Hazırda ölkəmizin qarşısında duran başlıca vəzifələrdən biri qeyri neft sektorunun, o cümlədən aqrar sahənin sürətli inkişafıdır. Məlum olduğu kimi, kənd əməkçilərinin yetişdirdikləri məhsulun taleyi həm də melioratorların işindən asılıdır.
Cari ildə rayonumuzda 7922 hektar sahədə taxıl, 4281 hektarda arpa, bundan başqa bostan-tərəvəz məhsulları, şəkər çuğunduru, qarğıdalı, günəbaxan, yem bitkiləri əkilmişdir. 2000 hektar sahədə isə pambıq becərilməsi nəzərdə tutulub. Məlumdur ki, rayonun yeganə təbii su mənbəyi Tərtər çayıdır. Onun üzərində tikilmiş Sərsəng Su Anbarı işğal altındadır. Buna görə də kənd təsərrüfatı bitkilərinin suvarılmasında və əhalinin kommunal-məişət ehti-yaclarının ödənilməsində əsas ağırlıq subartezian quyularının üzərinə düşür.
İdarəmizin balansında 474 subartezian quyusu vardır və bunlardan 467-i işlək vəziyyətdədir. Bu quyuların 14 ədədi cari ilin birinci rübündə balansa götürülmüşdür. Həmçinin cari ildə 7 ədəd yeni subartezian quyusunun qazılması və 3 ədəd quyu lüləsinin vurulması nəzərdə tutulmuşdur. Rüb ərzində 17 milyon 042 min kubmetr su çıxarılmış və bunun üçün 6 milyon 710310 kvt/saat enerji sərf edilmişdir. Cari və əsaslı təmir işlərinin yerinə yetirilməsi təmin olunmuşdur. Rüb ərzində 9 ədəd yeni nasos salınmış və 22 ədəd yeni idarəetmə şiti quraşdırılmışdır. Daha ətraflı »
-
01İynKənd təsərrüfatı MƏHSULUN TALEYİ HƏM DƏ MELİORATORLARIN İŞİNDƏN ASILIDIR üçün şərhlər bağlıdır
Teqlər: Kənd təsərrüfatı
-
01İynMilli-mənəvi dəyərlər 1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜDÜR üçün şərhlər bağlıdır
QƏHRƏMAN TƏRTƏRİN İSTEDADLI UŞAQLARI
1950-ci il iyunun 1-də BMT-nin Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
Ölkəmizdə uşaqların problemləri həmişə diqqət mərkəzində saxlanılır, onların hərtərəfli inkişaf etməsinə, xoşbəxt böyümələrinə qayğı göstərilir.
Ulu Öndər Heydər Əliyev uşaqları çox sevirdi və vaxtının az olmasına baxmayaraq, onların tədbirlərində məmnunluqla iştirak edirdi. Hazırda uşaqların sağlam və firavan böyüməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biridir. Azərbaycanın birinci xanımı və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu missiyanın həyata keçirilməsi üçün çox iş görür.
Tərtər cəbhə bölgəsi olmasına baxmayaraq, dövlətimizin və rayon rəhbərliyinin daimi diqqət və qayğısı sayəsində tərtərli məktəblilər təhsildə, idmanda və digər sahələrdə ürəkaçan nailiyyətlər qazanırlar. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
01İynTərtər RİH-də Təbrik edirik! üçün şərhlər bağlıdır
“QIZIL QƏLƏM”İN MÜBARƏK!
Svetlana Əzizova Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında ictimai-siyasi və hümanitar şöbə üzrə baş məsləhətçi vəzifəsində çalışır.
Rayonumuzun fəal qadınlarından biridir. Ancaq Tərtərdə onu, ən əvvəl, gözəl qələm sahibi kimi də tanıyırlar. Onun bu yolu isə bizim rayon qəzetindən başlayıb. Hələ məktəbli ikən “Qızıl bayraq”da ilk məqaləsi dərc olunan Svetlana Əzizova ömürlük sözün, şeirin vurğunu oldu. Bu həvəslə də C.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirdi. Uzun müddət qəzetimizdə çalışdı. Maraqlı məqalələri ilə oxucuların məhəbbətini qazandı. Onun yaradıcılığının bir istiqaməti xüsusilə qeyd olunmalıdır: Svetlana xanım öz yazıları ilə daim daha çox qayğı və diqqətə ehtiyacı olanlara kömək etməyə çalışır, mənəvi məsələləri ön plana çəkir.
O, həm də üç kitab müəllifidir.
“Qızıl qələm” mükafatına layiq görülməsi və ad günü münasibəti ilə həmkarımızı ürəkdən təbrik edir, işində uğurlar, yeni yaradıcılıq sevincləri arzulayırıq!“Yeni Tərtər”
Teqlər: Tərtər RİH-də
-
01İynDigər Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın qurbanı üçün şərhlər bağlıdır
CƏMİ 16 BAHAR YAŞADI…
Turanə Həsənli 2000-ci ilin gözəl bir bahar günündə –mayın 27-də anadan olmuşdu. Gözünü bu dünyaya açdığı dəqiqələrdən günəşin gur işığını, bir-birindən ətirli yaz çiçəklərini görmüşdü. Ona görə də həyatı, xüsusən də bahar fəslini çox sevirdi. Hər il bağlarındakı ağaclar çiçəkləyəndə, bunların arasında şəkil çəkdirirdi. Elə ömrünün də beləcə gözəl, işıqlı olacağını təsəvvür edirdi…
Turanə rayonumuzun Həsənqaya kəndində böyüyüb boya-başa çatmışdı. Bu kənd düşmənlə təmas xəttinin lap yaxınlığında yerləşir. Ona görə də körpəlikdən o, ana laylası ilə bərabər həm də atəş səsləri eşitmiş və bu şəraitə alışmışdı.
Aprel ayının əvvəlində cəbhədə vəziyyət gərginləşəndə, ailənin sonbeşiyi olan Turanə qorxu hissi keçirmirdi, əksinə, böyük bir sevinclə Azərbaycan Ordusunun onun heç zaman getmədiyi, ancaq çox sevdiyi dağlara doğru irəliləməsini arzulayırdı.
16 yaşlı qızdan fərqli olaraq, dünyagörmüş valideynlər kənddə qalmağın təhlükəli olduğunu anlayırdılar, ona görə qız-gəlinləri, uşaqları şəhərdəki qohumlarının evlərinə göndərmişdilər. Daha ətraflı »Teqlər: Digər
-
01İynDigər ŞƏHƏRİMİZİ GÖZƏLLƏŞDİRƏNLƏR üçün şərhlər bağlıdır
Sübh tezdən şəhərə çıxan tərtərlilər ilk növbədə onlarla qarşılaşırlar. İstər yağış və qar yağsın, istər də nankor qonşularımız bizi mərmi atəşinə tutsunlar, fərqi yoxdur, bu insanlar daim iş üstündədirlər.
Bunlar Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin işçiləridir. Təkcə ötən rüb ərzində bu kollektivin üzvləri küçələrdən, idarə və müəssisələrdən 3838 kubmetr məişət tullantıları daşıyıb zərərsizləşdirmişlər. İdarə tərəfindən rüb ərzində 75 min 501 manat məbləğində kommunal xidmətləri göstərilmişdir.
Şəhərimizin küçələrinin hər zaman təmiz və səliqəli olması üçün tərtərlilər onlara minnətdardırlar.“Yeni Tərtər”
Teqlər: Digər
-
18MayXəbərlər RAYONUMUZDA ULU ÖNDƏRİN ƏZİZ XATİRƏSİ YAD EDİLDİ üçün şərhlər bağlıdır
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə mərasim keçirilmişdir.
Minlərlə tərtərli rayonun mərkəzi meydanına gələrək, Ulu Öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etmiş, ona öz hörmət və ehtiramlarını, ümümxalq məhəbbətini nümayiş etdirmişlər. Meydana toplaşan insan izdihamının önündə gedən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli Liderin abidəsini ziyarət edərək, önünə əklil qoymuşdur. İcra başçısının ardınca anım mərasimində rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, ziyalılar, minlərlə sadə tərtərli Azərbaycan xalqının Ümummillli Lideri Heydər Əliyevi hörmətlə anaraq, abidəsi önünə tər gül-çiçək dəstələri düzmüşlər. Abidənin ətrafı güllərdən düzəldilmiş kompozisiya və əl işləri ilə bəzədilmişdir.
Tədbir rayon ərazisində iməcilik və ağacəkmə kampaniyası, Heydər Əliyevin adını daşıyan parkda kitab və rəsm müsabiqəsi ilə davam etdirilmişdir.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
18MayXəbərlər ELDƏN GEDƏN OĞULLAR üçün şərhlər bağlıdır
LƏLƏTƏPƏ QƏHRƏMANLARI– İSGƏNDƏROV NİCAT BƏHRUZ OĞLU
12 may – həmin gün onun qırx mərasimi idi. Bütün tərtərlilər toplaşmışdılar şəhərin mərkəzi meydanına. Lələtəpə uğrunda gedən döyüşlərdə Nicat İsgəndərovun göstərdiyi igidliyə görə hər bir tərtərli qürrələnirdi. Şəhidin şəkli güllərlə bəzədilmişdir. Tədbirə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, Müdafiə Nazirliyinin nümayəndəsi, artıq bütün tərtərlilərin yaxşı tanıdığı və sevdiyi polkovnik Abdulla Qurbani, təhsil, səhiyyə, mədəniyyət işçiləri, N. saylı hərbi hissənin əsgərləri, şəhid Nicat İsgəndərovun ailə üzvləri və döyüş yoldaşları da qatılmışdılar.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açdı, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra rayon rəhbəri 1-5 aprel tarixlərində Milli Ordumuzun düşmənə layiqli cavab verməsindən, tərtərlilərin döyüş əzmkarlığından danışdı. Bildirdi ki, həmin günlərdə Tərtər camaatı ordu ilə monolit birlik nümayiş etdirdi. Daha ətraflı »Teqlər: Xəbərlər
-
18MayAçılışlar DƏMİRÇİLƏR KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ üçün şərhlər bağlıdır
Rayonumuzun Dəmirçilər kəndinə qaz çəkilişi başa çatmışdır. Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı ilə birlikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti, millət vəkili Rövnəq Abdullayev, Milli Məclisin deputatı Sahib Alıyev də iştirak etmişlər.
Rayon icra hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Tunarə Məmmədzadə tədbiri açaraq sakinləri salamlamış, qonaqlara Qarabağın dilbər guşəsi olan döyüşən qəhrəman Tərtərə “Xoş gəlmişsiniz”,- demişdir. Kənd ağsaqqalı Fazil Rəhimov, Dəmirçilər kənd tam orta məktəbinin müəllimi Ramidə Bəylərova sakinlər adından çıxış edərək kəndlərinin təbii qazla təmin olunmasına, cəbhə bölgəsinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirmişdir ki, Tərtər rayonunun düşmənlə 48 km təmas xətti var. Bugünədək tərtərlilər düşmənə bir qarış da torpaq verməyiblər. Əksinə, Ağdərə rayonunun işğal altında olan bir neçə kəndini işğaldan azad ediblər. Daha ətraflı »Teqlər: Açılışlar
-
18MayXəbərlər ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 93-cü İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ üçün şərhlər bağlıdır
İMƏCİLİK KEÇİRİLMİŞDİR
Rayonumuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş iməcilik keçirilmişdir. İməcilikdə 1150 nəfərdən çox sakin iştirak etmişdir. Onlar Tərtər-Bərdə, Tərtər- Ağdam, Tərtər-Goranboy magistral avtomobil yollarının kənarlarında, şəhərin Heydər Əliyev prospektində və Elman Hüseynov küçəsində 150 ədəd çinar, 2000 ədəd Eldar şamı, 500 ədəd küknar, 100 ədəd göyrüc, 300 ədəd sərv, 90 ədəd söyüd, 80 ədəd alma, 70 ədəd gavalı, 50 ədəd armud, 50 ədəd qoz, 50 ədəd qovaq, 10 ədəd zeytun, ümumilikdə 11 adda 3450 ədəd müxtəlif növ ağac, 100 min ədəd təkgöz kol bitkisi, 10000 ədəd gül və çiçək əkmişlər. Ağacların və güllərin suvarılması üçün yeni su xətləri çəkilmiş, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi təmin olunmuşdur.
İməcilikdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov sakinlərlə birlikdə ağac əkmiş, gələcəkdə də ekoloji vəziyyətin yaxşılaşdırılması üçün iməciliklərin davam etdiriləcəyini bildirmişdir.Teqlər: Xəbərlər
-
18MayMilli-mənəvi dəyərlər FAŞIZM ÜZƏRİNDƏ QƏLƏBƏNİN 71-ci İLDÖNÜMÜ QEYD OLUNDU üçün şərhlər bağlıdır
1941-1945-ci illər müharibəsində Qələbənin 71-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri Böyük Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin önündə qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları abidənin önünə gül-çiçək dəstələri qoyaraq Böyük Vətən müharibəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olanların xatirəsini yad etdilər. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qələbə bayramı münasibətilə veteranları təbrik etdi. Rayon rəhbəri bildirdi ki, Böyük Vətən müharibəsi bəşər tarixində ən dəhşətli, qanlı və dağıdıcı müharibə olmuşdur. Bu müharibədə Sovet İttifaqı, alman faşizmi üzərində misilsiz qələbə çalmışdır.
Bütövlükdə 1418 gün davam edən Böyük Vətən müharibəsində o zamankı Sovet İttifaqının 20 milyondan çox insanı tələf olmuşdur. Respublikamızdan cəbhəyə getmiş, döyüşlərdə hünər göstərmiş 130 nəfər ən yüksək ada –Sovet İttifaqı Qəhrəmanı adına, 10 minlərlə soydaşımız orden və medallara layiq görülmüşdür. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
Yeni ismarıclar