Salam, əziz “Yeni Tərtər” qazetinin əməkdaşları.
Mən Rişad Rzayev sizə Astanadan məktub göndərirəm. Əlavə məlumat lazım olarsa, çox şad olub göndərərəm.
Salam, əziz həmvətənlilərim!
Mən Rzayev Rişad İlqar oğlu sizi Qazaxıstanın paytaxtı Astana şəhərindən salamlayır, qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlıların Həmrəliyi Günü münasibətləriylə təbrik edirəm.
Taleh elə gətirib ki, mən 3 aprel 1992-ci ildə Qazaxıstanın Astana şəhərində doğulmuşam və Qazaxıstanın vətəndaşıyam. Qazaxıstan mənə və həmçinin hər bir vətəndaşına milliyətindən asılı olmayaraq çox gözəl imkanlar yaradır və onları hər bir sahədə dəstəkləyir. Amma buna baxmayaraq mənim qəlbim həmişə Ana Vətənim Azərbaycanım üçün döyünüb. Bəli, mənim iki Vətənim var, Azərbaycanda doğulmasam da, Azərbaycan mənim Vətənimdir və mən onunla həmişə qürur duyuram. Demək olar ki, hər il Azərbaycana gəlirəm, və orda keçirdiyim hər bir gün mənim üçün ən gözəl, yaddaqalan və sevincli günlərdir. Daha ətraflı »
-
27DekDigər QAZAXISTANDAN MƏKTUB üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
27DekDigər Yeni ili səngərlərdə qarşılayanlar üçün şərhlər bağlıdır
BAYRAMIN MÜBARƏK, VƏTƏN OĞLU!
Tariximizin yeni ili–2017-ci il yurdumuza qədəm qoyur. Bütün dünya xalqları bu bayramı gözəl əhval-ruhiyyə ilə qeyd edir. 31 dekabr həm də Dünya Azərbaycanlılarının Həmrəliyi Günüdür. Ölkəmizdə həmin gün ikiqat bayram edilir. Kimisi evində, kimisi səyahətdə, kimisi də iş başında. Lakin bayram günü sərhədlərimizin keşiyində dayanan, şaxtalı, soyuq səngərlərdə düşmən fitnəsinə və hiyləsinə sinə gərən oğullarımız var ki, onların bayramı süfrə başında qeyd etməyə vaxtları və imkanları yoxdur. Amma onların hər biri mənən evlərimizin sakini, süfrələrimizin qonağıdır.
Vətənimin hərbiçi oğlu!
Sən əlində silah ölkəmizin sərhədlərinin keşiyini çəkirsən ki, torpağına, elinə zaval gəlməsin. Avtomatını, pulemyotunu daim hazır saxlayırsan ki, düşmənə yenilməyəsən, yağının başının üstünü bir göz qırpımında alasan. Vətən oğlu biz də sənə arxalanıb rahat ocaqlarımızda yaşayırıq. Sən yurd sevginə, silahına, gücünə, iradənə arxalan! Biz də sənə arxalanaq, Vətən oğlu! Daha ətraflı »Teqlər: Digər
-
27DekDigər Yeni ili iş başında qarşılayanlar üçün şərhlər bağlıdır
GƏRGİN VƏ ŞƏRƏFLİ PEŞƏ SAHİBLƏRİ
Yeni il ərəfəsində Tərtər Rayon Dövlət Yanğından Mühafizə hissəsində olduq. Hissənin rəisi daxili xidmət polkovnik-leytenantı Mübariz Əliyevlə iş yerində görüşdük. Söhbət zamanı rəis bildirdi ki, heyətimizin tərkibində 5 yanğınsondürən maşın var. Onlardan birinin su tutumu 8 ton, birininki 6 ton, digərininki isə 5 ton, 3,3 ton və 2,5 tondur.
Burada çalışan işçilərin sayı 50 nəfərdir. Onların 6 nəfəri zabit, qalan 44 nəfəri isə sıravidir. Sutka ərzində 14 nəfər növbə çəkir.
Söhbətimiz zamanı hissənin rəisi Mübariz Əliyev bildirdi ki, rayonumuzun ucqar yaşayış məntəqəsi olan Bəyim-sarov kəndində 1 yanğınsöndürən maşın və 4 nəfər şəxsi heyət növbə çəkir. 6 aydan çoxdur ki, Bəyimsarov və ona yaxın olan kəndlərdə 9 yanğın hadisəsi baş verib. Qeyd edim ki, yanğın zamanı Tərtərdən həmin əraziyə yanğınsöndürən maşınlar 20-27 dəqiqəyə çatdığı halda, Bəyimsarov kəndində olan yanğınsöndürən maşın hadisə yerinə 3-5 dəqiqəyə çatır, bu da baş verən yanğının genişlənməməsinə və itkinin azalmasına səbəb olur. Daha ətraflı »Teqlər: Digər
-
27DekXəbərlər TƏRTƏR ŞƏHƏRİNDƏ ÇOXMƏNZİLLİ BİNALARIN ƏSASLI TƏMİRİNƏ 3 MİLYON MANAT AYRILIB üçün şərhlər bağlıdır
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da “Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Tərtərdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 24 çoxmənzilli bi-nanın əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.Teqlər: Xəbərlər
-
27DekDigər ÜMUMRUSİYA AZƏRBAYCANLILARI KONQRESİNİN ÜZVLƏRİNƏ üçün şərhlər bağlıdır
Əziz həmvətənlər, sevimli dostlar!
Bilirik ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaranmış bu konqres fəaliyyət göstərdiyi müddətdə Rusiyada yaşayan azərbaycanlıları bir yerə toplayaraq, bu iki ölkə arasında siyasi, mədəni, ticarət və digər əlaqələrin inkişafında mühüm rol oynayır. Eyni zamanda, vətəndən kənarda yaşayan və daim ürəyi vətənlə döyünən hər bir azərbaycanlı milli adət-ənənələrimizin qorunub saxlanmasına, hazırda Rusiyada böyüyən gənc azərbaycanlılar arasında geniş təbliğinə səy göstərir.
Sizin vasitənizlə rusiyalılar və burada yaşayan çoxsaylı millətlərin nümayəndələri Azərbaycanı görür, tanıyır və sevirlər. Bütün bunlara görə biz sizlərlə fəxr edir, fəaliyyətinizdən qürur duyuruq.
Bayramqabağı günlərdə Azərbaycanın dilbər guşəsi olan və uzun illərdir ki, cəbhə bölgəsinə çevrilən Tərtər rayonundan sizlərə öz səmimi salamlarımızı çatdırırıq. Daha ətraflı »Teqlər: Digər
-
27DekXəbərlər RAYONUMUZDA YENİ OBYEKTLƏR İSTİFADƏYƏ VERİLDİ üçün şərhlər bağlıdır
Rayonumuz günü-gündən böyüyür, inkişaf edir və gözəlləşir. Yeni, yaraşıqlı binalar, müxtəlif obyektlər tikilib istifadəyə verilir. Yeni Azərbaycan Partiyası (YAP) Tərtər Rayon Təşkilatının yeni inzibati binası, 100 yerlik körpələr evi-uşaq bağçası, Sarıcalı kəndində Tərtər çayı üzərindən salınmış yeni körpü, Uşaq-Gənclər Şahmat Məktəbi bu qəbildəndir.
Yeni inşa olunmuş bu obyektlərin açılışlarında möhtərəm Prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər.Teqlər: Xəbərlər
-
27DekXəbərlər YAP TƏRTƏR RAYON TƏŞKİLATININ BİNASI üçün şərhlər bağlıdır
Binanın inşasına 2014-cü ildə başlanıb və işlər 2016-cı ilin avqustunda başa çatıb. Bina ikimərtəbəli olmaqla 9 otaqdan ibarətdir. Ümumi sahəsi 510 kvadratmetrdir. Burada 50 yerlik geniş iclas zalı, iş və texniki otaqlar vardır. Binanın içərisi müasir avadanlıqlarla təchiz olunub. Burada istilik sistemi də müasir standartlara cavab verən qaydada tənzimlənib. Bir sözlə YAP Tərtər Rayon Təşkilatının yeni binasında işçilər üçün hər cür normal şərait yaradılıb. Giriş qapısından başlayaraq binanın içi mərmərlə tam döşənib. İçəri daxil olan hər kəs bu gözəllikdən zövq alır.
Teqlər: Xəbərlər
-
27DekXəbərlər 100 YERLİK KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASI üçün şərhlər bağlıdır
Şəhərimizin görkəminə xüsusi yaraşıq verən yeni binalardan biri də 100 yerlik körpələr evi-uşaq bağçasıdır. Müasir üslubda inşa edilən ikimərtəbəli bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib. Binanın ümumi sahəsi 1200 kvadratmetrdir. İçərisində Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Bu körpələr evi-uşaq bağçasında 31 nəfər Tərtər sakini daimi işlə təmin ediləcəkdir.
Binada uşaqlar üçün 4 oyun və 4 yataq otaqları, mətbəx, tibb otağı, akt zalı, metodiki, kompüter və digər texniki otaqlar var. Binanın həyətində uşaqların mənalı istirahəti üçün lazımi şərait yaradılıb.Teqlər: Xəbərlər
-
27DekXəbərlər UŞAQ GƏNCLƏR ŞAHMAT MƏKTƏBİ üçün şərhlər bağlıdır
Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bir sıra bölgələrində yeni, müasir standartlara cavab verən şahmat məktəbləri inşa olunur. Tərtər rayonunda da yeni uşaq-gənclər şahmat məktəbi istifadəyə verilib.
Ümumu sahəsi 1300 kvadratmetr olan üçmərtəbəli binada inzibati otaqlar, kabinetlər, oyun və iclas zalları var. Məktəbdə yaradılan 8 sinif otağı lazımı avadanlıqlarla təchiz edilib.Teqlər: Xəbərlər
-
27DekXəbərlər TƏRTƏR ÇAYI ÜZƏRİNDƏ KÖRPÜ üçün şərhlər bağlıdır
Tərtər çayı üzərində salınan Sarıcalı və Zolgörən kəndləri arasında inşa edilən körpü 11 yaşayış məntəqəsinin 25 mindən çox sakininin mənzil başına rahat çatması üçün əlverişli şərait yaradıb. Üçaşırımlı körpünün uzunluğu 107 metr, eni 12 metr, çayın məcrasından hündürlüyü isə 15 metrdi. İkizolaqlı körpünün hərəkət hissəsinin eni 8,5 metrdi. Piyadaların körpüdən rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə hər iki istiqamət üzrə 1,75 metr enində səkilər tikilib. Tərtər çayının sağ və sol sahilində yaşayan insanlar yeni körpünün salınmasına görə ölkə Prezidentinə və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirirlər.
Teqlər: Xəbərlər
Yeni ismarıclar