Təsərrüfatımızda öz işini bilən, əkin-biçindən yaxşı baş çıxaran əmək adamları çoxdur. Elə buna görə də fermerlərimiz bu il becərdikləri 245 hektar taxıl sahələrinin hər hektarından 38 sentner, 255 hektar arpa sahələrinin isə hər hektarından 37 sentner məhsul götürdülər. Bu işdə fermerlərimizdən Fazil Vəliyev, Habil İbrahimov, Rüstəm Quliyev, Sadiq Məmmədov və başqaları xüsusi fəallıq göstərmişlər.
İlin payız fəsli öz ömrünü başa vurmaq üzrədir. Bu günlər sahələrdə torpaq şumlayan, dırmıqlayan, səpin aparan müxtəlif markalı traktorların aramsız səsi gecə-gündüz kəsilmir. İndiyədək 330 hektar sahəyə arpa, 195 hektara isə məhsuldar buğda toxumu səpilib.
Yuxarıda adları çəkilən fermerlər yenə də növbəti ilin məhsulu üçün tarlalarda arpa-taxıl səpinini davam etdirirlər.
Mexanizatorlar Şahin Vəliyev, Elşad Nəsibov, İslam Məmmədov, Talıb Musayev və başqaları sahələrdə payız şumu qaldırdıqdan sonra gələn ilin bol məhsulunun bünövrəsini qoyur, səpin aparırlar. Daha ətraflı »
-
11DekKənd təsərrüfatı TAXIL ƏKİLƏN SAHƏLƏRDƏ İŞLƏR DAVAM EDİR üçün şərhlər bağlıdır
Teqlər: Kənd təsərrüfatı
-
11DekKənd təsərrüfatı PAYIZ ƏKİNİ SÜRƏTLƏNİR üçün şərhlər bağlıdır
Tərtər rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, bu günədək rayon üzrə 12 min 503,7 hektar sahədə şum qaldırılıb, 9295,6 hektarda taxıl, o cümlədən 6102,2 hektarda buğda, 3069,5 hektarda dən üçün arpa, 123,9 hektarda yaşıl yem üçün xəsil arpa səpilib.
Tərtər taxılçıları səpini optimal müddətdə başa çatdırmaq üçün bütün qüvvələri səfərbər ediblər. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb edilib.
Rayonda digər kənd təsərrüfatı bitkilərinin də səpini aparılır. Belə ki, gələn ilin məhsulu üçün bu günədək 38,93 hektarda baş soğan, 82,8 hektarda sarımsaq, 532,5 hektarda təzə yonca, 8 hektarda digər bitkilər əkilib.Teqlər: Kənd təsərrüfatı
-
11DekKənd təsərrüfatı QIŞA VAXTINDA HAZIRLIQ İŞLƏRİ GÖRÜLÜB üçün şərhlər bağlıdır
Kənd şəraitində təsərrüfatın gəlirli sahələrindən biri də maldarlıqdır. Artıq xeyli vaxtdır ki, ailəlikcə bu sahə ilə məşğul oluruq.
Hazırda həyətimizdə müasir üslubda inşa etdiyimiz tövlədə 20 baş mal saxlayırıq. Onların 17 başı ana inəklərdir. İlin yaz-yay fəsillərində hər gün inəklərdən 150-170 kiloqram süd sağıb zavoda təhvil veririk.
Hal-hazırda havaların soyuması ilə əlaqədar olaraq süd istehsalı azalıb. Ana inəklərdən 9-10 baş bala gözlənilir. Bundan sonra süd istehsalı artacaq.
Hər il mal-qaranı qışdan sağ-lam və gümrah çıxarmaq üçün 5-6 hektar sahədə yonca, 2,5-3 hektar sahədə arpa əkib-becəririk. Bu il yoncalıqlardan 7 mindən çox kip bağlatdıdıb, yığmışıq. Yem üçün arpa da kifayət qədərdir.
Təsərrüfat işlərində mənə ailə üzvlərimlə yanaşı qardaşım Zabil Əliyev, sağıcılar Zərifə Abbasova, Yaqut Pirməm- mədova və başqaları yaxından köməklik göstərirlər.
Qışa əvvəlcədən ciddi hazırlıq işləri görmüşük.Qabil ƏLİYEV,
İlxıçılar kənd sakini, fermerTeqlər: Kənd təsərrüfatı
-
11DekDigər Tərtərin əziz qonağı Əziz Əliyev-120 üçün şərhlər bağlıdır
GÖZƏL İNSAN HAQQINDA XATİRƏLƏRİM
Bu yazıda söhbət professor Əziz Əliyevlə iki görüşümdən gedəcək. Xatirələrimi yazmaqda məqsədim onun nə qədər incəqəlbli, qayğıkeş, sadə olmasını onu tanımayanlara çatdırmaqdır.
1941-ci ilin sonları, Böyük Vətən müharibəsinin ağır və çətin dövrü idi. Cəbhədə böyük itkilər verən qoşunlarımız geri çəkilirdi. Arxa cəbhədə də vəziyyət yaxşı deyildi. Dövlət fövqəladə vəziyyət elan edib, müəyyən işlər aparmaq üçün Azərbaycanın bütün rayonlarına görkəmli partiya və dövlət xadimlərini ezam edirdi. O zaman təzə səhiyyə naziri təyin olunmuş professor Əziz Əliyev də Qarabağın rayonlarında ezamiyyətdə idi.
…1941-ci il dekabr ayının axırlarında Tərtər rayonunun Azadqaraqoyunlu kəndində tibb məntəqəsi qarşısında qara rəngli “M-l” markalı bir maşın dayandı. Maşından ortaboylu, dolubədənli, qara qalifeyi şalvar, qara köynək, uzunboğaz xromsapoq geyinmiş bir nəfər düşdü. Onu dərhal tanıdım. Bu, Əziz Əliyev idi.
Yaxınlaşıb: Daha ətraflı »Teqlər: Digər
-
11DekDigər DÜNYANIN ƏN QEYRİ-ADİ ÖLÜM FAKTLARI üçün şərhlər bağlıdır
Dünya üzərində hər gün kimlərsə ölür. Ölüm hadisələri bir-birindən fərqlənir. Bəzən hansısa xəstəliyə görə, bəzən qəza nəticəsində, bəzən intihar, bəzən də qətl hadisəsi ucbatından ölüm halları baş verir. Bu gün biz sizə dünya üzərində olan ən qəribə ölüm hadisələrindən xəbər verəcəyik. Hansı ki, siz bu ölüm hadisələrini oxuyarkən inanmayacaqsınız, güləcəksiniz və sizin üçün çox maraqlı olacaq. 1. Hans SteiningerAvstriyalı Hans Steininger dünyanın ən uzun saqqalına sahib insanı kimi məşhur olmuşdu. Lakin onu məşhur edən bu saqqalı eyni zamanda ölümünə də səbəb oldu. 1567-ci ildə bir gün Hansın qəsəbəsində böyük bir yanğın çıxdı.
Hans saqqalını toplamağı unudub, yanğından qaçmaq istəyərkən saqqalı ayaqlarına dolaşır və o, yıxılaraq burnunu sındırır.
Buna görə də alovlar içində qalaraq dünyasını dəyişir. Daha ətraflı »Teqlər: Digər
-
30NoyDigər üçün şərhlər bağlıdır
Yeni Azərbaycan Partiyasının yaradılması müasir dövlətçilik tarixində dönüş nöqtəsi idi.
İlham ƏLİYEV,
Azərbaycan Pespublikasının PrezidentiTeqlər: Digər
-
30NoyDigər XALQA XİDMƏT MİSSİYASI üçün şərhlər bağlıdır
Müstəqil Azərbaycan dövlətinin bütün uğurlarında Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının misilsiz xidmətləri var. Azərbaycanı xaos və anarxiya-dan xisal edərək davamlı sabitlik, tərəqqi və iqtisadi yüksəliş yoluna çıxaran bu partiyanın 25 illik yubileyi ölkəmizin hər bir güşəsində olduğu kimi, Tərtər rayonunda da bu günlərdə təntənəli şəkildə qeyd olundu.
Yeni Azərbaycan Partiyası xalqımızın ən ağır və faciəli günlərində–Azərbaycanın ölümlə üz-üzə dayandığı, respublikamızın dünya xəritəsindən silinməsi təhlükəsinin olduğu bir zamanda yaranmış və vətənimizin gələcək taleyini müəyyən etmişdir.
Azərbaycanda vətəndaş mənafeyinin və dövlətçilik maraqlarının təminatçısı olmaq kimi çətin və şərəfli missiyanı üzərinə götürən və ötən 25 il ərzində onun öhdəsindən layiqincə gələn YAP-ın yaranması tarixi qanunauyğunluq, zamanı doğurduğu obyektiv zərurət idi. Daha ətraflı »Teqlər: Digər
-
30NoyDigər XİLASKAR PARTİYA üçün şərhlər bağlıdır
25 il əvvəl ölkəmiz ikinci dəfə müstəqillik əldə etsə də, bu müstəqillik çox kövrək idi. Ölkəyə rəhbərlik edən insanlar bu vəzifənin öhdəsindən gələ bilmədiyindən, Azərbaycanda xaos və anarxiya yaranmışdı. Ölkə vətəndaş müharibəsi astanasındaydı.
Belə bir vəziyyətdə xalqımız ən doğru qərar qəbul edərək, özünün inandığı, güvəndiyi liderinə müraciət etdi. 91-lərin müraciəti tarixə yeni bir missiya–xilaskarlıq missiyası ilə daxil olan partiyanın–Yeni Azərbaycan Partiyasının yaranmasını labüd etdi.
1992-ci ilin 21 noyabrında Naxçıvanda yeni dövrün partiyası təsis edildi. Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaransa da, dövlətə, milli məsələlərə müxalifətdə dayanmadı. Qısa müddətdə, bütün təzyiqlərə baxmayaraq, bu partiya xalqın ümid yerinə çevrildi və onun sıralarına daxil olanların sayı sürətlə artmağa başladı.
1995-ci ildə keçirilən Milli Məclisə seçkilər zamanı səslərin əksəriyyətini qazanan partiyamız xalqa xidmət üçün yeni imkanlar əldə etdi. Bununla da xalq–partiya birliyi yarandı.Bəkir Nağıyev,
mərkəzi rayon xəstəxanasının
həkimi, partiya veteranıTeqlər: Digər
-
30NoyDigər AMALI AZƏRBAYCANI İNKİŞAF ETDİRMƏKDİR üçün şərhlər bağlıdır
YAP-ın fəaliyyətindən və xalq qarşısındakı xidmətlərindən danışarkən Ulu Öndər demişdir: “Yeni Azərbaycan Partiyası yaranandan onun ən üstün, müsbət cəhəti ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının amalı, məqsəd-ləri, qəbul etdiyi Proqram müstəqil Azərbaycan Respublikasında demokratik prinsipləri bərqərar etmək, Azərbaycanı dünya iqtisadiyyatına bağlamaq, Azərbaycanda iqtisadi, siyasi islahatlar həyata keçirmək və Azərbaycanı inkişaf etdirmək olubdur”.
Ümummilli Lider Heydər Əliyevin şəxsiyyətindən güc alaraq yaranmış Yeni Azərbaycan Partiyası Azərbaycan Pespublikasının Prezidenti, YAP-ın sədri İlham Əliyevin rəhbərliyi altında öz fəaliyyətini daha da genişləndirmişdir. Ötən 25 il ərzində öz prinsiplərinə sadiqlik göstərən bu partiya zamanın bütün sınaqlarından müvəffəqiyyətlə çıxaraq, Azərbaycanın sosial-iqtisadi inkişafına, dövlət quruculuğuna samballı kömək göstərmişdir.
Məhz buna görə də indi ölkəmiz regionun lider dövlətlərindən birinə çevrilibİntiqam NURİYEV,
rayon təhsil şöbəsi ərazi ilk
partiya təşkilatının katibiTeqlər: Digər
-
30NoyDigər GƏNCLƏR YAP-ın SİYASƏTİNİ DƏSTƏKLƏYİRLƏR üçün şərhlər bağlıdır
Noyabrın 14-də Bakıda, Heydər Əliyev Məzkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində Prezident İlham Əliyev YAP-ın fəaliyyəti barədə belə demişdir: “Bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər”.
Partiyanın həyata keçirdiyi siyasəti gənclər də bəyənir və dəstəkləyirlər. Təsadüfi deyil ki, öz sıralarında 700 mindən çox insanı birləşdirən YAP-ın üzvlərinin 40 faizi gənclərdir.
Ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən bəhrələnən gənclər təhsildə, ictimai fəaliyyətlərində, əmək sahəsində, idmanda sevindirici nailiyyətlət əldə edirlər. Ölkəmizin iqtisadi gücü artdıqca, bu uğurların da sayı artır.
Prezident İlham Əliyevin dediyi kimi, əldə edilmiş uğurlar bizə əlavə stimul verir.
Azərbaycanın hər bir bölgəsində olduğu kimi, qəhrəman Tərtərimizin gəncləri də ölkənin ümumi inkişafına öz töhfələrini verirlər.Rəşad ŞAHBAZOV,
Cəmilli kənd tam orta
məktəbinin direktoruTeqlər: Digər
Yeni ismarıclar