18Apr
Aprelin 2-dən başlayaraq düşmənlə təmas xəttində baş verən hadisələr keçmiş döyüşçülərə xüsusilə təsir etmişdir. İndi hamı cəbhəyə getməyə can atır. “Tərtər” Özünümüdafiə Batalyonunda vaxtilə mərdliklə döyüşən insanlar yenə də mübarizəyə hazır olduqlarını bildirirlər. Biz Ali Baş Komandan cənab İlham Əliyevin əmrini gözləyirik.
Düşmənin artilleriya hücumları nəticəsində rayonumuzun dinc əhalisinə də ziyan dəymişdir. Amma heç kim öz evini tərk etməmişdir. Əksinə, bu hadisələr zamanı rayondan kənarda, müxtəlif şəhərlərdə yaşayan həmyerlilərimiz, təkcə həmyerlilərimiz yox, elə bütün vətənpərvər insanlar Tərtərə gəlib bizimlə birgə olduqlarını nümayiş etdirdilər. Bu birlik mütləq bizi qələbəyə çatdıracaq.
Nizami Heydərov,
keçmiş döyüşçü, “Azərbaycan Bayrağı”ordenli
Teqlər: Digər
18Apr
Erməni silahlı birləşmələrinin aprelin 2-dən başlayan artilleriya zərbələri nəticəsində Tərtər rayonuna xeyli ziyan dəyib.
Tərtər Rayon İcra Hakimiyyətindən bildirirlər ki, erməni silahlıları tərəfindən yaşayış məntəqələrinə atılan mərmilər nəticəsində Tərtər şəhərində 22, Ağkənd kəndində 5, Çaylı kəndində 8, Şıxarx qəsəbəsində 35, Azadqaraqoyunlu kəndində 2, Düyərli kəndində 2, Qapanlı kəndində 51, Yuxarı Qaradağlı kəndində 47, Qaraağacı kəndində 19, Seydimli kəndində 1 olmaqla, 192 fərdi yaşayış evinə ziyan dəyib. Bunlardan 26 ev tamamilə dağılıb, 124 evin dam örtüyü, qapı-pəncərə blokları və pəncərə şüşələri sıradan çıxıb, 42 evin divarında çatlar əmələ gəlib. 46 yardımçı tikili yararsız vəziyyətə düşüb. Qaraağacı kəndindəki tam orta məktəb binasının divarı, dam örtüyü, qapı-pəncərə blokları və Qapanlı tibb məntəqəsinin pəncərələri də sıradan çıxıb. Daha ətraflı »
Teqlər: Xəbərlər
18Apr
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə bir qrup xarici media nümayəndəsi cəbhə bölgəsində olub. Qrupun tərkibinə “Al Jazeera International”, “Reuters”, “Associated Press” “France-Presse”, Rusiyadan “Kommersant”, “Komso-molskaya pravda”, “Novaya vremya”, Türkiyədən “Anadolu” agentliyi, “Milliyyət” qəzeti, TRT, İran və Çindən olan jurnalistlər və bir sıra başqa ölkələrin media orqanlarının nümayəndələri daxildir.
Xarici jurnalistlər Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşüb, cəbhə xəttindəki vəziyyətlə maraqlanıblar.
Sonra KİV nümayəndələri Azərbaycan hərbçilərinin müşayiəti ilə cəbhə bölgəsinin ön xəttini, həmçinin bir neçə gün əvvəl Azərbaycan Ordusu tərəfindən azad olunaraq nəzarətə götürülən Lələtəpə yüksəkliyini kənardan müşahidə ediblər. Daha ətraflı »
Teqlər: Xəbərlər
18Apr
MOLLA PƏNAH VAQİF TƏRTƏRDƏ YAŞAMIŞDIR
XVIII əsrin görkiəmli Azarbaycan sairi Molla Pənah Vaqif 1717-ci ildə Qazax rayonunun Qıraqsalahlı kəndində anadan olmuşdur. O, mükəmməl təhsil almış astronomiya ilə maraqlanıb, bacarıqlı memar olmuşdur. Molla Pənah Vaqif fars, ərəb dillərini gözəl öyrənmişdir. 1750-ci ilin axırlarında öz ailəsi ilə birlikdə Qarabağın Tərtər mahalına köçüb gələn şair bir müddət burada yaşayıb-yaradır.
Mənbələrdə göstərilir ki, Molla Pənah Vaqif Tərtərbasarın Sarıcalı kəndində məktəb açaraq orada müəllimlik etmişdir.
Bir neçə il bundan əvvəl bu məsələ ilə əlaqədar Sarıcalı kəndinə getdim. Nəsillərin yaddaşında qalanlar budur ki. Vaqif tez-tez Tərtər çayına tamaşa edərmiş. Haylı-haraylı çayı seyr etməkdən çox xoşlanarmış. Görünür, şair Tərtərin sahillərində yazıb-yaradırmış. Məni çox maraqlandıran bir sual vardı qarşımda. Görəsən Molla Pənah Vaqif Tərtərdə neçə il yaşamışdır. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
18Apr
1923-cü ildən 1991-ci ilə kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti keçmiş SSR-i Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyi daxilində fəaliyyət göstərmişdir. İkinci dünya müharibəsi zamanı cəmiyyət tərəfindən təşkil edilmiş şəfqət bacıları kurslarını xüsusi qeyd etmək lazımdır. O zaman bu kursları bitirənlər döyüş bölgələrində minlərlə insanın həyatını xilas etmişlər. Şəfqət bacılarından 2 nəfəri xüsusi fədakarlıqlarına görə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının yüksək mükafatı- “Florens Naytingel” medalı ilə təltif edilmişlər.
1992-ci ilin martında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin müraciəti ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Respublikada nümayəndəliyi açılmışdır.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 7 fundamental prinsipləri var. Bunlar-İnsansevərlik, qərəzsizlik , neytrallıq, müstəqillik könüllülük, birlik, universallıqdır. Daha ətraflı »
Teqlər: Sosial
18Apr
YAŞAMAQ ÜÇÜN TƏBİƏTİ QORUMALIYIQ
Ailəmiz Zeynəb Əhmədova küçəsində yaşayır. Buranı Axundov küçəsinin kiçik qolu da hesab etmək olar. Vaxtilə küçəmizdən üç arx keçirdi. İndi bunların ikisində su olmur. Yalnız Təley arxı gecə-gündüz öz gur, bərəkətli sularını məhsul əkib-becərən kənd əməkçilərinə çatdırmağa tələsir.
Ermənilər sərsəngdən gələn suyun qarşısını kəsəndən, alternativ su mənbələri axtarmağa başlamışıq və indi rayonumuzda subarterian quyularının sayı gündən-günə çoxalır. Əlbəttə, bu, vəziyyətdən çıxış yoludur. Amma ağsaqqallar deyirlər ki, yerin təkindən çıxan su başlanğıcını uca dağlardan götürərək, minbir minerallarla zənginləşən suyun yerini heç zaman verməz. Ona görə də insanlar arx sularının qədrini daha çox bilməlidirlər. Bəs biz nə edirik? Əlimizə keçən zibili arxlara töküb bunları bərbad vəziyyətə salırıq.
Hər səhər Təley arxının yanından keçib nəvəmi məktəbə aparıram. O da sualı-sual ardınca yağdırır: Daha ətraflı »
Teqlər: Digər
07Apr

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Nevada Ştat Assambleyasının spikeri Con Həmbrik (John Hambrick) ilə görüşüb. Qeyd edək ki, 29 aprel 2015-ci ildə Con Həmbrikin birbaşa dəstəyi ilə Nevada Ştat Assambleyası (Parlamenti) tərəfindən Azərbaycanda mövcud olan multikultural durum və tolerantlıq ənənələrinin təqdir olunduğu sənəd qəbul edilib.
Dövlət müşaviri Kamal Abdullayev qonağı salamlayıb, Azərbaycanla bağlı xeyirxah fəaliyyətinə görə Con Həmbrikə minnətdarlığını bildirib: “Azərbaycanda sizi yaxşı tanıyırlar. Ədalətin tərəfində olduğunuz üçün sizə təşəkkür edirik. Azərbaycan Prezidenti cənab İlham Əliyev həmişə deyir ki, Dağlıq Qarabağ problemində həmişə dünya ictimaiyyətinin dəstəyinə arxalanırıq. Siz də dünya ictimaiyyətinin dəyərli nümayəndələrindən birisiniz. Xalqımız Azərbaycanla bağlı gördüyünüz işlərə görə sizə ən xoş arzularını çatdırır”. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
07Apr
Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlətimizin başçısı iclasda çıxış edib.
Prezident İlham Əliyev deyib:
– Bu gün Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təmas xəttində yerləşən mövqelərimizə hücum çəkmişdir. Təmas xəttinə yaxın yerlərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmuşdur.
Bu silahlı təxribat nəticəsində itkilərimiz olmuşdur. Hərbiçilərimiz və mülki şəxslər həlak olmuşlar.
Həlak olanların xatirəsi iclasda bir dəqiqəlik sükutla yad edilmişdir.
Fikrini davam etdirən ölkə başçısı bildirib ki, “bu, Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatıdır. Birinci dəfə deyil ki, Ermənistan bu cür təxribatlara əl atır”. Daha ətraflı »
Teqlər: Xəbərlər
07Apr
Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.
Bildirilib ki, bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib: “Qısa müddətdə həyata keçirilən sürətli əkshəmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib”. Daha ətraflı »
Teqlər: Xəbərlər
07Apr
Aprelin 2-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə şəhid olan Tərtərin daha bir qəhrəman oğlu- “N” saylı hərbi hissənin giziri İsgəndərov Nicat Bəhruz oğlu aprelin 3-də doğulduğu Tərtər şəhərində torpağa tapşırıldı.
Dəfn mərasimində şəhidin doğmaları ilə birgə Tərtər Rayon İcra Hakimiyyətinin, “N” saylı hərbi hissənin, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və Milli Məclisin deputatı Sahib Alıyev iştirak etdilər.
Şəhidlə vida mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Vətən Müharibəsi Veteranları İctimai Birliyi rayon şöbəsinin sədri Nizami Heydərov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Suliddin Yusibov və digərləri çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdilər, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Nicat İsgəndərovun xatirəsinin tərtərlilərin qəlbində həmişə yaşayacağını bildirdilər.
Dəfn mərasimində şəhidin atası Bəhruz İsgəndərov Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirdi.
Teqlər: Xəbərlər
Yeni ismarıclar