Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,746
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06Avq
    Digər Müraciət öz həllini tapıb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşündə Köçərli kənd sakini Mətanət Əmrahova müraciət edərək evinin tikilməsinə tikinti materialları ilə köməklik olunmasını xahiş edib.
    Müraciət əsasında rayon icra hakimiyyəti başçısı tərəfindən vətəndaşa evinin tikintisi üçün 4 kub qum, 4 kub şebel və 10 kisə sement köməklik olunub.
    Mətanət Əmrahova deyir:
    –Evimin tikilməsində çətinlik çəkirdim. Eşidəndə ki, rayon rəhbəri kəndimizdə qəbul keçirəcək, çox sevindim. Görüşə gəlib, xahişimi ona söylədim. Müraciətimlə bağlı mənə köməklik göstərildi.
    Bu işdə əziyyət olan hər kəsə təşəkkürümü bildirirəm.

    “Yeni Tərtər”

  • 06Avq
    Xəbərlər “Yaşıl dünya naminə həmrəylik ili” üçün şərhlər bağlıdır

    Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində növbəti iməcilik keçirilib

    Tərtər Rayon İcra Hakimiyyətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində hazırlanmış tədbirlər planının icrası ilə əlaqədar Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində növbəti iməcilik keçirilib.
    Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən iməcilikdə Tərtər Rayon İcra Hakimiyyətinin, İƏD üzrə nümayəndəliklərin, bələdiyyələrin əməkdaşları, Kommunal Təsərrüfat İdarəsinin və “DOST” MMC-nin işçiləri fəal iştirak ediblər.
    İməcilik çərçivəsində Bərdə-Ağdam avtomobil yolunun kənarlarında alaq otları biçilib, təmizlik işləri aparılıb, ərazidə olan məişət tullantıları Kommunal Təsərrüfatı İdarəsinin xüsusi texnikaları vasitəsi ilə ərazidən daşınıb. Payız aylarında əkiləcək ağacların yerləri müəyyənləşdirilərək ətrafında təmizlik işləri görülüb, səliqə-səhman yaradılıb.
    Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar ekoloji maarifləndirmə və dayanıqlı inkişaf fəaliyyətini gücləndirmək üçün təşkil edilmiş iməcilik rayon sakinləri tərəfindən məmnunluqla qarşılanıb.

     

  • 06Avq
    Digər “Yalnız bir DÜNYA” üçün şərhlər bağlıdır

    Uşaq Səfirlər Məclisinin Tərtər üzrə regional nümayəndəsi Nərmin Şamilzadənin təşəbbüsü ilə “Yalnız bir DÜNYA” layihəsi çərçivəsində iməcilik keçirilib.
    Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda keçirilən iməcilikdə ağacların və gül kollarının dibləri bellənərək suvarılıb, qurumuş ağac yarpaqları və tullantılar ərazidən təmizlənib.
    Qeyd edək ki, rayonumuzdakı mədəniyyət və istirahət parkı digər bölgələrdəki istirahət məkanlarından öz təbii relyefi ilə seçilir. Parkın ərazisindən keçən iki təbii arx bu məkana xüsusi yaraşıq verir və isti yay günlərində insanları bura cəlb edir. Vaxtilə tərtərlilər tərəfindən əkilmiş şam, zeytun ağaclarının kölgəliyi möhtəşəm mənzərə yaradır.

    “Yeni Tərtər”

  • 06Avq
    Xəbərlər Kənd sakinləri fəal iştirak edirlər üçün şərhlər bağlıdır

    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Hüsənli kəndində mütəmadi olaraq tədbirlər davam etdirilir. Əhalinin diqqətini bu mühüm işə cəlb etmək məqsədilə kəndin ərazisində maarifləndirici lövhələr yerləşdirilib.
    Kənd sakinləri iməcilik yolu ilə ərazidə olan ağaclara qulluq edir, bunları budayır və suvarırlar. Payız mövsümündə yeni ağacların əkilməsi planlaşdırılıb. Həmçinin ekologiyamızı yaxşılaşdırmaq məqsədilə pay torpaqlarının kənarında da ağac əkilməsi nəzərdə tutulub.
    Ərazdə olan məişət tullantılarının daşınması da diqqət mərkəzində saxlanılır. İməciliklərdə kənd sakinlərindən Cəfər Cəfərov, Vasif Əhmədov, Hikmət Əhmədov və başqaları fəal iştirak edirlər.

    “Yeni Tərtər”

  • 06Avq
    Kəndlərimiz İmarət- Qərvənd – düşmən tərəfindən yandırılan və yenidən doğulan kənd üçün şərhlər bağlıdır

    (Əvvəli ötən sayımızda)
    Əgər 1991-ci il sentyabrın 17-dən 24-ə qədər ov tüfəngi ilə döyüşülərək hər gün, hər saat, hər an dağlardan kömək gələcəyi gözlənilirdisə, 29 il sonra, 2020-ci ildə bu kömək gəldi və 32 il sonra, 2023-cü ilin sentyabrında isə erməni quldurları “Dəmir Yumruğ”un yeni zərbəsinə tab gətirə bilmədilər. Hər tərəfdən, o cümlədən dağlardan gələn kömək kəndlərimizi azad etdi.
    Kəndin yaylaqları: Yelliyal yurdu, Zərnişan bulağı yurdu, Seyidlər yurdu, Çöplügöl yurdu, Babakişilərin yurdu, Dükanlar yurdu, Qaraqaya yurdu, Göyxır yurd, Daşağıl yurdu, Seyidölən yurd, Yəhər yurd, Suçıxan yurd.
    Kəndin bulaqları: Məmmədxan bulağı, Qoşabulaq, Hovuz bulaq, Babalı bulağı, Rza bulağı, Baldırğanlı bulaq, Züleyxa bulağı, Mehdinin bulağı və Çömçə bulaq.
    Kəndin məhşur yerləri: Ərikli, Ərikliocagi-Pir, Pirpəyə, Uzundərə, Çayyeri, Soltanbəyin yurdu, Ədilbəyin yurdu, Mehtibəyin yurdu, Əliuçan, Qoşdaş, Soltanbəyin Çinarlari (1200 yaş), Nəbidərəsi, Temirin yurdu, Qaradaş, Qumqazılan, Alıyevli qışlağı, Burunctapı, Qaraağac, Xanların gölü, Calaqlıq, Məmmədxanın düzü, Quyulugüney, Gillər, Şişqaya, Kolavatın döşü, Almədətli, Ciqrayeri (Ciqrayeri – Tütün əkilən yer), Sılıflı, Gərəkçay, Ağdaban çayı, Torağaçay, Dəyirmanın yanı, Gölpəyə, Güllübağ, Təkarmud, Sarıuçuq, Yalyeri, Toxmaçar, Humayın düzü, Bağ, Şirəligöl, Qozlupəyə, Ocağınyanı, Gərayın çəpəri, Yanıq, Gölləklər, Ağbulaq, Zərifli, Qarabulaq, Siçanli yurdu, Kurqan, Qaraqaya dağı, Atyolu, Zəlligöl, Zəligöl.[Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.] Daha ətraflı »

  • 06Avq
    Milli-mənəvi dəyərlər Qadın müqəddəs varlıqdır üçün şərhlər bağlıdır

    Ülvilik, zəriflik və gözəllik rəmzi olan, ana adını daşıyan qadınlar ölkəmizdə hər dövrdə uca tutulmuşdur. Azərbaycan qadını istedadı, əxlaqi dəyərləri ilə digərlərindən hər zaman seçilib.
    Qadın dedikdə ilk öncə ağıla zəriflik gəlir. Ancaq qadın həm də möhkəm iradəyə, güclü xarakterə malikdir. O, övlad ya-nında ana olur, bacı-qardaş yanında bacı olur, həyat yoldaşı olur. Ümumilikdə həyatı qadınsız təsəvvür etmək mümkün deyil. O sözü işlətdikə ana, vətən, torpaq ağıla gəlir. Bu gün qadınların gənc nəslin düzgün, sa-vadlı, vətənə bağlı böyüməsində rolu böyükdür.
    Vaxt keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınların cəmiyyətdə rolu artır. İctimai-siyasi, iqtisadi, mə-dəni həyatımızın iştirakçısıdır qadın. Çox vaxt ailədə də bütün qərarlar, ailənin idarə olunması qadınların çiynində olur. Ata ailənin maddi tələbatını ödədiyi halda, qalan mənəvi yüklər ananın üzərinə düşür. Övladların məktəb həyatı, böyüməsi onun nəzarəti altında olur, ailənin digər çətinliklərini də qadınlar çəkir. Məhz ona görə ana adı müqəddəsdir. Lap qədim zamanlardan ölkəmizdə qadına– anaya daim böyük ehtiram və hörmət edilmiş, namus, qeyrət rəmzi sayılmışdır. Daha ətraflı »

  • 30İyl
    Digər Biz müstəqil, azad xalq kimi öz ana dilimizlə fəxr edirik üçün şərhlər bağlıdır

    Ulu Öndər Heydər Əliyev deyib: “Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.”

    70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər.

    Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur.

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”. Daha ətraflı »

  • 29İyl
    Digər YAP Tərtər Rayon Təşkilatının yaranmasının 31 illiyi qeyd olunub üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP rayon təşkilatının yaranmasının 31 illiyi qeyd olunub.
    Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
    Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib. Tədbirdə öncə Dövlət himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin və dünyasını dəyişmiş YAP üzvlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon təşkilatının üzvlərini səmimi qəlbdən təbrik edərək, onlara işlərində uğurlar arzulayıb.
    Rayon rəhbəri Azərbaycan xalqının ən ağır, taleyüklü dövründə Ümummilli Lider Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının təsis edilməsindən və cəmiyyətin aparıcı, intellektual, vətənpərvər nümayəndələrinin YAP-ın sıralarında birləşməsindən, Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən geniş bəhs edib. Daha ətraflı »

  • 29İyl
    Digər Milli Mətbuat Günü münasibətilə rayon rəhbəri kollektivimizin qonağı olub üçün şərhlər bağlıdır

    22 iyul–Milli Mətbuat Günü münasibəti ilə Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov kollektivimizlə görüşüb, bizi peşə bayramı münasibəti ilə təbrik edərək, iş şəraitimizlə tanış olub.
    Çay süfrəsi arxasında keçən səmimi görüşdə rayon rəhbəri Milli mətbuat haqqında kollektivimizlə fikir mübadiləsi edib.
    Qeyd olunub ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində özünü göstərib.
    Azərbaycanda söz, fikir, mətbuat azadlığının formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider KİV-in cəmiyyətdə rolunu yüksək qiymətləndirmiş, bu məsələyə böyük önəm vermişdir. Məhz buna görə də “Jurnalistlərin dostu” olmuşdur. Bu gün isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət-mətbuat münasibətlərində Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində qəzet və jurnalların maddi-texniki bazası möhkəmləndirilir, jurnalistlərin sosial- iqtisadi, mənzil-məişət şəraitləri yaxşılaşdırılır.
    Rayon rəhbəri Respublika Prezidenti cənab İlham Əliyevin Azərbaycan mətbuatı haqqında bir fikrini vurğulayıb: “Bünövrəsi “Əkinçi” ilə qoyulmuş Milli Mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir”.
    Media işçiləri istər torpaqlarımız işğal altında olanda, istərsə də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqq səsini bütün dünyaya çatdırıblar. Ali Baş Komandanımızın dediyi kimi, “jurnalistlər vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli tövhələr veriblər”.
    Sonra “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova çıxış edərək, mətbuata dövlət dəstəyindən, müasir mətbuatın vəzifələrindən, mətbuatın cəmiyyətin tərəqqisindəki rolundan danışıb. Media işçilərinə göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirib.
    Mətbuat Günü münasibəti ilə çay süfrəsindən sonra xatirə şəkilləri çəkilib.

     

  • 29İyl
    Digər “Yaşıl dünya naminə həmrəylik ili” üçün şərhlər bağlıdır

    Tərtərdə müntəzəm olaraq iməciliklər keçirilir

    Bu günlərdə bütün dünyanın nəzərləri bizim ölkəmizdədir. Payızda keçiriləcək mötəbər beynəlxalq tədbirə dünyanın bir çox ölkələrindən qonaqlar gələcək. Gələn qonaqları ürəkaçıqlığı ilə qarşılamaq, ən başlıcası isə təbiətimizi qorumaq, atmosferin çirklənməsinə yol verməmək üçün rayonumuzda müntəzəm olaraq iməciliklər keçirilir.
    Növbəti belə iməcilik şəhərin Mübariz İbrahimov və Elman Səfərov küçələrində olub.
    İməcilik çərçivəsində əvvəlcə ərazidə təmizlik işləri aparılıb, ağac və gül kollarının dibləri bellənib, ərazidə olan məişət tullantıları daşınıb.
    İməcilikdə Kommunal Təsərrüfatı İdarəsinin və “Dost” MMC-nin işçiləri fəal iştirak ediblər.

    Ülviyyə Quluyeva,
    şəhər sakini