Mehriban və Bağışlayan Allahın adı ilə!
Mübarək Ramazan ayı başlayıb.“Ey iman gətirənlər! Sizdən əvvəlki ümmətlərə oruc tutmaq vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! Təqvalı olasınız. (Bəqərə” surəsi, ayə 183).
Təqva sözünün mənası, yəni, Allahdan qorxan, Allahdan həya edən, hətta gizlində də olsa belə günahlardan çəkinən deməkdir. Müqəddəs Kitabımızda təqva ilə bağlı bir çox ayələr vardır. Məsələn; “Nisa” surəsi, 131-ci ayədə buyrulur: “Biz sizə və sizdən qabaqkılara vəsiyyət etmişik ki, təqvalı olun”. Dünyanın və axirətin xeyri də bu mətləbin altında cəmləşib.
“Qurani-Kərim” təqvanı əhəmiyyətli sayır: “Və əgər səbr etsəniz və Allahdan qorxsanız, həqiqətən, bu məqsədə müvafiq işlərdəndir”. (“Ali-imran”, 186).
İkinci–Təqva qorunmaqdır: “Əgər səbr edib özünüzü qorusanız, onların hiyləsi sizə heç bir zərər yetirməz”. (Ali-imran, 120). Daha ətraflı »
-
18MayMilli-mənəvi dəyərlər RAMAZAN AYININ HİKMƏTİ üçün şərhlər bağlıdır
Teqlər: Milli-mənəvi dəyərlər
-
18MaySosial SOSİAL SAHƏYƏ DÖVLƏT QAYĞISI üçün şərhlər bağlıdır
Azərbaycan ikinçi dəfə müstəqillik qazandıqdan sonra ilk illərdə ölkədə hökm sürən özbaşınalıq, anarxiya mühiti, iqtisadiyyatın iflic vəziyyətinə düşməsi sosial sahənin tamamilə unudulmasına gətirib çıxarmışdır. Belə ki, maaşlar, pensiyalar çox aşağı səviyyədəydi, infrastruktur bərbad hala salınmışdı, təhsil, mədəniyyət sahələrində durğunluq vardı. Əlbəttə ki, sosial sahə ilə iqtisadiyyatın inkişafı bir-biri ilə əlaqəli məsələlərdir. O ölkələrdə ki, iqtisadiyyat zəifdir, sosial məsələlərin həllindən də danışmaq olmaz.
Azərbaycanın inkişafında misilsiz xidmətləri olan, ölkəmizi dünyada tanıtdıran Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra, iqtisadi və sosial inkişafın yollarını müəyyən etmiş, bu sahələrdə tarixi sərəncamlar imzalamışdır. Öz torpaqlarının sahiblərinə çevrilən kəndlilər beləliklə MDB məkanında ilk dəfə olaraq, kənddə yeni bazar münasibətinə qədəm qoydular. Bu islahatların vacibliyini qeyd edən Ümummilli Lider deyirdi: “Gərək kəndli torpağın sahibi olsun və bilsin ki, bütün bunlar onundur və istədiyi kimi istifadə edə bilər… İslahatlar xalqımızın ümumi rifahının qaldırılması üçün həyata keçirilməlidir.” Daha ətraflı »Teqlər: Sosial
-
18MaySəhiyyə Xatirələrdə daim yaşayanlar üçün şərhlər bağlıdır
KAŞ BİR AZ DA ÖMÜR EDƏYDİ!…
Hərdən düşünürəm, elə bir ixtiyar sahibi olaydım ki, el-obaya gərəkli, xalq üçün lazımlı insanları ölümün cəngindən ala biləydim, ömürlərinə ömür calayaydım. Lakin düşüncəm elə düşüncə olaraq qalır. Ona nə cəsarətim, nə gücüm çatır. Bu, yalnız Ulu Tanrıya məxsusdur.
Belə bir kövrək notda köklənməyimin bir səbəbi var: təkcə ailəsi üçün deyil, xalq üçün gərəkli bir insanın itkisidir. Tanıdığım, həyatda yoxluğuna təəssüfləndiyim, Tərtərimiz və onun sakinləri üçün gərəkli olan bir həkimin–pediatr Zahid Kərimovun həyatdan gedişi hamı kimi məni də məyus etdi…
Zahid həkim kimiydi? Yaxşı bilirəm ki, o, uzun müddət rayon uşaq xəstəxanasında həkim və baş həkim işləmişdi. Savadlı, qayğıkeş, hər bir xəstə uşağa həssaslıqla yanaşan pediatr idi. Hələ heç zaman eşitməmişdim ki, Zahid həkimdən narazılıq edən olsun. Hətta bu insan ölümün pəncəsində çırpınan bəzi uşaqlara öz qanından köçürdərək, həyata qaytarıb. Azyaşlı uşağı xəstələnən valideynlər həmişə Zahid həkimi axtarmış, ondan məsləhət almışlar. Bir sözlə, xalqın arxalandığı, güvəndiyi bir insana, həkimə çevrilmişdi Zahid Kərimov. Daha ətraflı »Teqlər: Səhiyyə
-
18MayDigər QƏLBLƏRİ SIZLADAN XƏBƏR üçün şərhlər bağlıdır
Xalqımızın yaddaqalan mənalı, gözəl bir deyimi var: “Filankəsə Allah rəhmət eləsin, el adamı idi. Eldən getdi”.
El adamı idi ona görə deyirlər ki, həmişə elin hər işinə yarayır. Lazım gələndə insanlara dəyərli məsləhətlər verir. Belə insanlar onu tanıyanların qəlbində yaşayır, yaddan çıxmır, xoş xatirələrlə daim anılır.
Belə insanlardan biri də rayonumuzda hamının yaxşı tanıdığı Əliyev Rəşid Şirin oğludu. Rayonda hamı ona “Rəşid müəllim” deyə müraciət edərdi. Rəşid Şirin oğlu Əliyev 1942-ci ildə Tərtər rayonunun Borsunlu kəndində ziyalı ailəsində anadan olub. Rəhmətlik atası Şirin kişi 4 kəndi birləşdirən “Özbəkistan” kolxozunda üzun illər baş mühasib işləyib. 1984-cü ildə dünyasını dəyişib. Rəşid Əliyevin həyat yoldaşı Barat müəllim 10 ildən çox şəhər 1 saylı tam orta məktəbində dərs hissə müdiri işləyib. Hazırda təqaüdçüdür.
Rəşid müəllim bu ilin aprel aynda 76 yaşında dünyasnı dəyişdi. Bu bəd xəbər onu tanıyanların qəlbini sızlatdı, eşidib-bilən hamı ona rəhmət oxudu. Daha ətraflı »Teqlər: Digər
-
18MayDigər Şəhidlərimiz üçün şərhlər bağlıdır
1965-ci il fevral ayının 17-də Tərtər rayonunun Balakəngərli kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi məktəbi 1982-ci ildə bitirərək Səmərqənd şəhərində Ali hərbi məktəbə daxil olub. 1987-ci ildə Dalnereçensk şəhərinə təyinatla göndərilir və 1992-ci ilin sonunadək burada qulluq edir. 1992-ci il oktyabr ayının 14-də Qubadlı rayon polis şöbəsinə rəis təyin edilib. Qubadlının müdafiəsinin təşkilində əsl hərbçi kimi xüsusi fəallıq göstərir. 1993-cü il avqust ayının 31-də Qubadlının müdafiəsi zamanı həlak olur.
Bakı şəhərində “Şəhidlər xiyabanı”nda dəfn olunub. Daha ətraflı »Teqlər: Digər
-
08MayDigər Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə üçün şərhlər bağlıdır
HEYDƏR ƏLİYEV AZƏRBAYCAN RESPUBLİKASINDA HÜQUQİ DÖVLƏTİN QURUCUSUDUR
Azərbaycan Respublikasının dünya dövlətləri sırasında özünəməxsus yer tutmasında, ən nüfuzlu beynəlxalq təşkilatların üzvü olmaqla demokratik, dünyəvi, hüquqi bir dövlət kimi formalaşmasında əvəzsiz xidməti olan müstəqilliyimizin xilaskarı, dövlətimizin qurucusu Ümummilli Lider Heydər Əliyevin 2018-ci il may ayının 10-da anadan olmasının 95-ci ildönümü böyük coşqu, sevinc və hörmətlə bütün xalqımız tərəfindən qeyd edilir.
Dövlətçilik və idarəçilik təcrübəsi, vətənpərvərliyi, ağlı, zəkası, siyasi bacarığı, xalqına təmənnasız sevgisi ilə Heydər Əliyev hər bir azərbaycanlı üçün böyük örnək olmaqla azərbaycançılığı, Azərbaycanı burada yaşayan bütün millətlər və xalqlar üçün Böyük Vətən kimi sevməyi əsas tutan əvəzolunmaz ideyanın müəllifi və yaradıcısıdır. Daha ətraflı »Teqlər: Digər
-
08MayTərtər RİH-də QARAĞACI KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu cəbhə xəttinə yaxın olan Qarağacı kəndində keçirildi. Həmişəki kimi tədbirdə rayon icra hakimiyyətinin işçiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə-müəssisə rəhbərləri, kənd sakinləri iştirak edirdi.
Tədbiri icra başçısı Müstəqim Məmmədov açdı. Sonra Qarağacı kənd icra nümayəndəsi Lətif Həmidov kənd haqqında məlumat verdi. Bildirdi ki, nümayəndəliyimiz Qarağacı, Qapanlı və Qaradağlı kəndlərini əhatə edir.
Tədbirdə çıxışlar oldu. Qarağacı kənd tam orta məktəbinin direktoru Məzahir Quliyev, kənd ağsaqqalı Sabir Quliyev sakinlərdən Eldar Məmmədov, Cəsur Əhmədov, Tofiqə Əhmədova görülən işlərdən və ərazidə olan bəzi çatışmazlıqlardan danışdılar. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
08MayXəbərlər “AÇIQ ƏYLƏNCƏLİ FUTBOL MƏKTƏBİ” LAYİHƏSİ üçün şərhlər bağlıdır
Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində təşkil olunan “Açıq əyləncəli futbol məktəbi” layihəsi üzrə kütləvi idman tədbirində 170 uşaq və yeniyetmə iştirak edib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları Sahib Alıyev və İlham Məmmədov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni iştirak ediblər.
Laçın rayonunun Qorçu kənd tam orta məktəbinin idman müəllimi Babək Orucov, Şıxarx 2 saylı tam orta məktəbin şagirdi Murad Budaqov və Laçın rayonunun Çaylı kənd tam orta məktəbin şagirdi Hikmət Əliyev çıxış ediblər.
Mərasimdə uşaqlara müxtəlif idman geyimləri və ləvazimatları təqdim olunub. Sonra xüsusi idman forması geymiş uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
08MayXəbərlər Redaksiyamızın qonaqları üçün şərhlər bağlıdır
QƏZETİMİZİN 8-ci REDAKTORU İLƏ YENİDƏN GÖRÜŞ
1934-cü ildən çap olunan Tərtər rayon qəzetinin indiyədək 11 redaktoru olub. Zöhrab Məmmədov 8-ci redaktor idi. O, 1972-ci ildən 1974-cü ilədək o zaman “Qızıl bayraq” adlanan qəzetimizə redaktorluq edib.
Rayon qəzetinin 84 illiyi ərəfəsində Zöhrab Məmmədov redaksiyamızın qonağı olub, kollektivlə görüşüb, keçmiş təəssüratlarını danışıb və gənclərə öz tövsiyələrini verib.
Zöhrab müəllim həmçinin qəzetin baş redaktorunun müavini Svetlana Bağırovanı əmək fəaliyyətinin 50 illiyi və “Ömrün mətbuatda keçən 50 ili” kitabının çapdan çıxması münasibətilə təbrik edib. Redaksiyada keçən səmimi görüşdə Zöhrab Məmmədovla birlikdə qəzetimizin keçmiş əməkdaşı, hazırda rayon icra hakimiyyəti aparatının məsul işçisi Svetlana Əzizova iştirak edib.
Maraqlı görüşə görə qəzetimizin indiki baş redaktoru Tofiq Yusif 8-ci redaktor Zöhrab Məmmədova öz adından, Svetlana Bağırovanın və kollektivin adından dərin təşəkkür edib.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
08MayXəbərlər HÖRMƏTLİ ZİYALI REDAKSİYAMIZDA üçün şərhlər bağlıdır
Qəzetimizin yaxın dostları arasında məsul vəzifələrdə işləmiş, həmçinin rayonumuzdakı elektromexanika zavodunun uzun müddət direktoru olmuş, hörmətli ziyalı, rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvü Rauf Həsənzadə də vardır.
Bu günlərdə Rauf müəllim redaksiyamızın qonağı olub.
O, qəzetin kollektivini rayon qəzetinin ilk sayının çapdan çıxmasının 84-cü ildönümü, baş redaktorun müavini Svetlana Bağırovanı isə əmək fəaliyyətinin 50 illiyi münasibəti ilə təbrik edib və maraqlı xatirələrini danışıb, Svetlana xanımın yaradıcılığından bəhs edib, onun “Payız yarpağı” adlı etüdünün insanlarda necə dərin təəssürat yaratdığını söyləyib.
İşıqlı ziyalı, zəngin biliyə və həyat təcrübəsinə malik Rauf Həsənzadə onun şəxsi arxivində saxlanılan qəzetimizin keçmiş nüsxələrini, müxtəlif fotoşəkilləri və digər hədiyyələri təqdim edib. Svetlana xanıma isə ayrıca təbriknamə və maraqlı bir təbiət tablosu bağışlayıb.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
Yeni ismarıclar