Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28İyl
    Ədəbiyyat GÜNAH ONUN ÖZÜNDƏDİR üçün şərhlər bağlıdır

    52953_3bynb2j9vnOSMAN SARIVƏLLİ

    Dostum, incə barmaqların
    Sədəflərin üzündədir.
    Mənim meylim bir sazında,
    Bir də şirin sözündədir.

    Qarayazı meşəsində,
    Cavan ovçu həvəsində,
    Qulağın maral səsində,
    Gözün ceyran izindədir.

    Tarixi var hər daşın da,
    Tərlanın on beş yaşında.
    Bəzən qarlı dağ başında,
    Bəzən Muğan düzündədir. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Ədəbiyyat GİZLƏNƏR üçün şərhlər bağlıdır

    52323HÜSEYN  KÜRDOĞLU

    Kor quyudur qəlbin sənin,
    İçində ilan gizlənər.
    Gülüşündə qara böhtan,
    Gözündə şeytan gizlənər.
    ***
    Gülüş pərdədir üzündə,
    Torpaq qan ağlar izində.
    Sənin bir yaxşı sözündə
    Neçə cür yalan gizlənər.
    ***
    Özünü çox qoyma dəmə,
    Ağzın öyrənməyib kəmə.
    Doğruluqdan şüar demə,
    Səsində yalan gizlənər. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Ədəbiyyat ÖZ ƏLİNDƏ üçün şərhlər bağlıdır

    1212ŞƏKƏR  ASLAN

    Düzlərdən çəkilib getdi duman ki,
    Böyüdü, gün oldu kiçik bir an ki…
    Qüdrətli sellərin cilovu sanki
    Çıxıb dağ əlindən, düz əlindədir!
    ***
    Qəmlidi bu günüm, şəndi dünənim,
    Canıma o ala gözlərin qənim;
    Nə etmək, dözürəm, taleyim mənim
    İndi göz əlində, göz əlindədir!
    ***
    Bu təzə cığırlar, izlər köhnələr…
    Yer nələr deyəcək, bir vaxt göy nələr!
    Eh mənim əlimdən indi nə gələr,
    Hər şey öz əlində, öz əlindədir!

    Teqlər:

  • 28İyl
    Ədəbiyyat BÜTÜN SUALLARIN CAVABI BİRDİ… üçün şərhlər bağlıdır

    561576_542924699109007_1904943773_n-213x221MƏMMƏD İSMAYIL

    Ölümə gedərsən yol yora-yora,
    Gedərsən, peşinə yüz fikir düşər.
    Atsan, balıq düşməz atdığın tora,
    Tutduğun zərə də iki-bir düşər…
    Nə səbr gərəkmiş, nə də tək səbir,
    Sən gedən yolları gedər ilan da…
    Əlidolu da bir, əliboş da bir,
    Aldadan da birdi, aldadılan da.

    Bütün sualların cavabı birdi,
    Yatmaq istəsən də yuxuna girməz.
    Bəlkə söz sarıdan bəxtin gətirdi,
    Varsan, var sarıdan əlin gətirməz… Daha ətraflı »

    Teqlər:

  • 20İyl

    Digər üçün şərhlər bağlıdır

    Ilham Aliyev_Azerbaycan qezeti oxuyarken 1_1Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir. Ancaq bu da həqiqətdir ki, müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 20İyl
    Kənd təsərrüfatı RESPUBLİKA MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ üçün şərhlər bağlıdır

    CƏBHƏ XƏTTİNDƏ ƏMƏK NÜMUNƏSİ

    0779a52c0de88c0230fb33239555fdc4Tərtər kəndlisinin qayğılı günləridir. Pambıq tarlalarında, tərəvəz sahələrində becərmə işləri başdan aşır. Hazırda taxıl biçilir. Təbiətin şıltaqlığı, qeyri-sabit hava şəraiti təsərrüfat işlərində müəyyən çətinliklər yaratsa da, kəndlinin əli işdən soyumur.
    Tərtər Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsini icra edən Mehman Babayevlə birlikdə müxtəlif təsərrüfatlarda olduq, fermerlərlə iş başında görüşüb söhbət etdik. Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələri inkişaf etdirmək, pambıqçılıqda, baramaçılıqda köhnə şöhrəti qaytarmaq barədə verdiyi tapşırıq və tövsiyələrinin nəticəsiz qalmadığının şahidi olduq.
    Köçərli kənd sakini Abbas Əliyevin sahəsində biçinin qızğın vaxtı idi. Anar Zeynalovun idarə etdiyi kombayn zəmidə aramla irəliləyirdi. Məhsul bolluğunun sevincini yaşayan Abbas kişi bizimlə söhbətində dedi:
    – Biz cəbhə bölgəsində, müharibə şəratində yaşayırıq. Dövlətimiz, ordumuz üçün çörəyin bolluğu silah qədər vacibdir. Bolluq uğrunda mübarizədə arxamız, dayağımız dövlətdir. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Digər 22 İYUL MİLLİ MƏTBUAT VƏ JURNALİSTİKA GÜNÜDÜR üçün şərhlər bağlıdır

    MƏNALI İNKİŞAF YOLU

    Zerdabi Hesen Bey 1 EsassanEkinci qezeti 1 Qezet_0Azərbaycan milli mətbuatının əsası öz dövrünün görkəmli ziyalısı olan Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulub. Bu mətbu orqan xalqımızın maariflənməsində, milli və bəşəri ideyaların təbliğində müstəsna rol oynayıb. Qəzetin əsas məqsədi xalq arasında cəhaləti aradan qaldırmaq, onun elmi-mədəni səviyyəsini yüksəltmək olub.
    “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində onun 56 nömrəsi işıq üzü görmüşdü. Qəzetin nəşrinə qadağa qoyulmasına əsas səbəb kimi Rusiya-Türkiyə müharibəsinin başlanması və qəzetin siyasi mövzulara da toxunması olub.
    “Əkinçi” qəzeti bağlansa da, onun Azərbaycan cəmiyyətində səpdiyi toxumlar cücərməyə başlayıb. XX əsrin sonlarında “Ziya” (1879), “Kəşkül (1880), “Kaspi (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Tərtər RİH-də Səyyar görüş–qəbul üçün şərhlər bağlıdır

    RAZILIQ BİLDİRDİLƏR

    Изображение 035Изображение 013Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Ələsgərli kənd inzibati ərazi dairəsinin Bayandur kəndində keçirildi. Tədbiri icra başçısı Müstəqim Məmmədov açdı. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edildi.
    İcra nümayəndəsi Kamran Əhmədov kəndin əhalisi, onların əsas məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, kənddə insanların əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Burada 3 ədəd subartezian quyusu var. Körpələr evi-uşaq bağçası, ibtidai məktəb, 4 iaşə obyekti fəaliyyət göstərir.
    Görüş-qəbulda çıxışlar oldu. Kənd sakinləri Yusif Muradov, Afət Qarayeva, Mətləb Muradov, Sevil Əhmədova, Pənah Məmmədov son vaxtlar rayon mərkəzində və eləcə də kəndlərdə aparılan quruculuq-abadlıq işlərinə görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Xəbərlər MAARİFLƏNDİRMƏ TƏDBİRİ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Изображение 055“Saf həyat naminə” Gənclər İctimai Birliyi iki gün ərzində tərtərli qadınlar arasında “İşgüzar ol, həyatını qur!” mövzusunda maarifləndirici tədbir keçirib. “Dəyirmi masa” ətrafında aparılan söhbətlərdə rayonumuzun fəal, işgüzar qadınları iştirak ediblər.
    Layihənin rəhbəri Nailə İsmayılova bu sahədə onlara geniş məlumat verib. O deyib ki, həyatda qabiliyyətsiz insan yoxdur, öz yerini tapa bilməyən insan var. Buna görə də cəmiyyət hər kəsə öz yerini tapmaqda, peşə seçimində yardımçı olmalıdır. Peşə seçərkən əmək bazarında həmin peşəyə olan mövcud tələbat mütləq nəzərə alınmalıdır.
    İnsanın gələcək həyatında onun düzgün peşə seçiminin xüsusi əhəmiyyəti var. Dünyada 240 minə yaxın peşə növü olduğundan, hər kəs məhz öz təbiətinə yaxın olan peşəni seçə bilər.
    “Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyəti aparatının nümayəndəsi Tünarə Məmmədzadə, təhsil şöbəsinin işçisi Nigar Məstəlizadə, Borsunlu kənd tam orta məktəbinin direktor müavini Aytən Əliyeva, Bayandur kənd ibtidai məktəbin direktoru Natella İbrahimova fəal iştirak ediblər. Onlar bir daha bildiriblər ki, peşə seçimi insanın həya-tında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Peşə təkcə pul qazanmaq, dolanışıq məqsədi ilə seçilmir, bəlkə də bunlardan da əhəmiyyətlisi özünü ifadə etmək, özünü doğrultmaq üçün seçilir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 20İyl
    Xəbərlər Redaksiyada xatirə günü üçün şərhlər bağlıdır

    UNUTSAQ, UNUDULARIQ

    Изображение 082Milli Mətbuat və Jurnalistika Günü ərəfəsində redaksiyamızda mərhum jurnalist, “Tərəqqi” medalı mükafatçısı, bir çox kitabın müəllifi, “Xocalının səsi” qəzetinin keçmiş redaktoru Qasım Qırxqızlının xatirəsinə həsr olunmuş tədbir keçirildi. Qəzetimizin baş redaktoru Tofiq Yusifin təklifi ilə dünyasını dəyişmiş milli mətbuat fədailərinin, həmçinin Qasım Qırxqızlının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra Tofiq Yusif unudulmaz qələm dostunun yaradıcılığından, onun vətən həsrətindən, “Xocalının səsi” ilə birlikdə yaşadığı didərginlik həyatından bəhs etdi.
    Tədbirdə iştirak edən “Xocalının səsi” qəzetinin keçmiş məsul katibi, Azərbaycan Jurnalistlər İttifaqının və Mətbuat Şurasının üzvü, “Qızıl Qələm” mükafatı laureatı, gözəl şairə Mahirə İsbiqızı mərhum jurnalistin milli jurnalistikamızın inkişafındakı xidmətlərindən danışdı. Qasım Qırxqızlının gözəl insan, peşəkar jurnalist, işıqlı ziyalı olduğunu qeyd etdi. Daha ətraflı »

    Teqlər: