Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da “Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Tərtərdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 24 çoxmənzilli bi-nanın əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
-
27Dek
Müəllif: Redaktor, 15:55
Teqlər: Xəbərlər