Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28İyl
    Xəbərlər QƏRƏZSİZ, SAĞLAM VƏ MARAQLI QƏZET üçün şərhlər bağlıdır

    Изображение 055Изображение 024Mətbuata qayğı və diqqət Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdikləri siyasətin əsas xəttini təşkil edir. Milli Mətbuat Günü ərəfəsində və bayram günündə jurnalistlərimiz ölkə başçısının qayğısını xüsusilə hiss etdilər. Prezidentin sərəncamı ilə media nümayəndələrinə pulsuz mənzillərin paylanması, Azərbaycan Respublikası Prezidenti yanında KİVDF-yə mətbu orqanlara köməklik məqsədi ilə 1 milyon manat pul ayrılması, bir qrup jurnalistin diplom və mükafata layiq gö-rülməsi cəmiyyətimizdə müsbət qarşılandı.
    Bayram günündə bizim redaksiyamızda da yüksək əhval-ruhiyyə hökm sürürdü. Kollektivimizi təbrik etməyə Tərtər Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən Ramiz Şabanov, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinidini qurumlarla işin təşkilatçısı Elvin Umudov və aparatın işçisi Fəridə Qurbanzadə gəlmişdilər. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Digər ERMƏNİ VANDALİZMİNİN DAHA BİR TƏZAHÜRÜ üçün şərhlər bağlıdır

    zehra_32458575_1499590754İyul ayının 4-də erməni vandallarının Füzuli rayonunun Alxanlı kəndini qəflətən iriçaplı silahlardan atəşə tutması nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2 yaşlı Zəhra Elnur qızı Quliyevanın, həlak olması kəndin digər bir sakini, 1965-ci il təvəllüdlü Səlvinaz Quliyevanın yaralanma xəbərini televiziya ekranlarından eşitdik. Bu acı, dözülməz hadisə erməni vandallarının insanlığa sığmayan hərəkətlərinin davamıdır. Mən və ailəmiz bu hadisəni ürək ağrısı ilə qarşıladıq.
    2 yaşlı Zəhranın və onun nənəsinin qətlə yetirilməsi xəbəri hər kəsi hiddətləndirir.

    Əyyam Əliyev,
    Dəmirçilər kəndinin sakini

    Teqlər:

  • 28İyl
    Sosial SAKİNLƏR MİNNƏTDARLIQ EDİRLƏR üçün şərhlər bağlıdır

    Изображение 068Bizim M.F. Axundov küçəsi Tərtər şəhərinin gözəl və böyük küçələrindən biridir. Hər iki tərəfdən arxların əhatəsində olan bu küçənin yolu indiyədək bərbad vəziyyətdəydi. Sakinlər həm piyada, həm də maşınla gedəndə, çox əziyyət çəkirdilər.
    Yolumuzun asfaltlanması burada yaşayan ailələr tərəfindən minnətdarlıq hissi ilə qarşılanıb.
    Bilirik ki, cəbhə bölgəsi olan Tərtər rayonunda insanların həyat şəraitinin yaxşılaşdırılması Prezident İlham Əliyevin daimi diqqət mərkəzindədir. Bizim küçənin asfaltlanması da bu qayğının təzahürüdür. Buna görə ölkə başçısına bütün sakinlər adından minnətdarlığımı bildirirəm.

    Elxan Alıxanov,
    Qarabağ müharibəsi veteranı

    Teqlər:

  • 28İyl
    Kənd təsərrüfatı TAXILÇILIQDA ÇƏKİLƏN ZƏHMƏT BƏHRƏSİNİ VERDİ üçün şərhlər bağlıdır

    2016-06-20-22-23-19taxilKəndimizin ailə-fermer təsərrüfatlarının üzvləri taxıl biçini kampaniyasını mütəşəkkilliklə başa çatdırmışlar. 168 hektar taxıl zəmilərinə aqrotexniki qaydalar əsasında qulluq edildiyi üçün zəmilərdən 648,5 ton buğda götürülmüşdür. Hər hektarın orta məhsuldarlığı 38,6 sentner olmuşdur. Bu işdə kənd sakinlərindən Maarif Mehdiyev, Güloğlan Kərimov, Elçin Şahbazov, Ramiz Kərimov və başqaları gərgin əmək sərf etmiş, yaxşı nəticələrə nail olmuşlar.
    Arpa sahələrində isə hektarın məhsuldarlığı orta hesabla 29 sentner təşkil edir. Ailə-fermer təsərrüfatlarının üzvlərindən Rəşid Məhərrəmovun, Flora Hüseynovanın və Mətləb Tahirovun əldə etdikləri məhsul orta məhsuldarlıqdan yüksək olmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Kənd təsərrüfatı PAMBIĞIN BECƏRİLMƏSİNDƏ HƏLLEDİCİ MƏRHƏLƏ üçün şərhlər bağlıdır

    cotton_291014Kənd təsərrüfatının mühüm aparıcı sahələrindən biri də pambıqçılıqdır. Bu, həm ölkəyə yaxşı gəlir gətirir, həm də bu sahədə çalışanların maddirifah halının yaxşılaşdırılmasında, ailə büdcəsinin möhkəmləndirilməsində mühüm rol oynayır. Elə buna görə də son illər unudulan sahəyə çevrilən pambıqçılığın əvvəlki şöhrətinin yenidən qaytarılması hər bir tərtərlinin başlıca məqsədidir.
    Müdayisə üçün deyək ki, 2016-cı ildə rayonda 1035 hektar sahədə pambıq əkilmişdisə, bu il həmin sahələr 3 dəfədən çox artırılaraq 3123 hektara çatdırılıb.
    Bu sahədəki daha bir yenilik ondan ibarətdir ki, rayon ərazisində olan 3 pambıq qəbulu məntəqəsi ayrı-ayrı kəndlərdə fermerlərlə pambıq əkini barədə əvvəlcədən müqavilə bağlayıb.
    Qarabağ Regional Tərtər Pambıq Qəbulu Məntəqəsinin (Qaraqoyunlu kəndi) fermerlərlə bağladıqları müqaviləyə əsasən 1980 hektar sahədə pambıq əkilib. Belə ki, həmin məntəqənin nəzdində Köçərlidə 199,5, Azadqaraqoyunluda 233,3, Hüsənlidə 130, Qazyan kəndində 206, Qaynaqda 196,8, Yuxarı Qapanlıda 129,9 hektar pambıq əkilib.
    “CTS Aqro” MMC pambıq qəbulu məntəqəsi (Tərtər) isə fermerlərlə bağladıqları müqaviləyə əsasən 1063 hektarda pambıq əkib. Bu məntəqə Qazyan, Əksipara, Qaynaq, Qaraağacı, Bəyimsarov, Evoğlu, İsmayılbəyli, İrəvanlı, Qapanlı kəndlərinin fermerləri ilə müqavilələr bağlayıb. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Digər Rauf Həsənzadə üçün şərhlər bağlıdır

    01SATQINLIĞIN ANATOMİYASI

    Tariximizi nə qədər çox araşdırıb təbliğ edə bilsək, onun bir o qədər böyük tarixə malik olduğunu göstərə bilərik

    ………………………….Unutsaq unudularıq

    Azərbaycan oğulları, bu torpaqlar sizi gözləyir

    Sən yanmasan, mən yanmasam, zülməti kim işıqlandırar?
    ( N. Hikmət)

    Xankəndi        1923-1991        Laçın                 18.05.92
    Əsgəran           1923-1991       Kəlbəcər             02.04.93
    Ağdərə             1923-1993       Ağdam                23.07.93
    Hadrut             1923-1993       Füzuli                 23.08.93
    Xocavənd        1923-1993        Cəbrayıl              23.08.93
    Xocalı              26.02.92           Qubadlı               31.08.93
    Şuşa                 08.05.92            Zəngilan            29.10.93.

    Ləzgilər Şilda kəndinə basqın edərkən kəndin başçısı Dodayevin evinə soxulurlar. Bu adamın Yefrem Sukyazov adlı bir erməni katibi varmış. Döyüşün şiddətli yerində o xilas olmaq arzusu ilə özünü ölülüyə vurub yerə yıxılır. Ləzgilərdən biri təsadüfən ona ilişir və onun sol qolunu kəsir. Erməni qorxusundan cınqırını da cıxarmır. Ləzgi çölə çıxarkən səhvini başa düşür, sol əli kəsdiyi üçün xəcalət çəkir. Qayıdıb erməninin sağ əlini də kəsir.

    Aleksandr Düma
    “Qafqaz səfəri” əsərindən Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Ədəbiyyat Duyğu yarpaqları hər an yaşıldı… üçün şərhlər bağlıdır

    semsirrEVDƏ

    AŞIQ  ŞƏMŞİR

    Cavanlar oynaşır yalda-yamacda,
    Mən də pəncərədən baxıram evdə.
    Qıçım tutmur qocalığın əlindən,
    Yandırıb qəlbimi, yaxıram evdə.
    ***
    Tərlan könül şikar almış sar kimi,
    Soluxuram şaxta vurmuş bar kimi.
    Xəstə üçün gətirilmiş qar kimi,
    Əriyib ocağa axıram evdə.
    ***
    Yoxuş olub indi mənə dolayım,
    Hanı başımdakı məclis, olayım?
    Elə bil sürtülüb gedib qalayım,
    Köhnə qazan kimi paxıram evdə. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Ədəbiyyat YATIR üçün şərhlər bağlıdır

    1441777446_a5a5d682389a4214f0a50b7590a8dea3MƏZAHİR DAŞQIN

    Ana, sən yatdığın qara torpaqda,
    Saysız cavan yatır, ixtiyar yatır.
    Qapısız, aynasız zülmət otaqda,
    Minlərlə sən kimi vəfadar yatır.
    ***
    Gör nələr yazılıb hər baş daşına,
    Canlar həsrət qalıb can sirdaşına.
    Düşərək hicrana, eşq atəşinə
    Min arzu, min dilək, min ilqar yatır.
    ***
    Görməyib əsirlər, qərinələr də
    Cahandan köçənlər qayıda bir də.
    Kim bilir bəlkə də yatdığın yerdə,
    Dünyanı bəzəyən min memar yatır. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Ədəbiyyat VAĞZALI ÇALINIR üçün şərhlər bağlıdır

    1416831624164267737547322882111dTOFİQ BAYRAM

    Bacım Elmiraya ithaf edirəm

    Duvağa bürünüb yola düşürsən,
    Qonşular telinə çiçək bağlayır.
    Ay bacım, sən haldan-hala düşürsən,
    “Vağzalı” çalınır, anam ağlayır.
    ***
    O, nələr etmədi, toyunda nələr,
    Bu həsrətin yeri nə tez bilindi?
    “Vağzalı” çalınır, son dəqiqələr…
    Özgə bir yuvaya köçürsən indi.
    ***
    Köçürsən üzüağ, məğrur, həyalı,
    Gedirsən könlünü verdiyin yerə.
    Buydu anamın da fikri-xəyalı,
    Bəs niyə kövrəlir o, birdən-birə? Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Ədəbiyyat İLAHİ, SƏN MƏNİ O KƏNDƏ YETİR üçün şərhlər bağlıdır

    aga_lacinli_11AĞA  LAÇINLI

    İlahi, sən məni o kəndə yetir, –
    O kəndin diləyi dildə göyərən.
    O kəndin yığvalı oğuldan yetim,
    O kəndin qızları qarğış əyirən.
    ***
    Qocası bürünüb his çuxasına,
    Qarısı ah çəkib qapıda bitir.
    İlahi, bağışla el duasına,
    İlahi, sən məni o kəndə yetir.
    ***
    Bağışla dəhrənin paslı yasına,
    Bağışla cəhrənin qəm havasına;
    Bağışla köhlənin yatan tısına,
    Bağışla məhlənin tor hanasına; Daha ətraflı »

    Teqlər: