Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,746
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29İyl
    Digər HÜQUQŞÜNASIN TRİBUNASI üçün şərhlər bağlıdır

    Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir!

    Günümüzün ən mühüm sosial problemlərindən biri olan narkomaniya həm cəmiyyətin, həm də dövlətlərin mübarizə apardığı xəstəliklər sırasındadır. İnkişaf edən texnoloji imkanlar və logistik şəbəkələrin genişlənməsi ilə cinayətlərin törədilməsi üsullarında da fərqlər vardır. Bəşəriyyətə qarşı cinayət kimi qələmə verilə bilən narkotik ticarəti indi sərhədləri aşaraq, beynəlxalq miqyas qazanıb və bir çox cəmiyyətin gələcəyini təhdid edir. Bu çərçivədə narkomaniyaya qarşı mübarizədə sosial maarifləndirmə yaradılır və bütün qurumlar birgə fəaliyyət göstərir. Narkotik qaçaqmalçılığı nöqtəsində mühüm coğrafi mövqedə yerləşən Azərbaycan Respublikası həm milli, həm də beynəlxalq arenada narkotik vasitələrin tədarükünün, istifadəsinin qarşısını alır, kriminal ünsürlərə qarşı mübarizə aparır. Narkomaniyaya meylli şəxslərin sayının artması dövlət idarələrini bu problem qarşısında koordinasiyalı fəaliyyət göstərməyə sövq edir.
    Şübhəsizdir ki, narkomaniyaya qarşı mübarizə sahəsində xalqımız və dövlətimiz üçün Ümummilli Iider Heydər Əliyevin siyasəti və qətiyyəti başlanğıc nöqtəsi olmuşdur. Azərbaycan tarixində müstəsna yer tutan Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək, inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdığı kimi eyni zamanda da bəşəriyyətin bəlasına çevrilən narkomaniyaya qarşı mübarizə sahəsində təqdirəlayiq addımların atılmasına vəsilə olmuşdur. Məhz “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərman, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılması, 1999-cu il iyunun 18-də isə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” qanun, Heydər Əliyevin 2000-ci il 15 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın ya-yılmasına qarşı mübarizə üzrə Mil-li Proqram (2000-2006-cı illər)” ölkəmizin narkomaniya ilə mübarizə sahəsində Ulu Öndərin uğurlu siyasətinin nəticəsidir. Danılmaz həqiqətdir ki, narkomaniyaya qarşı mübarizədə cəmiyyət, dövlət və qeyri-hökumət təşkilatlarının vəhdəti, beynəlxalq arenada bu bəlaya qarşı qətiyyətli mübarizənin aparılması barədə çağırışlar ümumilikdə qarşıya qoyulmuş məqsədə nail olunmasında önəmli faktor olmuşdur. Daha ətraflı »

  • 29İyl
    Digər İmarət-Qərvənd– düşmən tərəfindən yandırılan və yenidən doğulan kənd üçün şərhlər bağlıdır

    Məlum hadisələrlə əlaqədar olaraq, erməni qəsbkarları tərəfindən izi silinməyə məruz qalmış tarixi irsimizdən, özündə böyük bir yaşanılmış əbədi xatirələri ehtiva edən, əsrarəngiz təbiəti ilə göz oxşayan yurdlarımızdan biri də başı təlatümlü İmarət Qərvəndimizdir. İmarət Qərvənd yurdu Ağdərə rayonunun ən gözəl kəndlərindən biridir. Bu kənd Murovdağ silsiləsinin ətəyində, Ağdaban çayının sahilində yerləşir. Kəndi Qarabağda yaşamış “qərvənd” tayfasına mənsub ailələr salmışlar. Oykonimin birinci komponenti “imarət” (vaxtilə burada mövcud olmuş mülkə işarədir) sözü yaşayış məntəqəsini eyni adlı digər kəndlərdən fərqləndirmək üçün artırılmışdır [“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007].
    Tarixçi alim, dosent Qorxmaz Mustafayevin (yerli sakin) dəyərli araşdırmalarına əsasən vaxtı ilə Qarabağ xanlığının Kolanı elinə, sonra Cavanşir qəzasına tabe olan kəndlərimiz, elimiz İmarət-Qərvənd, Kərəmli, Umudlu, Sırxavənd, Papravənd, Şıxavənd, Almədətli, Baş Güneypəyə, Manik, Narınclar, Qalayçılar, Çərəkdar, Bağlıpəyə və s. olmuşdur. XIX yüzilliyin əvvəllərində Rusiya imperiyası tərəfindən Azərbaycan torpaqlarının şimal hissəsi işğal olundu və xalqımız, torpaqlarımız iki hissəyə parçalandı. Rusiya işğalı görünməmiş faciələr gətirdi. İşğala bərabər faciələrdən biri də XVIII əsrdə ermənilərin torpaqlarımıza köçürülməsi oldu. Daha ətraflı »

  • 29İyl
    Kənd Təsərufatı Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    BOLLUĞA, FİRAVANLIĞA APARAN YOL

    Azərbaycanın bütün bölgələri gözəldir, təkrarsızdır. Hər bir bölgəni cənnətə döndərən isə orada yaşayan insanlardır. Tərtərin adı çəkiləndə ilk növbədə gözümüz önündə qəhrəman, zəhmətsevər insanlar canlanır. O tərtərlilər ki, 30 ildən artıq bir vaxtda düşmənlə üzbəüz dayanaraq, müharibə şəraitində əmək meydanında qazandıqları xariqələrlə düşmənə dağ çəkdilər. Nə atılan mərmilər, nə də ermənilərin vəhşilikləri onların əlini işdən soyutdu. Ona görə ki, onlar öz prezidentlərinə, Ali Baş Komandan İlham Əliyevə inanırdılar və indi bu inam birəbeş artıb. Qalib ölkə rəhbəri hər bir azərbaycanlının fəxr yerinə, qüruruna çevrilib.

    Tərtər rayonunun Hüsənli kəndində yerləşən cins eksperimental kəndli-fermer təsərrüfatının rəhbəri Anar Əliyevlə söhbət edirik. O deyir:
    – Bizim təsərrüfat uzun illərdir ki, fəaliyyət göstərir. Ötən əsrin 80-ci illərində keçmiş Kənd Təsərrüfatı Akademiyasının (indi Azərbaycan Dövlət Aqrar Universiteti) eksperimental təcrübə bazası kimi yaradılmışdı. Rəhmətlik professor Zülfiqar Verdiyevin rəhbərliyi altında atam, o zaman həmin akademiyanın dissertantı olan Məhərrəm Əliyev burada xaricdən gətirilmiş Kuba zebusu, aberdinanqus və digər cinslərin yerli mallarla cütləşdirilməsi nəticəsində ətlik istiqamətli mallar yetişdirirdi. Bu təcrübələr gözəl nəticələr verirdi və bütün respublikaya səs salmışdı. Daha ətraflı »

  • 29İyl
    Xəbərlər Oxucu məktubları üçün şərhlər bağlıdır

    Sel təhlükəsinin qarşısı alınıb

    Son illərdə müşahidə olunan iqlim dəyişikliyi insanları ciddi imtahana çəkir. Bir neçə gün davam edən istilərdən sonra yağan yağışlar ciddi fəsadlar yaradır, əhali sel təhlükəsi ilə üz-üzə qalır. Belə bir sel arxı bizim evimizin yaxınlığından da keçir. Fasiləsiz yağan yağışlar zamanı daşan sel suları evimizə və həyətimizə təhlükə törədirdi.
    Rayon rəhbəri Müstəqim Məmmədovun kəndimizdə keçirdiyi səyyar qəbul-görüş zamanı vəziyyəti ona bildirdik.
    Müraciətimiz əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin xüsusi texnikası vasitəsilə sel arxı təmizlənib.
    Problemin vaxtında həll olunması nəticəsində sel sularının törədə biləcəyi fəsadların qarşısı alınıb.
    Ələddin Qənbərov, Tərtər rayonu, Dəmirçilər kəndinin sakini

  • 29İyl
    Xəbərlər Məqsəd vətəndaş məmnunluğunun təmin edilməsidir üçün şərhlər bağlıdır

    Məsələnin kiçikliyindən-böyüklüyündən asılı olmayaraq, vətəndaşları narahat edən və həlli mümkün olan hər bir müraciətə həssaslıqla yanaşılmalıdır. Tərtər rayonunda icra başçısının keçirdiyi səyyar qəbul-görüşlərin əsas məqsədi belədir. Bu görüşlərdə rayon rəhbəri ilə yanaşı idarə və müəssisə, təşkilat rəhbərlərinin iştirakı hər bir müraciəti dərhal araşdırıb operativ tədbir görməyə kömək edir.
    Bu günlərdə kəndimizdə keçirilən qəbul-görüş zamanı mən yuxarıda deyilənlərin şahidi oldum.
    Belə ki, xeyli vaxt idi ki, evimin yaxınlığında qəzalı vəziyyətdə olan elektrik dirəkləri və naqilləri küləkli havada təhlükə törədirdi. Mənim müraciətim əsasında operativ olaraq 2 elektrik dirəyi dəyişdirildi, yararsız naqillər yenisi ilə əvəz olundu, elektrik naqillərinə toxunan ağaclar isə budanaraq ərazidən təmizləndi.
    Xırda məsələlərin vaxtında həlli böyük problemlərin yaranmasının qarşısını alır.

    Elbrus Muradov,
    Tərtər rayonu, Səhlabad kəndinin sakini

  • 29İyl
    Kənd Təsərufatı 2 qutudan 108 kq barama təhvil verdim üçün şərhlər bağlıdır

    Mən Ağdərə rayonunun Çələkdar kəndində doğulmuşam. Azərbaycan Texniki Universitetini bitirmişəm. Nə uşaqlıq, nə də gənclik illərimdə baramaqurdunun neçə saxlanmasını görməmişdim.
    Ancaq bu il kəndimizdə barama qutuları paylananda, bu işdə özünü sınamağı qərara aldım. 2 qutu götürmüşdüm. İlk dəfə bu işlə məşğul olmağıma baxmayaraq, çalışdım ki, nəticə yaxşı olsun. Əmin oldum ki, bu sahə barədə deyilənlər doğrudur.
    Baramanın becərilməsi az vaxt aparsa da, əziyyəti çoxdur. 2 qutudan 108 kq məhsul təhvil verdim. Kiçik bir rəqəm olsa da, rayonumuzun iqtisadiyyatının möhkəmlənməsi baxımından uğurlu işdir.

    Lətifə İbrahimova,
    İrəvanlı kəndi

  • 23İyl
    Xəbərlər Gücümüz bir olanda, dəmir yumruğumuz da ağır olur üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 20 iyul tarixində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edib. Dövlət başçısı mərasimdə çıxış edib. O bildirib ki, Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib.

    Regionun xalqları özlərini təhlükəsiz hiss edir. Münaqişələr və qarşıdurmalar keçmişdə qalıb.

    Prezident İlham Əliyev deyib ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik. Azərbaycan cəmiyyəti olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır.

    Bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər.

    Azərbaycan torpaqlarının işğalı 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq. Daha ətraflı »

  • 22İyl
    Digər İcra başçısı 22 iyul-Milli mətbuat günü münasibəti ilə “Yeni Tərtər”in kollektivi ilə görüşüb üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    22 iyul-Milli mətbuat günü münasibəti ilə Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Yeni Tərtər” rayon qəzetinin redaksiyasında qəzetin kollektivi ilə görüşüb, onları peşə bayramları münasibəti ilə təbrik edərək, iş şəraitləri ilə tanış olub.

    Çay süfrəsi arxasında keçən səmimi görüşdə  rayon rəhbəri  Milli mətbuat haqqında yerli medianın nümayəndələri ilə fikir mübadiləsi edib.

    Qeyd olunub ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində özünü göstərib.

    Azərbaycanda söz, fikir, mətbuat azadlığının formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider KİV-nin cəmiyyətdə rolunu yüksək qiymətləndirmiş, bu məsələyə böyük önəm vermişdir. Məhz buna görə də  “Jurnalistlərin dostu” olmuşdur. Bu gün isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət-mətbuat münasibətlərində Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti  Cənab İlham Əliyevin diqqət  və qayğısı  nəticəsində mətbuat orqanlarının maddi-texniki bazası möhkəmləndirilir, jurnalistlərin sosial- iqtisadi, mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Daha ətraflı »

  • 22İyl
    Digər Davamlı və sabit əməkdaşlıq üçün bütün lazımi amillər mövcuddur üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 18 iyul tarixində Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirak edib. Burada çıxış edən dövlət rəhbəri bildirib ki, enerji sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur.

    2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq.

    İxracın yarıdan çoxu Avropaya gedir. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq.

    Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir – Gürcüstan və Serbiya, eləcə də Türkiyə.

    Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Azərbaycan bir neçə aya Sloveniya bazarına daxil ola biləcək.

    Prezident İlham Əliyev deyib ki, indi Avropada interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq. Daha ətraflı »

  • 22İyl
    Digər 22 İyul Milli Mətbuat Günüdür üçün şərhlər bağlıdır

    Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümyiş etdirir, dövlət maraqlarını uca tuturlar

    Ulu Öndər Heydər Əliyev deyib: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”

    Ulu Öndərin siyasi yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də milli mətbuatımızın rolunu yüksək qiymətləndirərək deyib: “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.”

    1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.

    Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. Daha ətraflı »