Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Mar

    İTMƏYƏN ÜMİDLƏRİMİZDƏN,TÜKƏNMƏYƏN ARZULARIMIZDAN XƏBƏR VERƏN BAYRAM

    novruzTanrının taleyimiz kimi bizə təmənnasız bəxş etdiyi bir çox xoşbəxtliklərdən biri, bəlkə də elə birincisi, min nazı, işvəsi ilə könül dünyamızı, həyatımızı büsbütün təzələyib, dəyişən Novruz bayramıdır. Fəsillərin dəyişdiyi, gecə ilə gündüzün bərabərləşdiyi bir vaxtda istər-istəməz insan ruhu da təzələnir, dəyişir. Daş altından küskün-küskün boylanan bənövşə, dünyaya sevgi , sevinc bəxş etməyə hazır olan nazlı, qəmzəli nov-ruzgülü, ilk baharın carçısı sayılan qaranquşların dönüşü itməyən ümidlərimizdən, tükənməyən arzularımızdan, bir də hər bir insan övladının içində gizlicə yaşatdığı sevgidən xəbər verir.
    Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, yaz fəsli başlayır.
    Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın, sağlamlığın, firavanlığın başlanğıcıdır.
    Novruz bayramına qədər olan müddətdəki 4 ünsürün adı ilə bağlı 4 çərşənbənin, süfrəyə düzüləcək “S” hərfi ilə başlayan 7 təamı, bişirilən şirniyyatları, ilaxır çərşənbədə hər kəsin min bir ümidlə qulaq falında eşitdiyi söz bu bayramın minilliklər boyu sınaqdan çıxarılıb milli mənəvi dəyərləri özündə birləşdirən, müqəddəs gün olduğundan xəbər verirlər.
    Mən də sizlərin hər birinə bu gözlənilən, arzulanan bayram ərəfəsində sağ can, bol ruzi, yalandan, fitnədən, böhtandan, şərdən uzaq sevinc, sevgi dolu ömür diləyirəm. Həyatınızda yanan işıq hər zaman göyərdəcəyiniz səməni kimi yaşıl olsun, ocaqlarınız çərşənbə tonqalı kimi gur yansın, arzularınız bitib tükənməsin!
    Arzu edirəm gələn Novruzu gözü yolda, qulağı səsdə, min bir intizar və həsrətlə öz sahibini gözləyən, yağı tapdağından, həsrətdən göyüm-göyüm göynəyən yurd yerlərimizdə qeyd edək, bayram tonqallarını Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə qalayaq və hamımız bir səslə deyək:

    GÖZÜN AYDIN, AZƏRBAYCAN!
    Əfruz Babayeva,
    Sarov kəndi,

    Müəllif: Redaktor, 11:02

    Teqlər:

İsmarıclar bağlıdır.