərələyəzdən, Zəngəzurdan, Göyçədən, daha neçə-neçə həsrət qal-dığımız elatlardan müjdə gətirsin, illərin ayrılığına son qoyulsun.
    Baharı gözləyirəm, Xan qızı Natavanın, Dədə Şəmşirin, pələsəng ruhları yollardan yığılsın, dağlarımızın, bulaqlarımızın, kol-kos basmış qəbirlərimizin üstünə ağı deyə-deyə yox, həsrətdən dodağı çatlamış halda özümüzü çatdıraq. Daha ətraflı »

    Teqlər:

  • 10Mar
    Digər Təbrik edirik! üçün şərhlər bağlıdır

    İrasim“Yeni Tərtər” qəzetinin kollektivi qəzetimizin yaxın dostu,texnika elmləri doktoru, professor Rasim Axundovu ad günü münasibəti ilə təbrik edir, ona cansağlığı, elmin tərəqqisində yeni-yeni uğurlar, ömrün müdrik çağında xoş ovqat və yüksək əhval-ruhiyyə arzulayır!

     

    Teqlər: