Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Fev
    Kənd təsərrüfatı 2016-cı İLDƏ TƏRTƏR RAYONUNDA ÜMUMİ MƏHSUL BURAXILIŞI 46,4 FAİZ ARTIB üçün şərhlər bağlıdır

    2016-cı ildə Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 181,6 milyon manat olmuşdur. Məhsul və xidmətlərin 72,6 faizi istehsal sahələrinin, 27,4 faizi xidmət sahələrinin payına düşmüşdür. 2016-cı ildə Tərtər rayonunun da daxil olduğu Yuxarı-Qarabağ iqtisadi rayon üzrə ümumi məhsul buraxılışının həcmi 25,7 faiz, Tərtər rayonunda isə 46,4 faiz artmışdır.
    2015-ci ildə ümumi məhsulun 49,8 milyon manatlıq və ya 27,5 faizi qədər kənd təsərrüfatı sahəsində, 46,7 milyon manatlıq (25,7 %) ticarət və xidmət sahəsində, 76,6 milyon manatlıq (42,2 %) tikinti-quraşdırma işləri yerinə yetirilmiş, 5,5 milyon manatlıq (3%) sənayedə, 2,4 milyon manatlıq (1,3%) nəqliyyat və anbar təsərrüfatı sahəsində, 0,6 milyon manatlıq (0,3%) informasiya və rabitə sahələrində məhsul və xidmətlər istehsal olunmuşdur.

    Tərtər Rayon Statistika İdarəsi

    Teqlər:

  • 27Fev
    Sosial 2016-cı İLDƏ TƏRTƏR RAYONUNDA 3478 YENİ İŞ YERİ AÇILIB üçün şərhlər bağlıdır

    2016-cı ildə Tərtər rayonunda 3478 yeni iş yeri açılmışdır ki, onun 1972-i daimi iş yerləridir. Daimi iş yerlərinin 226-ı yeni yaradılmış müəssisə və təşkilatlarda, 402-i mövcud müəssisə və təşkilatlarda, 100-ü fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 1244-ü isə fərdi sahibkarlıq subyektlərində açılmışdır. Bundan başqa digər tədbirlər üzrə (müxtəlif beynəlxalq və yerli layihələr, mövsümi, abadlıq və s.) 1506 iş yeri açılmışdır. Ümumiyyətlə son üç ildə Tərtər rayonunda 5908 yeni iş yer açılmışdır ki, onun 2844-ü daimi iş yerləridir.

    Tərtər Rayon Statistika İdarəsi

    Teqlər:

  • 27Fev
    Digər ƏLLƏRİN YARATDIĞI NAĞILLAR üçün şərhlər bağlıdır

    Изображение 251Bu gün sizə əlləri ilə nağıllar aləmi yaradan, öz maraqlı əl işləri ilə insanları düşündürən bacarıqlı bir qızdan söhbət açacağam.
    Bu qız Tərtər şəhər Uşaq Yaradıcılıq Mərkəzinin “Bacarıqlı əllər” dərnəyinin üzvü Aişə Qorçuyevadır. Aişə 1 saylı tam orta məktəbin 6-cı sinif şagirdidir. Lap kiçik yaşlarından onun əl işlərinə böyük marağı olub və bu maraq da Aişəni bizim mərkəzə gətirib.
    “Bacarıqlı əllər” dərnəyinin rəhbəri Ruhiyyə Kamalova söyləyir ki, Aişə öz bacarığı, tərbiyəsi və nümunəvi davranışı ilə seçilir. Onun hazırladığı maraqlı, səliqəli əl işlərindən olan “Azərbaycanın milli atributları”, “Qış nağılı”, “Buta” bunları seyr edənlərin marağına səbəb olur. Rayon sərgilərində Aişə yaxından iştirak edir. Mərkəzin fəal şagirdlərindən olan Aişənin bir neçə fəxri fərmanı da var.
    Biz də istedadlı şagirdimizə işlərində uğurlar və yeni-yeni nailiyyətlər arzulayırıq.

    Ülviyyə Qəmbərova,
    rayon uşaq yaradıcılıq mərkəzinin direktoru

    Teqlər:

  • 27Fev
    Digər MƏKRLİ MƏQSƏDLƏR ÜÇÜN TÖRƏDİLƏN FACİƏ üçün şərhlər bağlıdır

    1Amansızlığa görə dünya tarixində törədilmiş ən qəddar cinayətləri belə üstələyən Xocalı soyqırımı təkcə Azərbaycan türklərinə qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxaq sülhə qarşı törədilmiş ən qəddar və amansız cinayətdir. Xocalı qırğınına qədər Qarabağda baş verən bütün olaylar bu qətliamın məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğuna heç bir şübhə qoymur.
    O qanlı fevral gecəsində 63 uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirildi, səkkiz ailə tamamilə məhv edildi, 1265 nəfər əsir,150 nəfər isə itkin düşdü. Öldürdükləri uşaqların, qocaların, qadınların cəsədlərini tanınmaz hala salmaq qədər alçaq mənəviyyata və xəstə təfəkkürə malik ermənilər bəşər tarixində ermənilik adına əbədi şərəfsizlik gətirən SOYQIRIM aktına imza atdılar… Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Digər MİNNƏTDARLIQ MƏKTUBU üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti aparatında xoş münasibətə görə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova, İcra Hakimiyyətinin bütün əməkdaşlarına və “Yeni Tərtər” qəzetinin redaktoru Tofiq Yusifə, redaktor müavini Svetlana Bağırovaya, fotomüxbir, ilk əmək fəaliyyətimə başladığım vaxt 5 saylı məktəbdə şagirdim olmuş Kənan Hüseynzadəyə göstərdikləri diqqətə görə minnətdaram! Bütün tərtərliləri salamlayıram! Fəxr edirəm ki, Qəhrəman Tərtərin bir zərrəsiyəm!

    Mehriban Abdullayeva,
    Moskva şəhəri

    Teqlər:

  • 24Fev
    Digər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-25“ mövzusunda tədbir keçirilib üçün şərhlər bağlıdır

    Foto BBMM-də Xocalı 25Foto BBMM-də Xocalı 25-4Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-25“ mövzusunda anım tədbiri keçirilib. Öncə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev insanlıq əleyhinə törədilmiş Xocalı soyqırımının dəhşətlərindən söz açıb: “Bu faciədə qətlə yetirilən insanların öldürülmələrinin səbəbi onların müsəlman və azərbaycanlı olmaları idi. Bu, həmin faciənin məhz qətliam kimi dəyərləndirilməsinə bir sübutdur. Bu gün təkcə Xocalı sakinləri deyil, bütün Azərbaycan xalqı xocalılıdır. Daha ətraflı »

  • 21Fev

    Tərtər RİH-də üçün şərhlər bağlıdır

    b56585317113a7ad2b05f7f8b07991e1Bu gün bizim indiki Ermənistan Respublikasının torpağında gözümüz yoxdur. Biz nə İrəvanı, nə Mehrini, nə Gorusu hərbi yolla qaytarmaq fikrində deyilik. Amma mən əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq. Biz bunu ardıcıl siyasətlə, sülh yolu ilə edəcəyik. Bütün obyektiv səbəblər onu göstərir ki, o gün gələcək. Sadəcə olaraq bizim hər birimiz o günü yaxınlaşdırmalıyıq. Necə yaxınlaşdırmalıyıq? Daha da güclü olmalıyıq.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının
    Prezidenti

     

    Tərtər rayonunda işlər düzgün qurulub. Mən rayonda dəfələrlə olmuşam. Xü-susilə son vaxtlar burada gedən quruculuq-abadlıq işləri məni çox sevindirir. Əminəm ki, sizi də sevindirir. Keçən dəfə biz may ayında görüşmüşdük. O vaxt mən dağılmış evlərə baş çəkdim və bir daha əmin oldum ki, Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada–döyüş bölgəsində, düşmənlə üz-üzə möhkəm da-yanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının
    Prezidenti

    Teqlər:

  • 21Fev
    Tərtər RİH-də TƏRTƏR RAYONU İLDƏN-İLƏ İNKİŞAF EDİR üçün şərhlər bağlıdır

    2016-cı  İLDƏ  RAYONUN  SOSİAL-İQTİSADİ  İNKİŞAFININ  YEKUNLARI  VƏ  QARŞIDA  DURAN VƏZİFƏLƏR  BARƏDƏ TƏRTƏR  RAYON İCRA  HAKİMİYYƏTİNİN  BAŞÇISI  MÜSTƏQİM MƏMMƏDOVUN  HESABAT  MƏRUZƏSİ

    Изображение 043Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş və çevik siyasəti, uzaqgörənliklə qəbul etdiyi qərarlar, dünyada tügyan edən qlobal maliyyə və iqtisadi böhranın təsirini azaltmaq üçün həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə dayanıqlı və davamlı inkişafa nail olunmuş, Azərbaycanın dünyadakı nüfuzu durmadan artmışdır. Regionun siyasi, iqtsadi və mədəni mərkəzinə çevrilən Azərbaycan müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir.
    Tarixə qovuşmuş 2016-cı ildə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmiş, iqtisadi və sosial problemlər həll olunmuş, böyük layihələr icra edilmişdir. Nəzərdə tutulmuş bütün planlar həyatda öz əksini tapmışdır. Daha ətraflı »

    Teqlər:

  • 21Fev
    Tərtər RİH-də AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ XANIMI MEHRİBAN ƏLİYEVANIN TƏRTƏR SƏFƏRLƏRİ (1 may və 3 dekabr 2016-cı il) üçün şərhlər bağlıdır

     

    0102O vaxt Tərtərin siması tam başqa idi. Bu gün Tərtər müasir, abad şəhərdir, rayon inkişaf edir, vətəndaşlar daha da yaxşı yaşayırlar… Tərtər rayonunda işlər düzgün qurulub. Mən rayonda dəfələrlə olmuşam. Xüsusilə son vaxtlar burada gedən quruculuq-abadlıq işləri məni çox sevindirir. Əminəm ki, sizi də çox sevindirir. Keçən dəfə biz may ayında görüşmüşdük. O vaxt mən dağılmış evlərə baş çəkdim və bir daha əmin oldum ki, Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada döyüş bölgəsində düşmənlə üz-üzə möhkəm dayanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir”. Daha ətraflı »

    Teqlər:

  • 21Fev

    Tərtər RİH-də üçün şərhlər bağlıdır

    1005İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müvəkkil kredit təşkilatlarından rayonda yerləşən 30 sahibkarlıq subyektinə 227 min manat güzəştli kreditlər verilmiş, həmin layihələrdə 32 yeni iş yeri açılmışdır.
    Əhaliyə göstərilən ticarət, iaşə və digər xidmətlərin səviyyəsini yüksəltmək üçün 21 obyektin tikintisinə icazə verilmişdir.
    Rayonda kənd təsərrüfatı məhsullarının 98,5 faizi, sənaye məhsullarının 16,9 faizi özəl sektorda istehsal olunur, əhaliyə göstərilən nəqliyyat, ticarət, ictimai iaşə və məişət xidməti tam sahibkarlar tərəfindən həyata keçirilir.
    İstehlakçıların hüquqlarının müdafiə olunmasına, süni qiymət artımına və ticarət-xidmət intizamına nəzarəti həyata keçirmək üçün rayonda yaradılmış ictimai komissiya mütəmadi olaraq fəaliyyət göstərmişdir. Daha ətraflı »

    Teqlər: